İNSANLARIN BİR-BİRİNƏ OLAN İNAMININ İTMƏSİ
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnamın itdiyi zaman Qiyaməti gözləyin»133.
ALIŞ-VERİŞ YERLƏRİNİN BİR-BİRİNƏ YAXIN OLMASI
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Fitnələr çıxmadıqca, yalan çoxalmadıqca və alış-veriş mərkəzləri bir-birinə yaxın olmadıqca Qiyamət qopmaz”134.
MƏSCİDLƏRİN VƏ QURANIN BƏZƏDİLMƏSİ
Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar bir-birlərinin qarşısında məscidlərlə öyünmədikcə Qiyamət qopmaz»135. Ənəs - radıyallahu anhu – deyir ki, insanlar məscidlərlə öyünəcək və onları az-az ziyarət edəcəklər. Onlar məscidləri bəzəməklə öyünəcəklər». İbn Abbas - radıyallahu anhu – deyir ki: “Siz məscidləri Yəhudilərin və Xaçpərəstlərin etdikləri kimi bəzəyəcəksiniz»136. Əbu Dərdə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər siz məscidləri və Quran vərəqlərini bəzəməyə başlasanız onda siz məhv olacaqsınız»137. Ömər - radıyallahu anhu – məscidi inşa edərkən deyir: “Sən sadəcə insanları yağışdan qoru. Nə badə (məscidləri) al-sarı rəngə boyamaqla bəzəyib insanları fitnəyə salma”138. Məscidləri yaşatmaq onları bəzəməklə deyildir. Məscidləri yaşatmaq orada namaz qılmaq və Allahı zikr etməklə olur. Məscidlər insanları yağışdan, istidən və soyuqdan qorumaq üçün tikilib. Şafiilər deyirlər ki: “Kəbə daxil olmaqla məscidləri qızıl və gümüşlə bəzəmək haram, digər bəzəklərlə bəzəmək isə məkruhdur”139.
Dostları ilə paylaş: |