MALA HƏRİSLİYİN ARTMASI
Auf b. Məlik, İbn Ömər - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Üzərinizə bol miqdarda mal (və pul) yağacaqdır (zəngin olacaqsınız). Belə ki, adama on min dinar veriləcəkdir. Lakin yenə də bu azmış kimi qızacaqdır»166.
MƏDİNƏNİN BOŞALMASI
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «...Mədinə pası aparan körükçü kimidir. Mədinə içində olan pisləri eynilə körügün dəmirin pasını çıxardığı kimi çıxarmadıqca Qiyamət qopmaz”167. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək İslama girdi. Səhəri qızdırma (isitmə) ilə gəldi və: “Ya Rəsulullah! Mənim geri dönməyim üçün izin ver” dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu təklifi üç dəfə qəbul etmədi və sonra: “Mədinə dəmirçi körügü kimidir, təmizi buraxır, pisi isə çölə atar” deyə buyurdu168. Qadi İyad – rahmətullahi aleyhi - deyir ki: “Bu hadisə artıq Peyğəmbər – sallallahu aleyhi və səlləm – in vaxtında baş vermişdir”. İmam Nəvəvi – rahmətullahi aleyhi - deyir ki: “Dəccəlin zamanında da baş verəcəkdir”169. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «...Mədinə və əhalisi üç dəfə sirkələnəcəkdir. Mədinədə bir nəfər belə münafiq kişi və qadın qalmaz. Hamısı onun (Dəccəlin) yanına gedirlər170)». Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Siz Mədinəni xeyirli halıyla tərk edəcəksiniz və orada vəhşi heyvan və quşlardan başqa heç kimsə olmayacaqdır. Mədinəyə ən son gələn qoyunlarını bağıraraq otlatan Muzeynə qəbiləsindən olan iki çobandır. Bunlarda Mədinəni bomboş buraxıb gedəcəklər və Səniyətul Vəda adlanan yerə çatdıqda üzü üstə düşəcəklər”171. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Siz Mədinəni gözəl halıyla tərk edib gedəcəksiniz. Belə ki, köpək və ya canavar ora gələcək və məscidin divarına (minbərinə) bövl edəcəkdir. Səhabə: “Ya Rəsulullah! O, gün kim qazanır?” dedi. Peyğəmbər: “Yırtıcı quşlar və heyvanlar” deyə buyurdu172. Cabir - radıyallahu anhu – deyir ki, Ömər - radıyallahu anhu – mənə Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən eşitdiyini xəbər verdi: “Mədinənin kənarında dolaşan birisi deyər: Vaxtıkən burada bir çox müsəlmanlar oturardılar”173.
Dostları ilə paylaş: |