QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ


FİTNƏLƏRİN ŞƏRQ TƏRƏFDƏN ÇIXMASI



Yüklə 0,92 Mb.
səhifə12/80
tarix17.02.2022
ölçüsü0,92 Mb.
#114520
1   ...   8   9   10   11   12   13   14   15   ...   80
FİTNƏLƏRİN ŞƏRQ TƏRƏFDƏN ÇIXMASI

Müsəlmanlar arasında baş verən fitnələrin çoxu Şeytanın buynuzunun doğduğu yer olan şərq tərəfdən ortaya çıxacaqdır. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – şərq tərəfə işarə edərək buyurdu: “Diqqət edin! Fitnə oradan, şeytanın buynuzları çıxdığı yerdən gələcəkdir (Başqa rəvayətdə: Küfrün başı bu yerdən şeytanın buynuzunun doğduğu yerdəndir29)”30. İbn Həcər rahmətullahi aleyhi - deyir ki: “İlk çıxan fitnələrin qaynağı şərq tərəfdir və bu müsəlmanların arasında bölünmələrə səbəb olmuşdur. Şeytan bunu çox sevər və bidətin qaynağı da o, tərəfdəndir”31. Xəvariclər, Əşarilər, Batiniyə, Qədəriyə, Cəhmiyə və Mötəzilə kimi sapıq fikirlərin çoxu şərqdən gəlmişdir. İrandan isə Məcusi olan Zərdüştlik gəlmişdir. Bəhailik - əsasını qoyan İranlı Mirzə Əli Muhəmməd Şirazidir. İran höküməti tərəfindən həps edilmiş və öldürülmüşdür. Yerinə Bəhaullah – Mirzə Hüseyn Əlidir və Peyğəmbərlik iddiasında olmuşdur. Yenə bundan başqa Dəccəl, Yəcuc və Məcuc və s. çıxması şərqdəndir. Bütün bu fitnələrdən Allaha sığınırıq. Sufyan b. Əbu Zubeyr - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: “Yəmən fəth ediləcəkdir. Bir qrup insan Mədinədən oraya ailələri və onlara tabe olanlarla gedəcəklər. Halbuki Mədinə onlar üçün daha xeyirlidir. Şam da fəth ediləcəkdir. Bir qrup insan Mədinədən oraya ailələri və onlara tabe olanlarla gedəcəklər. Halbuki Mədinə onlar üçün daha xeyirlidir. İraq da fəth ediləcəkdir. Bir qrup insan Mədinədən oraya ailələri və onlara tabe olanlarla gedəcəklər. Halbuki Mədinə onlar üçün daha xeyirlidir”32.



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin