QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ


SİFFİN, CƏMƏL VƏ HƏRURİYƏ DÖYÜŞLƏRİ



Yüklə 0,92 Mb.
səhifə14/80
tarix17.02.2022
ölçüsü0,92 Mb.
#114520
1   ...   10   11   12   13   14   15   16   17   ...   80
SİFFİN, CƏMƏL VƏ HƏRURİYƏ DÖYÜŞLƏRİ

Peyğəmbər – sallallahu aleyhi və səlləm – Osman - radıyallahu anhu – ya başına gələcək bir bəlanın isabət edəcəyini söyləmişdir. Bu üzdən Osman - radıyallahu anhu – bu bəlaya səbr etdi və ona görə qan tökülməsin deyə azğın topluluğa qarşı çıxması üçün səhabəyə izin vermədi35. Əbu Musa əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına Osman - radıyallahu anhu – gəldi və yanına girmək üçün izn istədi. Peyğəmbər: “İzn verin gəlsin və Ona isabət edəcək bir bəladan dolayı Cənnətə girəcəyini də müjdələyin” deyə buyurdu36. Osman - radıyallahu anhu – nun öldürülməsiylə müsəlmanlar qruplara ayrıldılar və səhabələr arasında savaşlar oldu. Fitnələr və sapıq görüşlər yayıldı, ayrılıqlar çoxaldı. Bunun nəticəsində səhabə zamanında sonu heç də yaxşı olmayan döyüşlər baş verdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhabə zamanında olacaq fitnələri bilirdi. Usamə b. Zeyd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Mədinənin yüksək binalarından birinə çıxaraq: «Mənim gördüklərimi görürsünüzmü?» deyə buyurdu. Səhabələr: «Xeyr» dedilər. O: «Evlərinizin arasına (şiddətli yağan) yağışın (açdığı yaralar) kimi fitnələrin yağdığını görürəm»37. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya, onunla Aişə - radıyallahu anhə – arasında hadisənin olacağını xəbər vermişdi. Əbu Rafidən gələn hədisdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya buyurdu: “Səninlə Aişə - radıyallahu anhə – arasında bir hadisə baş verəcəkdir?”. Əli: “Mənimləmi ya Rəsulallah?” dedim. Peyğəmbər: “Günahkar mənmi olacağam ya Rəsulullah?” dedim. Peyğəmbər: “Xeyr, lakin belə bir şey olarsa onu əmin olacaq bir yerə götür” deyə buyurdu38. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – xanımlarına buyurdu: “Sizlərdən biri tüklü bir dəvəyə minər və Həvəbin (Məkkə ilə Bəsrə yolu üzərində Bəsrəyə yaxın bir yerdir. Cahiliyyə vaxtında ərəblər sularını buradan götürərdilər39) itlərinin hürdüyü yerə qədər gələr. Sağında və solunda çoxlu ölülər olur. O, da öldürülməkdən qurturulur”40. Aişə - radıyallahu anhə – Bəni Amir məntəqəsinə gəldiyi zaman köpəklər üzərinə hürməyə başladılar. Aişə: “Bu haranın suyudur?” dedi. Ona: “Bu Həvbədir” dedilər. Aişə: “Zənn edirəm ki, dönmək lazımdır. Çünki Peyğəmbər: “Siz qadınlardan biri Həbvənin köpəkləri üzərinə hürdüyü zaman halı necə olur” dediyini eşitdim41. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki böyük İslam ordusu bir-biri ilə savaşmadıqca Qiyamət qopmaz. Bu iki toplumun ikisi də eyni iddiada olduqları (ikisi də İslamiyyət və haqq iddiasında olduqları) halda aralarında böyük savaş olacaqdır...”42. İbn Həcər rahmətullahi aleyhi - deyir ki: “Bu iki topluluqdan biri Əli - radıyallahu anhu – və onunla birlikdə olanlardır, digəri isə Muaviyə - radıyallahu anhu – və onunla birlikdə olanlardır”43. Bu iki toplum arasında Siffin adlanan yerdə Hicri 36-cı ildə Zil Hiccə ayında döyüş baş verdi. Döyüşdə hər iki tərəfdən 70000 minə yaxın insan öldü. Zeyd b. Vəhb rəvayət edir ki: “Biz Xuzeyfə - radıyallahu anhu – nun yanında idik. O: “Din, Din qardaşlarımız çıxmış və bir-birilərinə qılınc qaldırmışlar. Siz nə düşünürsüz?” dedi. Biz: “Sən nə etməmizi əmr edirsən” dedik. O: “Əli - radıyallahu anhu – nun tərəfində olan qrupu tapın və onlarla olun. Çünki haqlı olan Əli - radıyallahu anhu – dur” dedi44.


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin