TİCARƏTİN BÖYÜMƏSİ
İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sadəcə tanıdıqları kimsələrə salam vermək və ticarətin yayılması Qiyamət əlamətlərindəndir. Belə ki, qadın ərinə ticarətdə yardımçı olacaqdır”163. Amr b. Tağləb - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Malın və pulun çoxalması, ticarətin çoxalması Qiyamət əlamətlərindəndir”164. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizi sevindirəcək şeylərin müjdəsini sizə verirəm və bunları (gələcəkdə də) ümüd edə bilərsiniz. Allaha and olsun ki, mən sizin üçün fəqirlikdən qorxmuram. Lakin mən sizin üçün əvvəlkilərə dünyanın imkanları geniş verildiyi kimi sizə də veriləcəyindən və onlar necə bu şeydə bir-birləri ilə yarışdıqları kimi sizin də yarışacağınızı və (dünya) onları necə həlak etdisə sizi də həlak edəcəyindən qorxuram»165.
Dostları ilə paylaş: |