QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ



Yüklə 0,92 Mb.
səhifə43/80
tarix17.02.2022
ölçüsü0,92 Mb.
#114520
1   ...   39   40   41   42   43   44   45   46   ...   80
KONSTANTİNOPOLUN FƏTHİ

Auf b. Məlik, İbn Ömər - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Ya Rəsulullah! Konstantinopol (İstanbul)179 ilk öncə fəth ediləcəkdir yoxsa Rumiyyə?» deyə soruşdum. O: «Konstantinopol» deyə buyurdu180. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir tərəfi quruda, bir tərəfi isə dənizdə olan şəhəri bilirsinizmi?». Səhabələr: «Bəli, ya Rəsulullah!». O: «Bəni İshaqdan yetmiş min kişi ora savaşa getmədikcə qiyamət qopmaz. Ora çatdıqda qərərgah qurarlar. Amma silahla savaşmaz və bir ox da belə atmazlar. Yalnız – Lə İləhə İlləllahu Vallahu Əkbər – dediklərində şəhərin bir tərəfi, ikinci dəfə - Lə İləhə İlləllahu Vallahu Əkbər – dedikdə şəhərin digər tərəfi, üçüncü dəfə - Lə İləhə İlləllahu Vallahu Əkbər – dedikdə şəhər qapıları onların üzünə açılar. Onlar qəniməti paylaşdırarkən imdat səsi onlara gələrək: «Dəccəl gəlmişdir!» deyər. Onlar da hər şeyi buraxıb geri dönərlər181. İbn Kəsir rahmətullahi aleyhi - deyir ki: “Bu hədis axır zamanda Rumluların müsəlman olacaqlarını göstərir. Bəlkə də İstanbul onlardan bir qrup tərəfindən fəth olunacaq. Hədisdə deyildiyi kimi: “Bəni İshaqdan 70 min nəfər”. Müştəvrid, Amr b. As - radıyallahu anhu – nun yanında rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Qiyamət Rumlular insanların ən çoxu olduqları zaman qopar”. Amr: “Nə söylədiyinə fikir ver” dedi. O: “Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən eşitdiyimi söyləyirəm” dedi. Amr: “Onlarda dörd xislət vardır: “Onlar fitnələr zamanı insanların ən ağıllı və təmkinlilərdir. Müsibətdən sonra ən sürətli həyata və xeyirə dönənlərdir. Qaçdıqdan sonra təkrar hücuma keçmələri tez olur, yetim və zəiflər üçün insanların ən xeyirliləridirlər. Beşinci də çox gözəl bir sifətdir: Kralların zülmünə ən çox mane olanlardır”182. Rumluların çoxalması və müsəlmanlarla döyüşmələri bölümündə keçən hədis də bunu dəstəkliyir: O, zaman iki tərəfində səfləri qarşı-qarşıya gəldikdə Rumlular: «Bizi və bizdən əsir olanları baş-başa buraxın ki, onlarla savaşaq» deyərlər. Müsəlmanlar: «Vallahi! Qardaşlarımızı sizin əlinizə vermərik» deyərlər183. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İstanbulun fəthi Qiyamətə yaxın olacaqdır»184.



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin