Bunlar Qiyamətin yaxınlaşdığını bildirən əlamətlərdir. Bu əlamətlər ortaya çıxdığı vaxt qiyamət də onların ardı ilə gələcəkdir. Əhli Sünnə, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən gəldiyi şəkildə bu əlamətlərə inanırlar. Böyük əlamətlərin hansı sıra ilə meydana gələcəyini bəyan edən açıq bir dəlil yoxdur. Bu əlamətlər hədislərdə bir-birilərindən fərqli olaraq gəlmişlər. Huzeyfə b. Əsid əl-Ğifari - radıyallahu anhu – rəvayət edir ki, bizlər (Qiyaməti) müzakirə edən halda Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizim yanımıza gəldi və: «Nəyi müzakirə edirsiniz?» deyə buyurdu. Orada olan səhabələr: «Qiyamət saatını müzakirə edirik» dedik. Peyğəmbər: «Sizlər on əlamət müşahidə etmədikcə əsla Qiyamət qopmayacaqdır!» və bunları zikr etdi: «Duhan (duman), Dəccəl, Dəbbətul Ard (heyvanın çıxması), Günəşin məğribdən doğması, İsa – əleyhissəlam – ın gəlməsi, Yəcuc və Məcucun çıxması, Biri şərqdə, biri qərbdə, biri də ərəb yarımadasında yerin batması və bütün bunlardan sonra Yəməndən xaric olan odun insanları toplanış yerinə aparması»210. Xuzeyfə b. Useyd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “On əlamət meydana gəlmədikcə Qiyamət qopmaz. Şərqdə bir çöküntü, qərbdə bir çöküntü, ərəb yarmadasında bir çöküntü, Duhan, Dəccal, Dabbatul Ard, Yəcuc və Məcuc, günəşin qərbdən doğması, Adenin dərinlklərindən çıxıb insanları önünə qatıb sürən atəş (Başqa rəvayətdə: İsa b. Məryəm enməsi)”211. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Altı şey gəlmədən öncə yaxşı əməllər etməyə çalışın. Duhan, Dəccal, Dabbatul Ard, (Başqa rəvayətdə: Günəşin qərbdən doğması) Sizdən birinizin başına gələcək şey, bütün hər kəsin başına gələcək şey”212. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Üç şey görüldükdə daha öncə inanmamış və imanında xeyir qazanmamış kimsəyə imanı fayda verməz. Günəşin batdığı yerdən doğması, Duman və Dəbbətul Ard»213. Əbu Zərr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu günəş hara gedir bilirsinizmi?». Səhabələr: «Allah və Rəsulu daha gözəl bilir» dedilər. Peyğəmbər: «Bu günəş ərşin altına çatıncaya qədər gedər və səcdə edər halda qapanır və bu halda da qalır. Nəhayət ona: «Yüksəl, gəldiyin yerdən geri dön!» deyilər. O, da dönər və doğduğu yerdən təkrar doğar. Sonra hər dəfə təkrar belə edir…Nəhayət Qiyamətə yaxın ona: «Qalx, batdığın yerdən doğ!» deyilər. O, da məğrib tərəfdən doğar. Peyğəmbər: «Bu nə vaxtdır bilirsinizmi?» deyə buyurdu. «Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış şəxsə(sonrakı) imanı heç bir fayda verməz…». (əl-Ənam 158)214.«Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edər». (Yəsin 38). «Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edər)». (ər-Rahmən 5). Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əlamətlərin bir-birinin ardıyca gəlməsi ipə düzülmüş mirvari dənələrinin (qırıldığı) zaman tökülməsi kimidir”215. Abdullah b. Amr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əlamətlər ipə düzülmüş mirvari dənələri kimidir. Əgər ip qırılarsa hamısı dənə-dənə düşər”216.