FIRATIN SUYUNUN QURUMASI
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Firat suları quruyub qızıldan bir dağ ortaya çıxarmadıqca qiyamət qopmayacaqdır. O, qızılı ələ keçirmək üçün insanlar bir-birləri ilə savaşacaqlar. Savaşa qatılan hər yüz nəfərdən doxsan doqquzu öldürüləcəkdir. Hər kəs də o, qurtulan kimsənin mən olduğunu ümüd edirəm deyəcəkdir. Kim o, vaxtı orada olarsa oradan bir şey götürməsin»189.
ƏRƏBİSTAN YARMADASININ YAŞILLIĞA BÜRÜNMƏSİ
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ərəb yarmadası bitkili (yaşıllı) və çaylar axan bir əraziyə dönmədikcə Qiyamət qopmayacaqdır»190. Muaz b. Cəbəl - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Təbuk döyüşü zamanı buyurdu: “İnşallah, siz sabah Təbuk ərazisində olan (su quyusuna) bulağa çatacaqsınız. Gündüz olmadan ora girməyin. Sizdən kim ora çatarsa mən gəlmədən oranın suyuna əl sürtməsin. Biz oraya çatdıqda artıq bizdən öncə iki nəfər ora gəlmiş və quyudan ayaqqabı bağı kimi incə su axırdı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – o, iki adama: “Bu suya əlinizi sürtdünüzmü?”. Onlar: “Bəli” dedilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onları danladı. Sonra o, quyunun (axmış) suyunu ovucu ilə götürərək bir şeyin içinə doldurdu. Əllərini və üzünü yudu. Qalan suyu quyunun içinə boşaltdı. Quyunun suyu artı. Oradakılar bol-bol ondan içdilər. Peyğəmbər: “Ey Muaz! əgər sənin ömrün uzun olarsa buranın baxçalarla dolu olduğunu görəcəksən”191.
Dostları ilə paylaş: |