37
1-Təqvalı olmaq və günahlardan çəkinmək:
Allah-taala buyurmuşdur: “Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən bərəkət yağdırardıq. Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər. Biz də onların qazandıqlarına görə məhv etdik.”464
2-Tövbə etmək və Allahdan bağışlanmaq diləmək:
İmam Əli (ə) buyurmuşdur: “Allah-taala bir vasitə kimi ruzinin və mərhəmətin artmasında tövbə və Allahdan bağışlanmaq diləməyi insanlar üçün təyin etmişdir.”
3-Gündə yetmiş dəfə “Ya ğəniyyu, ya kafi, ya fəttahu, ya raziq” demək.
4-Hər gün yüz dəfə “Əllahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd və əccil fərəcəhum vəhşurna məəhum vələn ədaəhum” demək.
5-Gündə otuz dəfə “Subhanəllahu və bihəmdihi, subhanəllahul-əzimu və bihəmdih” demək.
6-Hər gün sədəqə vermək. Əlbəttə, sübh və işa namazından sonra sədəqə vermək daha yaxşıdır.
7-Sübh namazından sonra “Yasin”, “Taha” və “Mülk” surələrini oxumaq.
8-Gündə qırx dəfə “Əl-əziz” demək.
9-Oruc tutmaq (xüsusilə “Şəban” ayında).
10-“Ma şaəllahu la hovlə və la quvvətə illa billah” zikrini çoxlu demək.
11-Hər gecə işa namazından sonra “Vaqiə” surəsini oxumaq.
12-Süfrədəki yemək qalıqlarını yemək.
13-Hər gün yüz otuz dörd dəfə “Əs-səməd” demək.
14-Namazların (xüsusilə sübh və əsr namazlarının) təqibatını (namazdan sonrakı duaları) oxumaq.
15-Allaha təvəkkül edib, Onun lütf və mərhəmətinə and vermək.
16-Müstəhəbbi namazlar (xüsusilə sübh namazının nafilələrini və gecə namazını) qılmaq.
17-Ata-ana və başqaları üçün dua etmək (xüsusilə süfrə başında əyləşəndə).
18-Dəstəmaz alıb üzü qibləyə oturan halda, (arada fasilə vermədən) üç dəfə “Təlaq” surəsini oxumaq.
19-Dünya malına həris olmamaq, xums və zəkat vermək. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allahın sənin mal-dövlətini artırmasını istəyirsənsə, malının zəkatını ver.”
20-Mömin qardaşının istəyini yerinə yetirmək.
21-Gündə on dörd, yaxud yüz dəfə “Əl-vəhhab” demək.
22-Azan verən şəxs azan verəndə, onu zümzümə etmək (astadan təkrarlamaq).
23-Hər gün “Qədr” surəsini oxumaq.
24-Gecə namazı qılmaq.
25-Həmişə dəstəmazlı olmaq.
26-Gündə otuz dəfə “Subhanəllah” demək.
27-Qonaqlıq vermək.
28-Gündə yüz dəfə “La ilahə illəllahul-məlikul-həqqul-mubin” demək.
29-Az danışmaq və yalanı tərk etmək.
30-Qohumluq əlaqələrini kəsməmək.
31-Əmanətə vəfalı olmaq.
32-Bığı və dırnaqları qısaltmaq.
33-“Hər gün yüz yetmiş üç dəfə “Əl-lətif” demək.
34-Ayaq yolunda danışmamaq.
35-Yeməkdən qabaq dəstəmaz almaq.
36-Namazı xüzu halında qılmaq.
37-Camaat namazında iştirak etmək.
38-Azandan qabaq məscidə getmək.
39-Yersiz və boş sözlər danışmamaq.
40-Allahın verdiyi nemətlərə şükr etmək.
38
Dostları ilə paylaş: |