QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ



Yüklə 0,92 Mb.
səhifə71/80
tarix17.02.2022
ölçüsü0,92 Mb.
#114520
1   ...   67   68   69   70   71   72   73   74   ...   80
YƏCUC VƏ MƏCUC

Zülqərneyn dedi: «Bu Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt (Qiyamətə yaxın Yəcuc-Məcuc tayfalarının dünyanı bürüyəcəyi zaman) gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir». (əl-Kəhf 90-98)353. Zeynəb b. Cəhş - radıyallahu anhə – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – üzü qıp-qırmızı halda, həyacanlı olaraq çölə çıxdı və: «Lə İləhə İlləllah! İrəlidə gecə qaranlığı kimi fitnə vardır. Vay ərəbin halına! Bu gün Yəcuc və Məcuc səddindən bu boyda dəlik açıldı» buyurdu. Bunu söylədikdə baş barmağı ilə şəhadət barmağını halqa şəkilində etdi. Bunun üzərinə mən: «Ya Rəsulillah! İçimizdə yaxşı kimsələr olarkən biz həlakmı oluruq?» dedim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bəli (fasiqlik, fahiş əməllər, əxlaqsızlıq, zülm) kimi pisliklər çoxaldığı zaman»354. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yəcuc və Məcuc hər gün səddi qazarlar. Balaca bir dəlik açıldıqda günəşin işıqlarını gördükdə əmrləri onlara: «Gəlin qayıdaq, sabah işimizə davam edərik» deyər. Səhəri ora gəldikdə səddin əvvəlki vəziyyətdə olduğunu görərlər. (Bu hal uzun bir vaxt belə davam edər). Nəhayət Allah onları insanların üzərinə göndərmək vədi gəlib çatdıqda onlar yenə də qazarlar. Səddən günəş işıqları göründükdə əmrləri: «Gəlin qayıdaq, sabah İnşəallah işimizə davam edərik» deyər. Səhəri ora gəldikdə səddi buraxdıqları halda görürlər. Qazmağa başlayırlar və çıxaraq insanların üzərinə hücum edirlər…»355. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü Allah buyuracaq: «Ey Adəm!». Adəm: «Buyur Ya Rəbbim!» deyər. Allah: «Atəşə göndərilənləri atəşə göndər». Adəm: «Nə qədərini?» deyər. Allah: «Hər min nəfərdən doqquz yüz doxsan doqquzunu atəşə, birini isə Cənnətə» deyə buyurar356. İbn Həcər – rahmətullahi aleyhi – deyir ki: “Bu hədis onların Adəm - əleyhissəlam - ın zurriyyətindən olmasına dəlildir və əksini iddia edənlərin sözlərini rədd edir”357. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yəcuc və Məcuc tayfasının çıxmasından sonra da Beyti həcc və ümrə üçün ziyarət edəcəklər»358. Xuzeyfə b. Yəmən, Abdullah b. Amr - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yəcuc və Məcuc tayfası Adəm oğullarındandır. Onlardan biri öz zuriyyətindən min insan görmədən ölməz (Başqa rəvayətdə: Yəcuc bir ümmət, Məcuc bir ümmət. Hər ümmət dörd yüz min nəfərdir və bunlardan hər biri öz övladlarından min silahlı adam görmədikcə ölməz)359»360. Abdullah b. Amr - radıyallahu anhu – rəvayət edir ki: “Cinlər və insanlar on qisimdir. Doqquz qismi Yəcuc və Məcucdur. Qalan qismini isə digər insanlar təşkil edir”361. Qatadə - radıyallahu anhu – rəvayət edir ki: “Yəcuc və Məcuc 22 qəbilədən ibarətdir. Onların 21-ni Zülqarneyn səddə həps etmişdir. Digər qəbilə isə döyüş əsnasında itən və səddin arxasında qalan Türklərdir”362. Nəvvas b. Səman - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Müsəlmanlar Yəcuc və Məcucun oxlarını döyüş sürsatlarını 7 il yandıraraq onlardan istifadə edəcəklər”363. Xuzeyfə b. Yəmən - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Yəcuc və Məcucdan soruşuldu. O, buyurdu: “Onlar 3 sinifdirlər: Bir sinif Erz (ağacı) kimidirlər”. Ondan: “Erz nədir?” deyə soruşdular. O: “Şamda bitən səmaya doğru 120 zira uzunluğunda olan bir ağacdır. Onlara nə dağ, nə də dəmir dözər. İkinci sinif: “Qulağının birini döşək kimi edər, digərini isə yorğan. Fil, dəvə, donuz nə görsələr yeyərlər. Hətta özlərindən biri ölərsə onu da yeyərlər. Onların bir ucu Şamda, bir ucu da Xorasanda olar. Şərq çaylarının hamısını və Təbəriyyə gölünü içərlər (Başqa rəvayətdə: Bir sinifdə: Orta boyludur. Onlar daha şiddətlidirlər)”364.

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin