Qiymətin əmələgəlməsi” fənni üzrə kurs iŞİ Mövzu: Qiymətlərin sosial-regional tənzimlənməsi baki-2011 plan



Yüklə 289 Kb.
səhifə6/10
tarix05.12.2022
ölçüsü289 Kb.
#120464
1   2   3   4   5   6   7   8   9   10
Tenzimlenme

İsveçrədə qiymətin tənzim olunması təcrübəsi maraqlıdır. Beləki, ölkədə bir sıra normativ sənədlər qəbul edilmişdir ki, onların köməkliyi ilə dövlət qiymətqoyma prosesinə təsir göstərir. Federal dövlət 1961-ci ildən qərar qəbul etmişdir ki, həmin qərara əsasən ölkədə kənd təsərrüfatı məhsullarına qiymətlərin 50% -ə qədəri nəzərə alınır. Ölkədə bazar şəraitini təmin etmək üçün dövlət 30% -ə qədər subsidiyalar verir ki, onun da 30% -i nəqliyyatın, 27% -i kənd təsərrüfatının, 16% -i təhsilin, 13% -i səhiyyənin payına düşür.
İsveçrədə qiymət üzərində dövlət tənzimetmə nəzarətindən başqa ictimai nəzarətdən də istifadə olunur. Bunun üçün istehlakçının mənafeyini qorumaq məqsədilə Müdafiə Fondu yaradılmışdır. Qiymətlərin tənzim olunan səviyyəsini pozan hər bir kəs, sahibkar və digərləri 100 min İsveçrə frankında cərimə olunurlar. Federal idarə hər həftə ölkə üzrə 80 adda məhsulun qiymətləri haqqında bülleten nəşr edir. Bu qiymətlər regionlar üzrə differensiallaşdırılır.
İsveçdə müharibə və müharibədən sonrakı dövrlərdə qiymət üzərində nəzarət çox geniş idi. Həmin dövrlərdə daima Qiymət Nəzarəti İdarəsi fəaliyyət göstərmişdir. 1956-cı ildə “Qiymətə daimi nəzarət” sistemi ləğv edildi.
Ölkədə qiymət səviyyəsinin yüksəlməsinin qarşısının alınması üçün qiymətlərin dondurulması sistemindən də istifadə olunur. Qiymətlərin dondurulması 2 halda mütləq həyata keçirilir :

  1. müharibə vəziyyətində

  2. qiymətlərin ümumi səviyyəsinin yüksəlməsi təhlükəsi yarandığı halda

Dövlət selektiv qiymət sistemindən istifadə etmək hüququna da malikdir.
Norveç dövlətində Qiymət və ticarət rəqabəti 1953-cü ildə təstiq edilmiş qanunçuluq əsasında tənzimlənir. Kral qərarına əsasən 1957-ci ildə istehsalçılarla satıcılar arasında fərdi qiymət razılığına icazə verilmir. Çünki onların razılaşması qiyməti yöksəltmək vasitəsilə öz gəlirlərini çoxaltmaq məqsədi güdə bilər.
Qiymət və digər normativ aktların tənzimlənməsinin pozulması haqqında dövlət ciddi sanksiya tətbiq edir. Hətta cərimədən əlavə məsuliyyətə də cəlb oluna bilər. Qiymətin tənzim olunması əmək və inzibati nazirlik, qiymət üzrə Dövlət Təftiş Komitəsi və s. həyata keçirilir.
Norveçdə daxili qiymətqoyma dünya bazar qiymətinə əsaslanır.

Yüklə 289 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin