FAİZİN (SƏLƏMÇİLİYİN) ÇOXALMASI
İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Qiyamətdən öncə % çoxalır”108. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İnsanların üzərinə elə bir vaxt (zaman) gələcək ki, artıq insanı qazancının halal və ya haram yolla olması maraqlandırmayacaq”109.
ƏMANƏTƏ XƏYANƏTİN ARTMASI
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdu: «Qiyamət nə vaxt qopacaq?» O: «Əmənət qaldırılacağı zaman siz Qiyaməti gözləyin» deyə buyurdu. O, kişi: «Əmanət nə vaxt qaldırılacaq?» Peyğəmbər: «Layiq olmayan insana əmanət verilərsə əmanət korlanmış olar» deyə buyurdu110. Əmanət – xəyanətin ziddidir. “Biz əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir. (İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi)”. (əl-Əhzab 72). Alimlər əmanəti bir çox mənalarda açıqlamışlar. 1) Tövhid – çünki o, qulun yanında qoruması lazım olan bir əmanətdir. 2) Əməl – qulun qoruması lazım olan bir əmanətdir. Əmanət dinin əmrlərini yerinə yetirmək və qadağalarından qaçmaqdır111. Xuzeyfə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə iki hədis rəvayət etdi. Onlardan birini gördüm, ikincisini isə gözləyirəm. Birinci - əmanətdir. İnsanların (saleh kimsələrin) qəlblərinin dərinliyinə enər. Sanki o, insanlar Quran və Sünnəni bilirlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə əmanətin qaldırılmasından da danışdı. Bir kimsə yatar və əmanət onun qəlbindən (hafizəsindən) silinib alınar. Əmanətin əsəri, rəngi solğun bir nöqtə halında yanıq yeri kimi qalır. Sonra həmən şəxs bir də yatdığı zaman əmanətin qalan qismi də alınır. Bunun da izi əməksevər bir kimsənin ovcundakı qabarcıq (suluq) kimi yeri qalar. Belə ki, əmanət sənin ayağına saldığın bir közün düşdüyü yeri şişirdib sənin onu qabarcıq (suluq) halında gördüyün kimidir. Halbuki bu qabarcıqda (suluqda həyata təsir) bir şeylər yoxdur. Bu şəkildə insanlar bir-birilərilə alış-veriş etməkdə sabahlayarlar. (Heç kimsə əmanəti kim ödəyər deyə bir kimsə tapmaz). Belə ki: “(Gah) Filan oğulları içində əmin bir kimsə vardır (əmanəti ona verək)” deyərlər. Yenə o, kimsə üçün: “O, nə ağıllı, nə tədbirli, nə də cəsur bir kimsədir” deyərlər. Halbuki o, kimsənin qəlbində xardal dənəsi qədər iman yoxdur. Xuzeyfə: “Mən elə bir zamanda yaşadım ki, o dövürdə biri ilə alış-veriş etdikdə heç narahat olmazdım. (Alış-veriş) edəcəyim kimsə müsəlmandırsa onu İslamı (xəyanət) etməkdən çəkindirərdi. Əgər (alış-veriş) edəcəyim kimsə Xristian və Yəhudidirsə onu yaşadığı yerin vəlisi xəyanətdən çəkindirər. Bu gün isə mən filan və filankəsdən başqa heç kəslə alış-veriş edə bilmirəm”112.
Dostları ilə paylaş: |