“qirx” KƏLMƏSİ haqqinda qirx iNÇƏLİK



Yüklə 4,6 Mb.
səhifə22/53
tarix04.01.2022
ölçüsü4,6 Mb.
#56229
1   ...   18   19   20   21   22   23   24   25   ...   53
2


YEMƏK VƏ İÇMƏK


1-Yemək pak olmalıdır, nəcis yeməyi yemək haramdır.

2-Ruzi halal yoldan kəsb olunmalıdır. Müsəlman şəxs malını halal yoldan kəsb etdiyi halda, onun xums və zəkatını da verməlidir. Şəriətə uyğun olmayan yoldan qazanc əldə edən şəxslərin yeməyindən qorunmaq lazımdır. İmam Əli (ə) Osman ibni Hüneyfə yazdığı məktubda belə buyurur: “Yeməyinin halallığında şübhə etsən, onu yemə.”266

3-İmam Baqir (ə) buyurmuşdur: “Allah dərgahında yemək-içməkdə və cinsi məsələlərdə haramdan qorunmaqdan yaxşı ibadət yoxdur.”267

4-Süfrə başında əyləşməzdən öncə, əllərinizi yuyun. Peyğəmbər (s) buyurmuşdur: “Yeməkdən qabaq dəstəmaz almaq yoxsulluğu, yeməkdən sonra isə dəliliyi aradan aparır və gözün nurunu artırır.”

5-Yeməkdən sonra da əllərinizi yuyun. İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs yeməkdən əvvəl və sonra əllərini yusa, əvvəldən axıra qədər yemək ona mübarək (bərəkətli) olar.”

6-Süfrə başında diz üstə əyləşin və heç bir şeyə söykənməyin. İmam Əli (ə) buyurmuşdur: “Süfrə başında qullar kimi, ayaqlarınızı bir-birinin üstünə qoyub dizlərinizin üstə əyləşin və yerdə yemək yeyin.”

7-Yeməyi Allahın adı ilə başlayın. İmam Əli (ə) bu barədə buyurmuşdur: “Hər kəs yeməyi Allahın adı ilə başlasa, zəmanət verirəm ki, ona həmin yeməkdən əzab-əziyyət yetişməz.”

8-Yeməyi azacıq duz ilə başlayın. Belə ki, imam Əli (ə) buyurmuşdur: “Yeməyi duz ilə başlayın. Əgər insanlar duzun nə qədər faydalı olduğunu bilsəydilər, onu sınaqdan çıxarılmış zəhərə qarşı işlədilən dərmana üstünlük verərdilər.”.

9-Yeməyi sağ əllə yemək müstəhəbdir. İmam Sadiq (ə) buyurmuşdur: “Sol əlinizlə yeyib-içməyin, hətta bir şey belə almayın.”

10-Yeməyi Allaha həmd-səna etməklə qurtarın və yeməyin sonunda azacıq duz yeyin.

11-Tikələri yaxşı çeynəyin, əvvəlki tikəni yeyib qurtarmayınca, başqa tikə götürməyin.

12-Yemək vaxtı imkan daxilində başqasının üzünə baxmayın.

13-Təlskən halda yemək yeməyin və süfrə başında çox oturun.

14-Sol ayağınız üstə oturun və üç barmaqla yeyin.

15-Yeməyi isti-isti yemək məkruhdur. İmam Sadiq (ə) həzrət Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğunu nəql etmişdir: “Xörəyi isti-isti yeməyin və onun soyumasını gözləyin; çünki Allah-taala bizim isti yemək yeməyimizi istəmir. Bərəkət soyuq yeməkdədir.”

16-Yeməyi üfürmək məkruhdur. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: “Peyğəmbər (s) yeməyə, yaxud içməyə üfürməyi qadağan etmişdir.”

17-Yeməkdə orta həddi gözləyin, həddən artıq yeməyin və doymamışdan qabaq yeməkdən əl çəkin.

18-İmam Rza (ə) buyurmuşdur: “Yeməyə meylin olan halda (doymamışdan qabaq) ondan əlini çək; çünki doymamışdan qabaq yeməkdən əl çəkmək mədəyə, bədənə, bədənin yüngülləşməsinə və əqlin inkişafına faydalıdır.”268

19-İmam Əli (ə) buyurmuşdur: “Qarnı (normadan artıq) dolu olan şəxs yerin və göyün mələkutuna daxil olmaz.”

20-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Boğaza qədər yeməkdən pərhiz edin, çox yeməyin bədən üçün zərəri var və çox yemək xəstəliyə səbəb olar.”269

21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Çox yemək insanı ibadətə qarşı süst edər.”270

22-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Az yeyən şəxsin bədəni sağlam, qəlbi saf olar, çox yeyən şəxsin isə bədəni xəstə və qəlbi bərk olar.”271

23-İmam Sadiq (ə) buyurmuşdur: “Az yemək hər bir halda və hər bir tayfanın yanında bəyənilmiş bir sifətdir.”272

24-İmam Sadiq (ə) buyurmuşdur: “Möminin qəlbinə çox yeməkdən zərərli bir şey yoxdur. Çox yemək insanın qəlbini bərkidir və ehtirası cuşa gətirir, aclıq isə möminin munisi, ruhun qidası, qəlbin təamı və bədəninin sağlamlığıdır.”273

25-İmam Əli (ə) buyurmuşdur: “Çox yeməkdən pəhriz et, çox yeyən şəxsin xəstəliyi çoxalar və yuxusu pozular.”274

26-İmam Sadiq (ə) buyurmuşdur: “Əgər sizdən biri yeməyə məşğul olarsa, gərək qarnının üçdən bir hissəsini təam üçün, ikinci üçdən bir hissəsini su üçün və digər üçdən bir hissəsini isə nəfəs üçün ayırsın.”275

27-Gecə vaxtı az yeyin, yeməyi heç olmazsa yatmamışdan iki saat öncə yeyin.

28-Cəm halında yemək müstəhəbdir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yemək yeyəndə bir yerə toplaşın; çünki Allah sizin üçün onda xeyir-bərəkət qərar vermişdir.”

29-Yemək vaxtı, xüsusilə tikəni ağıza qoyan zaman danışmaq məkruhdur.

30-Süfrə başında oturduğunuz zaman başqalarını gözləməyib, yeməyə başlayın. Ev sahibi gərək qonağa müxtəlif təkliflər verməklə onu utandırmasın.

31-Süfrə başına möminləri dəvət edin və fasiqləri (günah əhlini) dəvət etməkdən çəkinin. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Təqvasız şəxslərin yeməyindən istifadə etməyin və onları öz süfrənizə dəvət etməyin.”

32-Çörəyi bıçaqla kəsmək və yeməyin ortasında, xüsusilə yemək yağlı olduğu halda, su içmək məkruhdur.

33-Qızıl və gümüş qabda yemək və içmək caiz deyildir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs dünyada qızıl və gümüş qabda su içsə, axirətdə qızıl və gümüş qabda su içməkdən məhrum olar.”276

34-Cənabətli halda yemək və içmək məkruhdur.

35-Şam vaxtı az yeyin. Həzrət Peyğəmbəri-Əkrəm (s) şam yeməyi haqda buyurmuşdur: “Şam yeməyini tərk etmək bədən sisteminin pozulmasına səbəb olur.”

36-Səhər yeməyini istədiyiniz qədər yeyin. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: “Səhər yeməyi insanın izzət və şərəfini artırır.”

37-İmam Rza (ə) buyurmuşdur: “Yeməyi qurtardığınız zaman arxası üstə uzanıb, sağ ayağınızı sol ayağınızın üstünə qoyun.”

38-Süfrədəki yemək qalıqlarını yemək müstəhəbdir; çünki bu iş fəqirliyi aradan aparır, bədəndəki ağrıları kəsir və yetmiş savabı vardır.

39-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs su içib imam Hüseyn (ə)-ı yad etsə və o həzrətin düşmənlərinə lənət göndərsə, onun üçün yüz min savab yazılar və yüz min günahı məhv olunar.”

40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əgər bir kəs suyu üç dəfəyə içsə və hər dəfə içəndə əvvəldə “Bismillah”, axırda isə “Əl-həmdu lillah” desə, həmin su onun qarnında olduğu vaxta qədər Allaha təsbih deyər və savabı ona verilər.”







Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin