QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ


İLK DƏNİZ SAVAŞI EDƏN ORDU



Yüklə 0,92 Mb.
səhifə49/80
tarix17.02.2022
ölçüsü0,92 Mb.
#114520
1   ...   45   46   47   48   49   50   51   52   ...   80
İLK DƏNİZ SAVAŞI EDƏN ORDU

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimin dəniz savaşı edəcək olan ilk ordusuna Cənnət vacib olmuşdur. Ümmu Haram201 - radıyallahu anhu – deyir ki: «Ya Rəsulullah! Mən o, orduda olacağammı?». Peyğəmbər: «Sən o, ordudakı əskərlər arasında olacaqsan» deyə buyurdu. Peyğəmbər: «Kayserin şəhərinə (İstambul) savaşmağa gedən ümmətimin ilk ordusu bağışlanmışdır» deyincə mən: «Ya Rəsulullah! Mən də onların arasında olacağammı?» deyə soruşdum. O: «Xeyr» deyə cavab verdi202.


XƏLİFƏLİK QUREYŞDƏNDİR

Cabir b. Səmura - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «On iki xəlifə olacaqdır. Hamısı da Qureyşdəndir»203. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xəlifəlik məndən sonra otuz ildir»204. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «On iki münafiq vardır. Bunlar Cənnətə girməzlər və dəvə iynənin dəliyindən keçənə qədər onu iyisini belə hss etməzlər»205.


ƏN XEYİRLİ ƏSR

İmaran b. Hüseyn - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimin ən xeyirliləri mənim zamanımdakılardır. Sonra onların ardıyca gələnlərdir». Səhabə deyir ki, bilmirəm iki, yoxsa üç nəsil zikr etdi. Sonra sözünə davam edərək: «Sizdən sonra elə bir qövm gəldi ki, şahidliləri istənməyəcəkdir, lakin şahidlik edəcəklər. Xainlik ediləcəkdir, onlara güvənilməyəcəkdir. Nəzir deyəcəklər, lakin yerinə yetirməyəcəklər…»206.



Həyasızlığın ortaya çıxması, düşmənçiliyin, nifrət etməyin, kin saxlamağın çoxalması, insanların çılpaq geyinib çölə çıxmaları və s. səhih hədislərlə sabit olunmuş bir çox əlamətlər vardır207. Elə bir dəhşətli dövran gələcəkdir ki, zülmət qaranlığı kimi fitnələr meydana çıxacaqdır. Bu fitnələrin meydana çıxdığı zaman Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Gecə qaranlığı kimi öldürücü fitnələrdən çəkinin. (Xeyirli əməllər etməyə çalışın!) Çünki səhəri mömin olan axşama kafir olacaqdır, axşamı mömin olan isə səhərə kafir olacaqdır. İnsanlar öz imanlarını (dinlərini) dünya malına satacaqlar»208. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Gözlənilən yeddi şey gəlmədən öncə əməllər edin: Hər şeyi unutduran fəqirlik, azdıran zənginlik, sağlamlığı pozan xəstəlik, əldən salan qocalıq, yaxadan yapışan (qəfildən gələn) ölüm və bunların da ən pisi olan Dəccəl. Qiyamət isə daha dəhşətli və qorxuludur”209. Allah bizi o, günlərdə qorusun! Amin!

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin