HEYVANLARIN VƏ ƏŞYALARIN DANIŞMASI
Əbu Səid - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Canım əlində olan Allaha and olsun ki, vəhşi heyvanlar insanlarla danışmadıqca, insanın qılıncının ucu, ayaqqabılarının bağı və ailəsinin (o, evdən çıxdıqdan) sonra nələr etdiyini baldırı ona bildirmədikcə Qiyamət qopmayacaqdır»195. Əbu Hureyrə - radıyallahu anhu – ravayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir nəfər inəyin üzərinə minir. İnək insana baxaraq dilə gəlir və: «Mən bunun üçün yaradılmadım. Lakin mən əkinçilik üçün yaradıldım». Xalq heyrət və qorxu ilə: «Subhənəllah! Danışan bir inək» dedilər. Peyğəmbər: «Mən (onun danışmasına) inanıram. Əbu Bəkr və Ömər də inanırlar» deyə buyurdu. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir çoban qoyun sürüsü içərisində olduğu vaxt bir canavar sürüyə hücum edib qoyunlardan birini götürür. Çoban da canavarı təqib edərək qoyunu ondan alır. Bunun üzərinə qurd çobana: «Mənim onların arasında qalacağım gün, qocaldığından dolayı onların məndən başqa bir çobanı da olmayacağı gün, onları məndən kim qurtarır?» dedi. Xalq: «Subhənəllah!» dedilər. Peyğəmbər: «Mən (onun danışımasına) inanıram. Əbu Bəkr və Ömər - radıyallahu anhum – də inanırlar» deyə buyurdu196.
Dostları ilə paylaş: |