İÇKİNİN, ZİNANIN ARTMASI VƏ BUNLARIN HALAL QƏBUL EDİLMƏSİ
Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın zinakarlığın, içkilərin artması (çoxalması) olacaqdır»102. Əbu Məlik əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdən zinanı, ipəyi, içkini və musiqi alətlərini halal qəbul edən insanlar çıxacaq»103. Səhl b. Səd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın pozğunluq, iflas və çirkinlik baş alıb gedəcəkdir». Biz: «Ey Allahın Rəsulu! Bu nə vaxt olacaqdır?» deyə soruşduq. O: «Musiqi alətlərinin və qadın müğənnilərinin çoxaldığı vaxt!» deyə buyurdu104. Ubadə b. Sabit - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ummətimdən bir qism insanlar olacaq ki, içki içib onu başqa adla adlandıracaqlar»105.
Dostları ilə paylaş: |