Auf b. Məlik, İbn Ömər - radıyallahu anhum –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Ümmətimin ölüm xəstəliyinə tutulmasıdır. Belə ki, qoyun qırxarkən yunlarının yerə düşdüyü kimi insanlar da yerə düşüb öləcəklər»82. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Qiyamətdən öncə Xarc günləri gəlir. O, günlərdə elm yox olur, cəhalət çoxalır” dedi. Əbu Musa: “Xarc - Həbəşi dilində mənası adam öldürməkdir” dedi83. Əbu Hureyrə, Əbu Musa əl-Əşari - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın Xarc çoxalacaqdır» Biz: «Xarc nə deməkdir?» deyə soruşduq. O: «Ölüm hadisələrinin çoxalması, adam öldürməkdir)». Səhabə: “Biz bir ildə (döyüşlərdə) 70 mindən çox adam öldürürük. Bundan daha çox öldürücəyik?” dedi. Peyğəmbər: “Bu sizin müşrikləri öldürməyiniz deyildir. Bu sizin bir-birinizi öldürməyinizdir” deyə buyurdu. Səhabə: “Bunu etdiyimiz zaman ağlımız yerində olurmu?” dedi. Peyğəmbər: “O, gün insanların çoxunun ağlı yerində olmaz. Onların yerinə boş başlı insanlar gəlir. Hamısı özlərini (böyük, alim) sayarlar. Lakin onlar heç bir şeydirlər” deyə buyurdu84. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qəlbim əlində olan Allaha and olsun ki, ölən nə üçün öldürdüyünü, öldürülən də nə üçün öldürüldüyünü bilmədikcə Qiyamət qopmaz». Biz: «Bu necə olacaq?» deyə soruşduq. O: «Bu elə qətllər olacaq ki, ölən də öldürülən də Cəhənnəmə düşəcək»85. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zaman qısalacaq, elm yox olacaqdır. Fitnələr meydana gələcəkdir. Karğaşa çoxalacaqdır». Səhabələr: «Karğaşa nədir? Ya Rəsulallah!» dedilər. Peyğəmbər: «Öldürmədir, öldürmə! (Başqa rəvayətdə: «Karğaşa – insan yanında əyləşən yoldaşına güvənməyəcək-dir)»86. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü Allahın ilk haqq-hesab etdiyi şey qanla əlaqəsi olan şeylərdir»87. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xarc və Mərc vaxtlarında edilən ibadət mənim yanımda hicrət etmək kimidir»88. Sadaqa b. Musənna Rabah b. Həris, Əbu Burdə - radıyallahu anhu – yolu ilə gələn hədisdə deyir ki: “Ziyadın əmirliyi zamanı bazarda olarkən dəhşətdən əlimi digərinin içinə çırpdım. Ənsardan atası səhabə olan biri: “Nə üçün belə təəccübləndin ey Əbu Burdə?” dedi. Mən: “Dini bir, Peyğəmbər bir, döyüşü bir, Həcci bir, döyüşdükləri bir olan qövm bir-birilərini öldürməyi necə halal sayırlar?” dedim. Mənə: “Heç təəccüblənmə. Atam mənə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu rəvayət etdi: “Mənim ümmətim bağışlanmış bir ümmətdir. Axirətdə hesab və əzab görməzlər. Onların əzabı öldürmə, zəlzələ və fitnədir”89.