AXŞAM GÖRSƏNƏN HİLALIN UZUN MÜDDƏT QALMASI
İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Axşam görsənən Təzə ayın göydə qalma müddətinin uzanması Qiyamətin əlamətlərindəndir”140. Əbu Hureyrə, Ənəs - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Təzə ayın göydə qalma müddətinin uzanması Qiyamət əlamətlərindəndir. Hilal ay bir gecə görsənəndə: “İki gecə görsəndi” deyilər.141
YUXULARIN ÇİN ÇIXMASI
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Vaxtın sürətlə getməsindən müsəlmanların yuxuları demək olar ki, onları aldatmayacaqdır. Xeyirli yuxular görən kimsə ən xeyirli insan sayılacaq. Müsəlmanın yuxuları Peyğəmbərliyin qırx beşdə biridir (Başqa rəvayətdə: Qırx altıda biridir, yetimşdə biridir)»142. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xeyirli yuxu Allahdan, şərr yuxu isə şeytandandır. Biriniz xoşlamadığı çirkin bir yuxu görərsə həmən sol tərəfinə üç dəfə tüfürsün. Sonra da o, yuxunun şərrindən Allaha sığınsın (Başqa rəvayətdə: Hansı tərəfdə yatmışsa digər tərəfə dönsün). Belə edərsə o, pis yuxu artıq ona heç bir zərər verə bilməz. Və bu yuxunu heç kəsə xəbər verməsin. Əgər gözəl bir yuxu görərsə həmən sevinsin və o, gözəl yuxunu sevdiyi kimsələrdən başqasına xəbər verməsin»143. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: Yuxu üç cürdür: «Saleh bir yuxu Allahdan bir müjdədir, şeytandan olan bir yuxu bu hüzündür və bir də insanın bir şey haqda çox düşünməsindən görülən yuxu»144. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mubəşşiratdan başqa nübuvətdən bir şey qalmadı». Oradakılar: «Mubəşşirat nədir?» deyə soruşdular. Peyğəmbər: «Saleh yuxudur» deyə buyurdu145. Bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək dedi: «Mən yuxuda başımın kəsilmiş olduğunu və başımın ardıyca getdiyimi gördüm». Peyğəmbər: «Yuxuda şeytanın səninlə oynamasını insanlara xəbər vermə» deyə buyurdu146. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: Məni röyasında görən məni görmüş kimidir. Çünki şeytan mənim surətimə girməz»147. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Röyasında məni görən ayıq ikən də məni görəcəkdir. Şübhəsiz ki, şeytan mənim surətimə girməz»148. Sələflər deyirlər ki: “Bu hadisələrin son andan baş verməsinin səbəbi o, vaxtı mömin kimsənin qərib olmasıdır”. Yenə də: “O, vaxtı mömin kimsənin dostu və yardımçısı az olduğundan ona gördüyü yuxunun həqiqət olmasıyla ehtiram edilir”149.
Dostları ilə paylaş: |