KEYSƏR VƏ KİSRA OLMAYACAQDIR
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Bizans impera-toru) Keysər öldükdən sonra başqa bir Keysər (Sasani hökmüdarı) Kisra öldükdən sonra başqa bir Kisra gəlməyəcəkdir. Canım əlində olan Allaha and olsun ki, onların xəzinələrini Allah yolunda xərcləyəcəksiniz»197.
KAXTANLININ ÇIXMASI
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kahtandan insanları dəyənəyi ilə idarə edən bir adam çıxmadıqca qiyamət qopmaz»198. Axır zamanda Kaxtan qəbiləsindən bir adam çıxar və insanlar ona dini lider olaraq itaət edərlər və ətrafında toplanırlar. Qurtubi – rahmətullahi aleyhi - deyir ki: “İnsanları dəyənəyi ilə idarə edən bir adam” sözünün mənası: İnsanları doğru yola sövq etməsi, ona bağlamasıdır. Hədisdə isə onun insanlara qarşı sərt və kobud olması başa düşülür”199. Bu sərtlik hər kəsə qarşı deyildir. Yalnız həddi aşan günahkarlara qarşıdır. O, isə dürüst bir kimsə və ədalətlə hökm edər. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki: “Qaxtanlı adam, hamısı saleh kimsələrdir”200.
Dostları ilə paylaş: |