2
NƏZAFƏT VƏ TƏMİZLİK
1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən Allah pakdır və pak olanları da sevir.”
2-İmam Rza (ə) buyurmuşdur: “Peyğəmbərlərin əxlaqından biri də paklıqdır.”306
3-İmam Əli (ə) buyurur: “Peyğəmbər (s) saçını darayır, çox vaxtlar onu su ilə düzəldir və buyururdu: Su mömini ətirli etmək üçün kifayətdir.”
4-İmam Sadiq (ə) buyurmuşdur: “Saçı daramaq ruzini artırır, hacətin qəbul olunmasına səbəb olur və bəlğəmi aradan aparır.”
5-İmam Sadiq (ə) buyurmuşdur: “Peyğəmbər (s) saqqalını aşağıdan yuxarı qırx dəfə, yuxarıdan aşağı isə yeddi dəfə darayır və buyururdu: Saçı daramaq insanın ağlını artırır.”
6-İmam Sadiq (ə) buyurur: “Peyğəmbər (s) buyurmuşdur: Dodaqlar aşkar olunana qədər bığın artıqlarını qırxmaq sünnədir.”
7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Atəşpərəstlər və zərdüştilər saqqalını qırxır, bığını uzadırlar, biz isə bığımızı qırxıb, saqqalımızı saxlayırıq.”
8-İmam Sadiq (ə) buyurmuşdur: “Dırnaqları tutmaq mənim sünnəmdir.”
Dırnaqları cümə axşamı, yaxud cümə günü tutmaq, eləcə də onları tutanda sol əlin kiçik barmağından başlayıb, sağ əlin kiçik barmağında qurtarmaq müsətəhəbdir.
9-İmam Sadiq (ə) buyurmuşdur: “Hər on beş gündən bir bədəndəkin artıq tükləri qırxmaq sünnədir.”
10-İmam Sadiq (ə) buyurmuşdur: “Üç əməl peyğəmbərlərin əxlaqından sayılır: Ətir vurmaq, başın tükünü ülgüclə qırxmaq, bədənin tüklərini nurə ilə təmizləmək.”
11-İmam Sadiq (ə) buyurmuşdur: “Peyğəmbər (s)-in ətirə verdiyi pul yeməyə (meyvəyə) xərclədiyi puldan çox idi.” (O həzrətin istifadə etdiyi ətir müşk idi.)
12-İmam Əli (ə) buyurmuşdur: “Peyğəmbər (s) (hədiyyə olunan) ətir və halvanı geri qaytarmırdı.”
13-Peyğəmbər (s) saçlarına yağ sürtməyi sevir və buyururdu: “Saça yağ sürtmək qəm-qüssəni aradan aparır.”
14-Peyğəmbər (s)-in başı ağrıyanda qaşlarına və bığına yağ sürtərdi.
15-Peyğəmbər (s) yeddi şeyi torpağa basdırmağı göstəriş vermişdir: “1-Tükü. 2-Dırnağı. 3-Heyz qanına bulaşmış parcanı. 4-cifti. 5-Dişi. 6-Qanı. 7-Ələqəni (rüşeymin siqt olduğu zaman qadından gələn qanı).”307
16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: Cəbrail mənə dedi: “Bir gündən bir özünə ətir vur, cümə günü isə ətir vurmağı tərk etmə.”
17-İmam Kazım (ə) buyurmuşdur: “Bədənin on yerində təmizlik etmək lazımdır: Onun beşi başa, beşi də bədənə aiddir:
Dostları ilə paylaş: |