QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ


YALANÇILARIN VƏ PEYĞƏMBƏRLİK İDDİASINDA OLANLARIN ORTAYA ÇIXMASI



Yüklə 0,92 Mb.
səhifə17/80
tarix17.02.2022
ölçüsü0,92 Mb.
#114520
1   ...   13   14   15   16   17   18   19   20   ...   80
YALANÇILARIN VƏ PEYĞƏMBƏRLİK İDDİASINDA OLANLARIN ORTAYA ÇIXMASI

Ortaya çıxan əlamətlərdən biri də 30 yaxın yalançının Peyğəmbərlik iddiasında olmasıdır. Onlardan bəziləri Peyğəmbər – sallallahu aleyhi və səlləm – həyatda ikən və səhabə zamanında ortaya çıxmış, günümüzdə də ortaya çıxmağa davam edir48. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “30 yaxın yalançı çıxmadıqca Qiyamət qopmaz. Bunların hamısı Peyğəmbər olduqlarını iddia edəcəklər”49. Səvban - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdən olan qəbilələr bütlərə tapınaraq müşriklərə qatılmadıqca Qiyamət qopmaz. Şübhəsiz ki, mənim ümmətimdən otuza yaxın yalançı çıxacaq. Onların hər birisi bir Peyğəmbər olduğunu iddia edəcəkdir. Mən isə Peyğəmbərlərin sonuncusuyam. Məndən sonra Peyğəmbər yoxdur»50. Bu yalançılardan biri olan Musəyləmə Kəzzəb Peyğəmbər – sallallahu aleyhi və səlləm – in həyatının son zamanlarında ortaya çıxmış və Peyğəmbərlik iddiasında olmuşdur. Peyğəmbər onunla yazışmış və Onu Kəzzəb olaraq adlandırmışdır. Ətrafına çox adam toplamış və müsəlmanlara çox pisliklər etmişdir. Nəhayət Əbu Bəkr - radıyallahu anhu – nun dövründə Yəməmə döyüşündə öldürülmüşdür. Daha sonra Yəməndən Əsvəd b. əl-Ənəsi Peyğəmbərlik iddiasında olmuş və Peyğəmbər – sallallahu aleyhi və səlləm – vəfat etmədən öncə səhabə tərəfindən öldürülmüşdür. Yenə Səcah ismində Peyğəmbərlik iddiası edən qadın olmuş. Museyləmə ilə evlənmişdir. Lakin Museyləmə öldürüldükdə təkrar İslama qayıtmışdır. Daha sonra Zuleyha b. Xuveylid əl-Əsədi Peyğəmbərlik iddiasında olmuş daha sonra Tövbə edərək İslama dönmüşdür. Yenə də onlardan biri Həris əl-Kəzzəbdir. AbdulMəlik b. Mərvan xəlifəliyi zamanında öldürülmüşdür. Abbasi xəlifələri dövründə də bir çox yalançı Peyğəmbərlər çıxmışdır. Son əsirlərdə isə Hindistanda Mirzə Əhməd Qadyani ortaya çıxmış. Gözlənilən Peyğəmbər, Məsih olduğunu və İsa - əleyhissəlam - ın qeybə çəkilmədiyini və s. iddialarda olmuşdur. Səmura b. Cundəb - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – günəş tutulduğu zaman verdiyi xütbəsində buyurdu: “30 nəfər yalançı çıxmadıqca Qiyamət qopmaz. Onların sonuncusu tək göz Dəccəldir”51. Xuzeyfə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Ümmətimdən 27 nəfər yalançı dəccəl çıxacaq. Onlardan 4 qadındır. Mən isə Peyğəmbərlərin sonuncusuyam. Məndən sonra Peyğəmbər yoxdur”52.



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin