PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – HAQQINDA HƏDİSLƏRİN UYDURULMASI
Əli, Ənəs b. Məlik, Əbu Hureyrə - radıyallahu anhum – rəvayət edirlər ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, mənim ağzımdan yalan söyləmək başqasının ağzından yalan söyləmək kimi deyil. Hər kim söyləmədiyimi mənə qəsdli olaraq söyləyərsə atəşdən yerini hazırlasın»61.
TƏHLÜKƏSİZLİK ORQANLARI
Əbu Umamə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Axır zamanda bu ümmət üçün əlində öküz quyruğu kimi qamçı olan adamlar çıxacaqdır. Gəlir əzab edər, gedir (yenə də) əzab verərlər (Başqa rəvayətdə: “Axır zamanda insanlara səhər axşam əzab verəcək təhlükəsizlik dəstələri (orqanları) olacaq. Onlardan olmayasan”62. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cəhənnəm əhlindən iki sinif insan var ki, mən onları dünyada ikən görməmişdirm. Bir qövm inəyin quyruğu kimi qamçılarla insanları döyərlər. İkincisi isə qadınlar açıq-saçıq, yarım çılpaq geyinəcəklər, pozğun şeylərə meyl edəcəklər, başlarını (saçlarını) dəvənin boynundakı hörüklər kimi maili çıxacaqlar. Onlar Cənnətə daxil olmazlar və onun iyisini də duymazlar. Halbuki cənnətin iyi bu və bu qədər məsafədən hiss edilir»63. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Əgər ömrün uzun sürərsə çox keçməz ki, əlindəki öküz quyruğu kimi qamçılar olan qrupun insanlara durmadan əzab etdiklərini görəcəksən”64. İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Sizin başınıza elə bir təhlükəsizlik orqanları gəlir Məcusilərdən daha pis olacaqlar”65.
YALANIN ARTMASI
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın mənim ümmətimdən elə bir insanlar çıxacaq ki, onlar nə sizin, nə də atalarnızın eşitmədikləri şeyləri danışacaqlar. Onlardan çəkinin»66. Abdullah b. Amr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dənizdə Süleymanın qandalladığı şeytanlar vardır. Çox keçməz ki, onlar azad olarlar və insanlara öz Quranlarını oxuyarlar»67.
Dostları ilə paylaş: |