PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – İN MƏSİH DƏCCƏLDƏN ALLAHA SIĞINMASI
İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu duanı Quran surəsi öyrədir kimi bizə öyrədirdi: «Allahım! Cəhənnəm əzabından sənə sığınıram, qəbr əzabından sənə sığınıram, Məsih Dəccəlin fitnəsindən sənə sığınıram, ölümün və həyatın fitnəsindən sənə sığınıram”222. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – namazın sonunda dörd şeydən Allaha sığınardı: “Qəbir əzabından Allaha sığınıram, Cəhənnəm əzabından Allaha sığınıram, açıq və gizli fitnələrdən Allaha sığınıram və tək gözlü yalançı (Dəccəldən) Allaha sığınıram (Başqa rəvayətdə: Həyatın və ölümün fitnəsindən Allaha sığınıram223)”224.
Dostları ilə paylaş: |