Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Gözlənilən yeddi şey gəlmədən öncə əməllər edin: Hər şeyi unutduran fəqirlik, azdıran zənginlik, sağlamlığı pozan xəstəlik, əldən salan qocalıq, yaxadan yapışan (qəfildən gələn) ölüm və bunların da ən pisi olan Dəccəl. Qiyamət isə daha dəhşətli və qorxuludur”233. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «...Onun arxa tərəfində saçı qısa, qıvrım, sağ gözü kor birini də gördüm. Gözü su üzərindəki üzüm dənəsi kimi pırtlağdı. İbn Katana bənzəyirdi234. Əllərinin birini çiyninə dayamış halda Beyti təvaf edirdi. Kimdir bu? deyə soruşdum. «Məsih Dəccəldir» deyə cavab verdilər”235. Ubadə b. Samit – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Məsih Dəccəl qısa boylu, qıvrım saçlı, gözü əyri üzə çıxmış bəlli olmayan şəkildə qorxunc bir adamdır. Sizi inandıracaq şəkildə yalan danışar. Halbuki sizin Rəbbiniz tək göz deyildir”236. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Dəccəlin gözü kordur. Nə çox qara (dərili), nə də çox ağ (dərilidir). Başı ilan və ya kərtənkələ başı kimidir (Başqa rəvayətdə: “Vücudu iri, saçları ağac budaqları kimi bir-birinə girmişdir”237)”238. Kab b. Ahbər - radıyallahu anhu – rəvayət edir ki: “Dəccəlin bir əli digərindən uzundur”239. Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Dəccəli sağ gözü kor və divarda köpmüş suvaq kimidir. Mirvariyə oxşar sol gözü isə ulduz kimi parlar”240. Xuzeyfə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sağ gözü məsh olunmuş, digər gözü isə günəş kimidir”241. Səfinə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sol gözü kor, sağ gözü ət ilə örtülmüş kimidir”242. Keçən hədislərdə Dəccəlin sağ gözü kor (əyri) ikən, bəzi rəvayətlərdə isə sol gözü kor (əyridir). Bu rəvayətləri hər biri də səhihdir. İbn Həcər – rahmətullahi aleyhi - deyir ki: “Buxari və Müslimdə keçən İbn Ömər – radıyallahu anhu – nun Dəccəl barəsində hədisdə sağ gözü kordur hədisi Müslimdə keçən sol gözü kordur hədisindən daha çox tərcih edilir. Çünki Muttafiqun Aleyh hədisi digərlərindən daha qüvvətlidir243. Qadi İyad – rahmətullahi aleyhi - deyir ki: “Dəccəlin iki gözü də əlildi. Çünki rəvayətlərdə belə keçir. Kor olan gözü sağ gözüdür. O, da İbn Ömər – radıyallahu anhu – nun rəvayətində keçir. Üzərində görməyə əngəl olan pərdəli göz isə sol gözüdür. Göz dəliyindən çıxmış, ulduz kimi parlayan, divarda bəlğəm və ya köpmüş suvaq kimi olan sol gözdür. Beləki onun həm sağ, həm də sol gözü əlildir. Kor olan sağ gözü heç nə görməz, digər qüsurlu gözü isə nuru sönmüş, görmə qabiliyyəti isə azalmışdır. İmam Nəvəvi – rahmətullahi aleyhi - bu görüş üçün: “Ən gözəl sonluqdur” demişdir. Qurtubi – rahmətullahi aleyhi - bu görüşü tərcih etmişdir244.