QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ


BUXARİ VƏ MÜSLİMDƏ MEHDİYƏ İŞARƏ EDİLƏN HƏDİSLƏR



Yüklə 0,92 Mb.
səhifə68/80
tarix17.02.2022
ölçüsü0,92 Mb.
#114520
1   ...   64   65   66   67   68   69   70   71   ...   80
BUXARİ VƏ MÜSLİMDƏ MEHDİYƏ İŞARƏ EDİLƏN HƏDİSLƏR

Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: « Ümmətimdən bir qrup haqq uğrunda müzəffər şəkildə mübarizəni Qiyamət gününə qədər davam edər. Məryəm oğlu İsa - əleyhissəlam – yerə enəcək. Başçıları Mehdi ona: «Gəl bizə namazda imamlıq et!» deyəcəkdir. İsa: «Xeyr, onlar bir-birilərinin imamıdır. Bu da Allahın bu ümmətə olan ehtiramıdır» deyə cavab verdir342. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Görün siz necə (bir ümmətsinizki) rəhbəriniz özünüzdən olduğu bir halda Məryəm oğlu İsa - əleyhissəlam – sizlərə nazil olacaqdır (İmamınız sizdən olduğu halda Məryəm oğlu aranıza nüzul etdikdə halınız necə olacaqdır?)»343. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın ümmətimin axırında saysız (saymadan) mal paylayan xəlifə olacaqdır»344. Hədisin ravilərindən olan Cəriri belə deyir: «Əbu Nədra və Əbul Əlaya – sizcə bu Ömər b. AbdulƏzizdirmi? – deyə müraciyət etdim. Onlar da: «Xeyr» deyə cavab verdilər345. Mehdi hədislərini inkar edənlər deyirlər ki, Mehdi elə İsa – əleyhissəlam – ın özüdür və buna dəlil olaraq: Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Fitnə-fəsad yayılacaq, dünyanın sonu yaxınlaşacaq, insanlarda paxıllıq və xəsislik çoxalacaq, qiyamət yalnız pis insanlara görə qopacaqdır. Mehdi isə elə Məryəm oğlu İsadır»346. Bu hədis zəifdir. Çünki Muhəmməd b. Xalid əl-Cundi haqqında Zəhəbi – rahmətullahi aleyhi – deyir ki: “Ezdi deyir ki: “Hədisi qəbul edilməz. Hakim – rahmətullahi aleyhi – deyir ki: “Bilinmir kimdir”. Mən deyirəm ki: “Mehdi isə elə Məryəm oğlu İsadır” hədisi munkərdir347. İbn Teymiyyə, İbn Həcər – rahmətullahi aleyhi – deyirlər ki: “Bilinmir kimdir”348.



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin