Qiyamət saatından bir qədər əvvəl baş verən böyük hadisələrdən biri də dumanın gəlməsidir. «(Ya Peyğəmbər!) Sən səmanın aşkar bir duman gətirdiyi günü gözlə. İnsanları (bu duman) bürüyəcəkdir. Bu ağır bir əzabdır». (əd-Duxan 10-11).Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Duhan (duman) təsiri möminə zökəm kimi gəlir, kafirə isə çox şiddətlidir”217.
MƏSİH DƏCCƏL
Məsihin Mənası - Qurtubu – rahmətullahi aleyhi - bu kəlimənin 23 çeşit mənası olduğunu söyləyir218. Ayrıca bu kəlimə həm “Doğru Söyləyən” həm də “Azdıran Yalançı” mənalarını da daşıyır. Məsih İsa - əleyhissəlam - doğru söyləyən. Məsih Dəccəl isə insanları azdıran yalançıdır. Allah iki Məsih yaratmışdır. Biri digərinin ziddidir. Həmçinin iki gözündən biri məsh edildiyi üçün belə adlanır. Dəccəlin Mənası: 1. Dəccəl – dəcələ sözündən götrülüb, aldatmaq deməkdir. Dəcəlun – çox yalan danışan, aldadan deməkdir. Haqqı yalanla örtdüyü üçün bu ad verilmişdir219. İbn Həcər – rahmətullahi aleyhi - deyir ki: “Məsih Dəccəlin Qurani Kərimdə zikr edilməməsinə səbəb onun zəlil olması, alçaldılması üçündür”220. 2. Dəccəl – Dəcl kəliməsindəndir. Dəvə yara-xora basdıqda onu qatran ilə boyayırlar və buna da Dəcl deyilir. Qatrana Ducel – Ducalə deyilir. Dəccəl də öz sehrini qatranla boyayıb örtəcəkdir. 3. Dəccəl – qızılı suya boyamaq deməkdir. Bir kimsə qılıncını qızıl suyu ilə boyadım dedikdə Dəcəltu ləfzini işlədir. 4. Dəccəl – örtmək mənasındadır. O, insanları öz küfrü ilə örtər221.