MƏSİH DƏCCƏL HARADAN ÇIXACAQDIR?
Əbu Bəkr – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Dəccəl şərq ölkəsində meydana gələcəkdir. Ora Xorasan adlanır. Abırsız və həyasız insanlar ona qoşulacaqlar (ona üzləri qalxanın dərisi kimi olan bir qövm tabe olur)»225. Nəvvas b. Səman - radıyallahu anhu – rəvayət edir ki, bir gün səhər Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə Məsih Dəccəl haqqında danışmağa başladı.... Heç şübhəsiz ki, o Şam ilə İraq arasında olan bir yolda ortaya çıxacaqdır. Sağına da, soluna da öz fitnə-fəsadını yayacaqdır. Ey Allahın qulları imanda möhkəm olun!...»226. Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Şübhəsiz ki, o İsfəhandan çıxacaqdır (Başqa rəvayətdə: Kufədən çıxacağıda söylənilir227)”228. İbn Kəsir – rahmətullahi aleyhi - deyir ki: “Dəccəlin zühuru başlanğıc olaraq İsfəhanın “Yəhudiyyə” məntəqəsindən olur və 70 min Yəhudi silahları ilə ona tabe olurlar. Əyinlərində yaşıl Tayalisi (Yaşıl Persiya əbasına deyilir) libası olur. Yenə tatarlardan 70 min nəfər ona kömək edər və Xorasanda bir çox kimsə ona tabe olar”229.
Dostları ilə paylaş: |