QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ


MALIN ÇOXALMASI, SƏDƏQƏ VƏ ZƏKATIN VERİLƏCƏK KİMSƏNİN OLMAMASI



Yüklə 0,92 Mb.
səhifə10/80
tarix17.02.2022
ölçüsü0,92 Mb.
#114520
1   ...   6   7   8   9   10   11   12   13   ...   80
MALIN ÇOXALMASI, SƏDƏQƏ VƏ ZƏKATIN VERİLƏCƏK KİMSƏNİN OLMAMASI

Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Aranızda mal çoxalmadıqca Qiyamət qopmaz. Elə ki, mal sel kimi axacaq, mal sahibi sədəqə verəcək kimsə tapmayacaqdır. Zəkat veriləcək kimsə: “Mənim zəkata ehtiyacım yoxdur” deyəcəkdir20. Əbu Musa - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İnsanlara elə bir zaman gələcək ki, əldə qızıl zəkat vermək üçün adam axtarılacaq, lakin zəkat veriləcək kimsə tapılmayacaqdır”21. Adiy b. Hatim - radıyallahu anhu – rəvayət edir ki, Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında ikən bir nəfər gəlib yoxsulluqdan şikayət etdi. Sonra digər bir nəfər gəldi və yol kəsən quldurlardan şikayət etdi. Peyğəmbər: “Ey Adiy! Hirə şəhərini gördünmü?” deyə buyurdu. Adiy: “Xeyr, yalnız eşitdim” dedim. Peyğəmbər: “Əgər ömrün uzun olsa dəvə üzərində bir qadının Allahdan başqa kimsədən qorxmadan Kəbəyə gəlib təvaf edəcəyini görəcəksən” deyə buyurdu. Öz-özümə: “Bizim Tai qəbiləsinin yol kəsənləri varaaa! (Onların əlindən hara gələ bilər)” dedim. Peyğəmbər: “Əgər ömrün uzun olsa Kisranın xəzinələrinin fəth ediləcəyini görəcəksən” deyə buyurdu. Mən: “Kisra b. Hurmuzmu?” dedim. Peyğəmbər: “Bəli, Kisra b. Hurmuz və əgər ömrün uzun sürərsə qızıl və gümüş dolu kisəsini çıxarıb zəkat vermək istəyən adamı görürsən. Lakin zəkat alacaq kimsə olmayacaqdır (tapmayacaqdır). Hər biriniz mütləq bir gün gələcək aranızda heç bir pərdə, tərcüməçi olmadan Allahla qarşılaşacaqsınız. O, zaman Allah: “Səni təbliğ edən bir Peyğəmbər göndərmədimmi?” deyə buyuracaq. O: “Bəli, göndərdin” deyəcəkdir. Allah: “Mən sənə mal vermədimmi? Ikram etmədimmi?” deyə soruşacaq. Qul: “Bəli, Ey Rəbbim, verdin” deyib sağına baxacaq Cəhənnəmdən başqa bir şey görməyəcəkdir, soluna baxacaq Cəhənnəmdən başqa bir görməyəcəkdir”. Adiy - radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: “Bir xurmanın yarısı da olsa onu sədəqə verib özünüzü Cəhənnəmdən qoruyun. Kim yarım xurma tapmazsa gözəl bir sözlə qorunsun”. Adiy: “Allahdan başqa kimsədən qorxmadan Kəbəni təvaf etməyə gedən dəvə üstündə yaşlı qadın gördüm. Kisra b. Hurmuzun xəzinələrini ələ keçirənlər arasında mən də var idim. Əgər sizin də ömrünüz uzun olarsa Əbul Qasımın xəbər verdiyi kisəsini çıxaran o, adamı görəcəksiniz” dedi22. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in xəbər verdiyi bu əlamətlər həqiqət olmuşdur. Səhabələrin zamanında İran və Bizansda edilən fəthlərdən sonra mal çoxalmışdır. Ömər b. AbdulƏziz – rahmətullahi aleyhi - nin dövründə isə sel kimi axmışdır. Belə ki, sədəqə və zəkat veriləcək bir nəfər də belə tapılmamışdır. İbn Həcər – rahmətullahi aleyhi - deyir ki: “Böyük ehtimalla İsa və Mehdi - əleyhimussəllam - ın dövründə, yəni axır zamanlarda da mal çoxalacaqdır”. Doğrusunu Allah bilir!.



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin