MEHDİ HƏDİSLƏRİNİ İNKAR EDƏNLƏR VƏ ONLARA CAVAB
Lakin son zamanlarda törəyən yazarlardan bəziləri (“Rəşid Rıza “Mənâr Tefsiri” 9/499-504, Əhmed Əmin “Duhal-İslam” 3/237-241) Mehdinin gəlməsini inkar etməklə, onunla bağlı hədislərin zəif və batil olduğunu və Mehdini sadəcə Rafizilərin uydurduqları bir şey olduğunu və sonradan Əhli Sünnənin kitablarına qarışdığını söyləmişlər. Bu yazarlar Tarixçi İbn Haldunun məşhur “Muqəddiməsində” Mehdi hədislərini zəif etməsindən faydalanmışlıar. Belə ki, İbn Haldun bu sahədə geniş elm sahibi deyildi ki, hədislərə zəif və səhih desin. Bütün bunlara AbdulMuhsin əl-Abbad – hafizahullah - “Mehdî Hakkında Gələn Sahih Hədisləri Yalanlayanlara Cavap”adlı kitabında geniş olarak cavab vermişdir. Allah ondan razı olsun. Həmçinin Əhməd Şakir “Şərh Musnəd Əhməd” 5/197-198 cavab vermişdir.
İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “İmamilərə görə Mehdi, Həsən - radıyallahu anhu – nun deyil, Hüseyn - radıyallahu anhu – nun övladlarından olan Muhəmməd b. Həsən əl-Əsakir əl-Muntazadır. Musa - əleyhissəlam - ın əsasına sahib olub, 500 yüz ilə qədər öncə Samirədəki mağaraya girib ondan sonra onu görən olmamışdır. Buna görə də Rafizilər hərgün onu gözləyərlər və bu mağaranın qapısında bir atla durub yanlarına çıxması üçün: Ya Mövlana çıx, Ya Mövlana çıx” deyərlər. Sonra da pərişan və ümüdsüz olaraq geri dönərlər. Bu da onların halı”352.
Dostları ilə paylaş: |