QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ


MƏSİH DƏCCƏLİN ANA VƏ ATASI



Yüklə 0,92 Mb.
səhifə57/80
tarix17.02.2022
ölçüsü0,92 Mb.
#114520
1   ...   53   54   55   56   57   58   59   60   ...   80
MƏSİH DƏCCƏLİN ANA VƏ ATASI

Abdullah b. Mutim - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dəccəlin qulağı kəsikdir”248. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dəccəlin uşağı olmaz və nə Mədinəyə, nə də Məkkəyə girməz”249. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Gözü kor, alnı açıq, sinəsi geniş və əyriliklərlə doludur”250. Əbu Bəkrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dəccəlin ana və atasının 30 il övladları olmaz. Sonra kor bir uşaqları olur”251. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Dəccəlin ana və atasını vəsf etdi: “Atası – uzun boylu, zəif cəsədli, burnu uzundur. Anası – iri bədənli, iri sinəli bir qadındır” deyə buyurdu252. Həfsə b. Ömər - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dəccəlin ortaya çıxmasına səbəb onu qəzəbləndirən bir şey səbəb olacaqdır”253. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dəccələ ilk olaraq qadınlar tabe olacaqdır və ona əziyyət verəcəklər. Bundan sonra öz xəndəyinə qəzəbli bir vəziyyətdə dönəcəkdir”254.



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin