"QİYMƏTİn yaranmasi və konyunktura" fənnindən testlər Düzgün cavablar "A" bəndindədir



Yüklə 0,51 Mb.
səhifə3/7
tarix08.12.2018
ölçüsü0,51 Mb.
#85633
1   2   3   4   5   6   7

D) aşağı salınmış qiymət rəqibləri cəlb etmir;

E) “b” və “d” düzdür.


145. Aşağıdakılardan hansı əmtəələrin qiymətinin ucuzlaşdırılması səbəblərinə aid deyildir?

A) daha çox mənfəət əldə etmək arzusu;

B) m)övsümi tələbat məhsullarının satışının sürətləndirilməsinin zəruriliyi;

C) əmtəə çeşidinin formalaşdırılmasındakı səhvlərin müvazinətləşdirilməsi zərurəti;

D) “geniş çeşid” siyasətinin həyata keçirilməsi;

E) “c” və “d” düzdür.


146. Aşağıdakılardan hansı qiymətin coğrafi prinsipə görə müəyyən olunması variantlarına aid deyildir?

A) qiymətin konkret bazarda tələb və təklif əsasında müəyyən olunması;

B) qiymətin əmtəənin istehsal olunduğu yerdə müəyyən edilməsi;

C) əmtəələrin daşınma xərcləri də daxil edilməklə vahid qiymətin müəyyən olunması;

D) qiymətlərin baza məntəqəsinə uyğun olaraq müəyyən edilməsi;

E) qiymətlərin daşınma xərclərinin firma tərəfindən ödənilməsi əsasında müəyyən olunması.


147. Aşağıdakılardan hansı firmanın öz əmtəələrinin qiymətini müvəqqəti olaraq bazar qiymətindən aşağı müəyyən etdiyi hallara aid deyildir?

A) təklif tələbdən çox olduqda əmtəənin qiymətinin aşağı salınması;

B) firma bəzi əmtəələrinin qiymətini “zərərli liderlər” kimi, yəni onunla birlikdə digər əmtəələri də adi qiymətlərə alacaqları ümidilə alıcıları cəlb etmək üçün müəyyən edə bilər;

C) müəyyən vaxtlarda çoxlu sayda müştəri cəlb etmək məqsədilə satıcılar belə hallarda, məsələn qış satışı kimi qiymətlərdən istifadə edirlər;

D) müəyyən zaman kəsiyində əmtəəni dilerlərdən alan istehlakçılara güzəşt olunması;

E) daha çox alıcının cəlb edilməsi üçün qiymətlərdən güzəştlər.


148. Aşağıdakılardan hansı firmanın ayrı-seçkili qiymətlərin tətbiqini həyata keçirdiyi formalara aid deyildir?

A) qiymətlər alternativ xərclər nəzərə alınmaqla müəyyən edilir;

B) ayrı-ayrı alıcılar eyni əmtəə və ya xidməti müxtəlif qiymətlərə əldə edə bilir;

C) istehsal xərcləri həmin yerlərdə eyni olsa da, əmtəə ayrı-ayrı yerlərdə müxtəlif qiymətlərə satılır;

D) qiymətlər mövsümdən, həftənin günlərindən, ya da gün ərzindən asılı olaraq dəyişilir;

E) qiymətlər daha yaxşı xidmət nəzərə alınmaqla müəyyən olunur.


149. Aşağıdakılardan hansı qiymət ayrı-seçkiliyinin səmərə verməsi şəraitinə aiddir?

A) bütün sadalananlar düzdür;

B) bazar seqmentləşdirilə bilməlidir, seqmentlər isə bir-birindən tələbin intensivliyi ilə fərqlənməlidir;

C) əmtəənin aşağı qiymətə satıldığı seqmentin üzvlərinə aldıqları əmtəəni onun firma tərəfindən yüksək qiymətə satıldığı seqmentdə yenidən satmalarına imkan verilməməlidir

D) firmanın əmtəəni yüksək qiymətə satdığı seqmentdə, rəqiblər onu aşağı qiymətə satmaq imkanına malik olmamalıdırlar

E) bazarın seqmentləşdirilməsi və ona nəzarət olunması ilə əlaqədar çəkilən xərclər, qiymət ayrı-seçkiliyindən yaranan əlavə gəlirin cəmindən çox olmamalıdır.


150. Aşağdakılardan hansı qiymətlərin ucuzlaşdırılması siyasətinin həyata keçirilməsinin nəticələrinə aiddir?

A) bütün sadalananlar düzdür;

B) qiymətlərdə yaranmış uyğunsuzluğun aradan qaldırılması;

C) əsaslı tikintinin ucuzlaşması;

D) elmi-texniki tərəqqinin səmərəliyinin yüksəldilməsi;

E) inflyasiya meylləri yaranması təhlükəsinin aradan qaldırılması.


151. Aşağıdakılardan hansı istehlakçıların qiymətin azaldılmasını izah edə bildikləri səbəblərə aid deyildir?

A) əmtəə idxal edilmişdir;

B) əmtəənin modeli köhnəlmişdir;

C) əmtəə müəyyən qüsura malikdir;

D) firma maliyyə çətinlikləri hiss edir;

E) yaxın vaxtlarda qiymət yenə də aşağı düşəcəkdir, buna görə də alıcı saxlamaq lazımdır.


152. Aşağıdakılardan hansı qiymətin artırılmasını alıcılar tərəfindən müsbət hadisə kimi başa düşülməsinə aid deyildir?

A) firma maliyyə çətinlikləri hiss edir;

B) əmtəə tələbə malik olmağa başlayıb və defisit olmamış onu tez almaq lazımdır;

C) əmtəə xüsusi dəyərlilik əhəmiyyətinə malikdir;

D) bundan istifadə edən satıcı, bazarın davam gətirə biləcəyi qiyməti əldə etməyə çalışır;

E) “c” və “d” düzdür.


153. Aşağıdakılardan hansı rəqiblərin qiymətləri dəyişməsinə cavab olaraq firmanın özünü necə aparmalı olduğu vəziyyətə aid deyildir?

A) firma öz əmtəələrinin qiymətini artırır;

B) rəqib qiyməti nə məqsədlə dəyişdirmişdir;

C) rəqib qiyməti hansı müddətə dəyişdirmişdir;

D) əgər firma cavab tədbirləri görmürsə, onun bazar payına və gəlirlərinə nə olacaqdır;

E) hər bir mümkün cavab reaksiyasına rəqib və digər firmalar necə münasibət göstərəcəklər.


154. Aşağıdakılardan hansı əmtəə alıcılarının qiymətə təsir etmə dərəcəsinin asılı olduğu amillərə aid deyildir?

A) əmək məhsuldarlığının səviyyəsi;

B) alıcı firmaların ölçüsü;

C) keçmişdəki alışların həcmi;

D) gələcəkdə gözlənilən tədarükün həcmi;

E) satıcıdan asılılıq.


155. Klassik risk nəzəriyyəsinin yaradıcıları kimlərdir?

A) Mil və Senior;

B) Smit və Rikardo;

C) Marks və Engels;

D) Marşall və Keyns;

E) Nayt və Piqu.


156. İlk dəfə riskin ümumi tərifini kim vermişdir?

A) Nayt;


B) Mil;

C) Marşall;

D) Keyns;

E) Piqu.
157. Aşağıdakılardan hansı riskin funksiyasına aiddir?

A) stimullaşdırıcı;

B) tələb və təklifin tarazlaşdırılması;

C) bölüşdürücü;

D) uçot;


E) istehsalın səmərəli yerləşdirilməsi.
158. Aşağıdakılardan hansı riskin qiymətləndirilməsi prosesinin mərhələlərinə aiddir?

A) bütün sadalananlar düzdür;

B) “b” və “c” düzdür.

C) qərarın həyata keçirilməsi nəticəsində baş verə biləcək mümkün, əsasən də mənfi iqtisadi,

siyasi, mənəvi nəticələrin müəyyən olunması;

D) riskin iki qarşılıqlı əlaqəli keyfiyyət və kəmiyyət aspektlərinin inteqral tərəfi;

E) problemin həllinin mümkün variantlarının aşkara çıxarılması;
159. Aşağıdakılardan hansı riskin kəmiyyətcə qiymətləndirilməsinin əsas meyarlarına aid deyildir?

A) risk sahibkarlar üçün yüksək mənfəəti təmin edir;

B) risk şəraitində seçilən qərarlar nəzərdə tutulan nəticəyə nail olunması və qarşıya qoyulan məqsəddən mümkün kənarlaşma ehtimalı mövqeyindən qiymətləndirilməlidir;

C) mövcud şəraitdə lazım olan nəticənin digər variantlarla müqayisədə az məsrəflərlə əldə edilməsini təmin edən qərar daha yaxşı olacaqdır;

D) həyata keçirilməsinə daha az vaxt sərf olunan qərar ən yaxşı qərardır;

E) “c” və “d” düzdür.


160. Aşağıdakılardan hansı riskin maliyyə baxımından bölündüyü dərəcələrə aid deyildir?

A) daha çox gəlir əldə olunmasını təmin edən risk;

B) qərarlar həyata keçirilmədiyi halda mənfəət itkisi ilə əlaqədar yol verilən risk;

C) satış pulu və ya gəlirin az əldə edilməsi (itkisi) ehtimalı ilə əlaqədar böhranlı risk;

D) firmanın mövqeyinə və tədiyə qabiliyyəti imkanına təsir göstərən fəlakətli risk;

E) “b” və “d” düzdür.


161. Aşağıdakılardan hansı firma üçün inflyasiya gözləmələrinin qiymətləndirilməsi məqsədlərinə aid deyildir?

A) milli gəlirin artımı ilə müqayisədə nominal pul kütləsinin üstünlük təşkil dən dinamikası;

B) firmanın ümumi inkişaf strategiyası hazırlanarkən bazarda qiymətlərin dəyişilməsinin

uçotu;


C) biznes-planlar tərtib edilərkən qiymətlərin dəyişilməsinin uçotu;

D) firmanın buraxdığı məhsulun qiymətinin əsaslandırılması və onun istifadə etdiyi istehsal resurslarının qiymətlərinin mümkün dəyişilməsinin dəyərləndirilməsi;

E) qiymətlərin firmanın gəlirinin və satış pulunun dəyişilməsinə təsirinin uçotu.
162. Aşağıdakılardan hansı firma üçün inflyasiya gözləmələrinin qiymətləndirilməsi məqsədlərinə aid deyildir?

A) iqtisadi subyektlərin gözləmələrinin səmərəliliyi;

B) istehsalın optimal strukturunun seçilməsi;

C) firmanın fəaliyyətinin maliyyə yekunlarının (mənfəət və ya zərər, likvidlik, tədiyə qabiliyyətliyi) vurulmalı;

D) qiymətlərin istehsal və satış, o cümlədən istehsal vasitələri və əmək haqqı xərclərinin dəyişilməsinə təsirinin təhlili;

E) “b” və “c” düzdür.


163. Aşağıdakılardan hansı firmanın qiymət siyasətində inflyasiya gözləmələrinin qiymətləndirilməsinə aiddir?

A) bütün sadalananlar düzdür;

B) istehlak qiymətlərinin ümumi indeksi;

C) sənaye məhsulları istehsalçılarının qiymət indeksi;

D) maddi-texniki resursların qiymət indeksi;

E) kənd təsərrüfatı məhsullarının qiymət indeksi.


164. Aşağıdakılardan hansı qiymət artımının inflyasiya gözləmələrinin xarici informasiya mənbələrinə əsaslanmasına aid deyildir?

A) inflyasiya şəraitində iqtisadi subyektlərin səmərəli gözləmələri;

B) ölkənin iqtisadi və sosial inkişafına dair hökumətin illik proqnozları;

C) gözlənilən inflyasiyanın izah edildiyi növbəti il üçün hökumətin büdcə layihəsi;

D) inflyasiyanın gözlənilən mümkün səviyyəsinə dair Respublika Mərkəzi bankının hesabla maları;

E) ekspertlərin rəyi.


165. Aşağıdakılardan hansı inflyasiya gözləməsinin qiymətləndirilməsinin əsas mərhələ­lərinə aid deyildir?

A) inflyasiya proseslərinin intensivliyindən asılı olaraq fərqləndirilməsi;

B) qiymətlərin dinamikasının dəyərləndiriləcəyi və proqnozlaşdırılacağı konkret göstəricilə rin dəqiqləşdirilməsi;

C) proqnozlaşdırılacaq dövrün (qısa müddətli, orta müddətli və uzun müddətli) müəyyən edilməsi;

D) inflyasiya sürətinə təsir göstərəcək amillərin və şərtlərin aşkar edilməsi, onların inflyasiya

sürətinə təsir göstərən kəmiyyət ölçüsünün müəyyən olunması;

E) inflyasiya sürətinin müəyyən edilməsi (hesablanması).
166. Aşağıdakılardan hansı bazar qiymətinin artıb-azalmasına dair düzəlişlərə aid deyildir?

A) firmanın qiymətin sabit saxlanması barədə qərarı;

B) qiymətin artırılması barədə düzəliş;

C) qiymətin azaldılması barədə düzəliş;

D) qiymətin hər hansı bir dəyişilməsinə dair düzəliş;

E) “b” və “d” düzdür.


167. Aşağıdakılardan hansı dünya təcrübəsində qiymətlərin dövlət tənzimlənməsi formalarına aid deyildir?

A) firmanın qiymət strategiyası ilə;

B) əmtəələrin istehsalı və tədavülü sferasında dövlətin iştirakı ilə qiymətlərin tənzimlənməsi;

C) əmtəə bazarlarında tələb və təklifin nisbətinə təsir etmək yolu ilə qiymətlərin tənzimlənməsi;

D) antiinhisar qanunvericiliyi ilə tənzimləmə;

E) gəlirlərin tənzimlənməsi siyasəti ilə.


168. Aşağıdakılardan hansı dünya təcrübəsində qiymətlərin dövlət tənzimlənməsi üsullarına aid deyildir?

A) qiymətlərin aşağı səviyyəsinin müəyyən olunması;

B) qiymətlərin son hədd səviyyəsinin müəyyən edilməsi;

C) pərakəndə satış qiyməti elementlərinin son hədd kəmiyyətlərinin müəyyənləşdirilməsi;

D) inhisar qiymətləri üzərində dövlət nəzarəti;

E) dövlət müəssisələri tərəfindən qiymət qoyulması yolu ilə bazar qiymətlərinin tənzimlənməsi.


169. Aşağıdakılardan hansı sərbəst qiymətlər qoyularkən dövlətin tətbiq etdiyi qadağalara aiddir?

A) bütün sadalananlar düzdür;

B) qiymətlərin üfqi təsbit olunmasına qadağa;

C) qiymətlərin şaquli təsbit olunmasına qadağa;

D) qiymət ayrı-seçkiliyinə qadağa;

E) “ədalətsiz” qiymət reklamına qadağa.


170. Aşağıdakılardan hansı bazarda hökmran mövqe tutam müəssisələrin digər müəssisələrin mənafelərini məhdudlaşdıra bilən amillərə aid deyildir?

A) amortizasiya normalarının azaldılması;

B) bazarda qıtlığın yaradılması və ya saxlanması məqsədilə əmtəələrin dövriyyədən çıxardılması;

C) qiymətlərin yüksəldilməsi;

D) alıcı üçün əlverişli olmayan müqavilə şərtinin alıcıya (sifarişçiyə) bağlanması;

E) “b” və “d” düzdür.


171. Aşağıdakılardan hansı istehsalın strukturunun dəyişilməsi və intensivləşdirilməsi üçün xüsusi firmaların istifadə etdikləri inhisarçılıq formalarına daxil deyildir?

A) müəssisə;

B) birləşmə;

C) kartel;

D) kooperasiya;

E) bazar strategiyasının yeni növləri.


172. Aşağıdakılardan hansı iqtisadi proseslərin dövlət tənzimlənməsi alətləri kompleksinə aid deyildir?

A) əmək haqqı fondu;

B) dövlət büdcəsi;

C) dövlət bank sistemi;

D) iqtisadiyyatın dövlət sektoru;

E) “c” və “d” düzdür.


173. Aşağıdakılardan hansı dövlət tənzimləmə alətlərinin təsir göstərdiyi proseslərə daxil deyildir?

A) sahibkar mənfəətinin artırılması;

B) elmi-texniki tərəqqinin stimullaşdırılması;

C) iqtisadi artımın stimullaşdırılması;

D) şirkətlərin xarici iqtisadi əlaqələrinə kömək edilməsi;

E) “b” və “c” düzdür.


174. “Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi” əsərinin müəllifi kimdir?

A) C. M. Keyns;

B) A. Smit;

C) D. Rikardo;

D) K. Marks;

E) A. Marşall.


175. Aşağıdakılardan hansı bazar iqtisadiyyatının dövlət tənzimlənməsi sisteminin əsas vəzifələrinə aid deyildir?

A) səhmlərə görə dividendlərin ödənilməsi;

B) milli gəlirin artırılması;

C) tədiyə balansının tarazlığı;

D) qiymətlərin sabitliyinin təmin olunması;

E) “c” və “d” düzdür.


176. Aşağıdakılardan hansı bazar iqtisadiyyatı şəraitində dövlətin milli təsərrüfata dolayı təsir vasitələrinə daxil deyildir?

A) dövlət sektorunun fəaliyyəti;

B) vergi sistemi;

C) faiz dərəcəsi;

D) tariflər;

E) “b” və “d” düzdür.


177. Aşağıdakılardan hansı iqtisadi proseslərin dövlət tərəfindən aktiv tənzimlənməsinə aid deyildir?

A) amortizasiya normaları;

B) pul kütləsinin həcmi;

C) faizin səviyyəsi;

D) valyuta məzənnəsi;

E) “b” və “c” düzdür.


178. Aşağıdakılardan hansı “sehirli dördbucaq” iqtisadi siyasətin rəsmi məqsədlərinə aiddir?

A) bütün sadalananlar düzdür;

B) sabit iqtisadi artım;

C) yüksək məşğulluq;

D) qiymətlərin dayanıqlığı;

E) tədiyə balansının tarazlığı.


179. Aşağıdakılardan hansı dövlətin pul-kredit siyasəti məsələlərinə dair monetarizm prinsiplərinə aid deyildir?

A) pul tələbinin formalaşması;

B) pul təklifinə ciddi nəzarətin zəruriliyi;

C) işsizliyin artdığı şəraitdə belə inflyasiya ilə mübarizə;

D) iqtisadiyyata öz-özünü tənzimləyən sistem kimi yanaşılması;

E) “b” və “d” düzdür.


180. Aşağıdakılardan hansı müharibələr və ondan sonrakı dövrlərdə qiymətlərin dövlət tənzimlənməsi məqsədlərinə daxildir?

A) bütün sadalananlar düzdür;

B) qiymətlərin inflyasiya artımının dayandırılması, ayrı-ayrı əmtəə və xidmət növlərinin

qiymətlərinin uyğunsuzluğunun aradan qaldırılması;

C) istehsalın inkişafında zəruri nisbətlərə nail olunması;

D) dövlətin nəzarətində olan istehsala maliyyə yardımı göstərilməsi, iqtisadiyyatın geridə

qalan sahələrinin (ilk növbədə kənd təsərrüfatının) xarici rəqabətlərdən qorunması;

E) sosial-iqtisadi tədbirlərin görülməsi üçün zəruri büdcə vəsaitlərinin toplanması.


181. Aşağıdakılardan hansı dövlət tənzimlənməsinin məqsədlərinə aid deyildir?

A) səhmlərə görə dividendlərin ödənilməsi;

B) sabit defisitin yaranmasına yol verilməməsi;

C) istifadə edilən xammal və yanacağın qiymətlərinin kəskin surətdə artmasının qarşısının

alın­ması;

D) istehsalçıların inhisarçılığı nəticəsində qiymətlərin inflyasiya artımının aradan qaldırılması;

E) elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinə imkan verən normal rəqabətin yaradılması.
182. Aşağıdakılardan hansı dövlət tərəfindən qiymətlərin birbaşa tənzimlənməsi metodlarına daxil deyildir?

A) vergi qoyma;

B) qiymətlərin inzibati yolla müəyyən edilməsi;

C) qiymətlərin dondurulması;

D) qiymətlərin hədd səviyyəsinin müəyyən olunması;

E) “c” və “d” düzdür.


183. Aşağıdakılardan hansı dövlət tərəfindən qiymətlərin birbaşa tənzimlənməsi metodlarına aid deyildir?

A) kredit siyasəti;

B) rentabellik səviyyəsinin nizamlanması;

C) qiymətlərin təyin olunması üçün normativlərin müəyyən edilməsi;

D) qiymətlərin rəsmən bildirilməsi;

E) “b” və “c” düzdür.


184. Aşağıdakılardan hansı dövlət tərəfindən qiymətlərin tənzimlənməsi metodlarına daxil deyildir?

A) qiymətlərin hədd səviyyəsinin müəyyən olunması;

B) vergi qoyma;

C) pul tədavülünün tənzimlənməsi;

D) əmək haqqı;

E) “b” və “d” düzdür.


185. Aşağıdakılardan hansı dövlət tərəfindən qiymətlərin dolayı tənzimlənməsi metoduna aid deyildir?

A) qiymətlərin dondurulması;

B) kredit siyasəti;

C) dövlət xərclərinin tənzimlənməsi;

D) amortizasiya normalarının müəyyən edilməsi;

E) “c” və “d” düzdür.


186. Aşağıdakılardan hansı əmtəə və xidmət növlərinin qiymətlərini dövlət birbaşa tənzimləyir?

A) “bütün sadalananlar düzdür;

B) b” və “c” düzdür.

C) nəqliyyat və rabitə xidmətləri;

D) mənzil-kommunal xidmətləri;

E) enerji daşıyıcıları;


187. Aşağıdakılardan hansı dövlətin qiymətlərin tənzimlənməsinə qarışmadığı hallarda baş verən proseslərə aid deyildir?

A) iqtisadi artım dayanıqlı olur;

B) iqtisadiyyatın əsasları dağılır;

C) dövlət inhisarçılıqla mübarizənin ən mühüm metodlarından birini itirir;

D) bazar münasibətləri pozulur;

E) müəssisələrin maliyyə vəziyyətləri qeyri-sabit olur.


188. Yaponiyada aşağıdakı hansı əmtəə və xidmətlərin qiymətləri dövlət orqanları tərəfindən tənzimlənmir?

A) tütün məmulatları;

B) düyü, buğda, ət və süd məhsulları;

C) dəmir yolu tarifləri;

D) su və istilik təchizatı, elektrik enerjisi və qaz;

E) təhsil və səhiyyə xidmətləri tarifləri.


189. Aşağıdakılardan hansı bazar iqtisadiyyatına qədəm qoyan ölkələrdə qiymətin dövlət tənzimlənməsinin həyata keçirildiyi formalara aid deyildir?

A) dövlətin fiskal siyasəti;

B) təsbit olunmuş möhkəm qiymətlərin müəyyən edilməsi;

C) inhisarçı müəssisələr üçün hədd qiymətlərinin müəyyən olunması;

D) inhisarçı olmayan müəssisələrin rentabellik səviyyəsinin məhdudlaşdırılması;

E) qiymət artımının qarşısının alınması məqsədilə onların yüksəlmə əmsallarının müəyyən edilməsi.


190. Aşağıdakılardan hansı bazar iqtisadiyyatına qədəm qoyan ölkələrdə qiymətin dövlət tənzimlənməsinin həyata keçirildiyi formalara daxil deyildir?

A) dövlətin əmək haqqı siyasəti;

B) icra hakimiyyəti orqanları tərəfindən ayrı-ayrı istehsalçılara, qiymətin bazarın diktə etdiyi qiymətlərdən daha aşağı səviyyədə saxlanılmasına imkan verən dotasiya ödəmələri;

C) istehsalçılar, topdan satış və pərakəndə satış təşkilatları üçün sahələr üzrə diferensiyalaşdırılmış rentabelliyin hədd normalarının müəyyən edilməsi;

D) istehsalçının buraxılış qiymətlərinə möhkəm topdan satış və pərakəndə satış ticarəti əlavələrinin müəyyən olunması;

E) məhsulunu hədd qiymətləri səviyyəsindən aşağı qiymətə satanın kənd təsərrüfatı müəssisələrinə və tədarükçülərə vergi və büdcəyə digər ödənişlər üzrə güzəştlərin müəyyən edilməsi.


191. Aşağıdakılardan hansı bazar iqtisadiyyatına qədəm qoyan ölkələrdə qiymətin dövlət tənzimlənməsinin həyata keçirildiyi formalara aid deyildir?

A) dövlətin maliyyə siyasəti;

B) istehsalçının buraxılış qiymətlərinə topdan satış və pərakəndə satış ticarəti üçün ticarət əlavələrinin hədd səviyyəsinin müəyyən olunması;

C) istehsal və tədavül xərclərinin vahid siyahısının tətbiqinə, həmçinin maliyyə nəticələrinin hüquqi qüvvəyə malik formaya salınmasının vahid qaydasına dair tövsiyələrin verilməsi;

D) sərbəst qiymətlərin artırılmasının rəsmən bildirilməsi (deklarasiyası);

E) “b” və “d” düzdür.


192. Aşağıdakılardan hansı dövlət qiymət intizamının pozulmasına aiddir?

A) bütün sadalananlar düzdür;

B) əmtəə və xidmətlərin dövlət tərəfindən tənzimlənən qiymət və tariflərinin hədd əmsalı nın qəsdən artırılması;

C) qiymət və tariflərə nəzərdə tutulmayan əlavələrin edilməsi;

D) müəyyən olunmuş qaydada istehlakçılarla razılaşdırılmamış sərbəst topdan satış qiymətlərinin, tariflərin, əlavələrin tətbiqi;

E) konstruksiya və ya texnologiya nöqsanları olduğuna görə istehlak xassələrinin səviyyəsi razılaşdırılmış xassələrə çatmayan məhsulun qiymətinin qəsdən artırılması.

193. Aşağıdakılardan hansı inflyasiyanın yaratdığı disproporsiyaların artmasının dərin makroiqtisadi proseslərinin nəticəsinə aid deyildir?

A) maya dəyərinin strukturu;

B) ÜDM-in natural-əşyaca strukturu;

C) ÜDM-in dəyərcə strukturu;

D) milli gəlirin strukturu;

E) “c” və “d” düzdür.


194. Aşağıdakılardan hansı inflyasiyanın indikatorlarına aiddir?

A) bütün sadalananlar düzdür;

B) qiymətlərin artması;

C) pul emissiyası;

D) tədavüldəki pul kütləsinin artması;

E) dövlət büdcəsinin kəsiri.


195. Aşağıdakılardan hansı artıq nağd və nağdsız tədiyə vəsaitlərinin dövriyyəsi nəticəsində pulun alıcılıq qabiliyyətinin aşağı düşməsinin doğurduğu inflyasiyaya aid deyildir?

A) gömrük rüsumlarının artırılması;

B) qiymət inflyasiyası;

C) tələb inflyasiyası;

D) xərclər inflyasiyası;

E) gəlirlər inflyasiyası.


196. Aşağıdakılardan hansı müasir inflyasiyaya xas olan əlamətlərə malik deyildir?

A) mövsümi xarakter;

B) bütün iqtisadiyyatı əhatə edən ümumi xarakter;

C) xroniki xarakter;

D) çox amillik (yəni inflyasiya həm pul, həm də qeyri-pul amillərinin təsiri altında baş verir);

E) “b” və “c” düzdür.


197. İnflyasiya aşağıdakılardan hansına münasibətdə pulun qiymətdən düşməsini ifadə etmir?

A) təbii mühitə (iqlim şəraitinin pisləşməsi);

B) əmtəələrə (əmtəələrin qiymətinin artması);

C) qızıla (qızılın bazar qiymətinin qalxması);

D) xarici valyutalara (xarici valyutaya nisbətdə milli valyutanın məzənnəsinin aşağı düşməsi);

E) “b” və “d” düzdür.


198. Aşağıdakılardan hansı inflyasiyanın doğurduğu qiymət artımının xarici təzahürünə aid deyildir?

A) əmək məhsuldarlığının yüksəlməsi;

B) qiymətlərin artmasının fasiləsizliyi;

C) qiymətlərin yüksəlməsinin uzun çəkməsi;

D) kütləvilik, yəni praktiki olaraq bütün əmtəələrin qiymətlərinin qalxması;

E) “c” və “d” düzdür.


199. Aşağıdakılardan hansı inflyasiyanı doğuran əsas səbəblərə daxildir?

A) bütün sadalananlar düzdür;

B) istehsalın strukturunda disproporsiyalar, istehsal vasitələrinin həddən artıqlığı;

C) iqtisadiyyatın hərbləşdirilməsi və hərbi xərclərin çoxalması;

D) dövlət büdcəsinin kəsiri;

E) dövlət borclarının artması.


200. Aşağıdakılardan hansı büdcə kəsirinin ödənilməsi üçün hökumətinin istifadə etdiyi əsas mənbələrə aid deyildir?

A) səhmlərin buraxılması;

B) pul emissiyası (nağd və nağdsız);

C) dövlət istiqrazlarının satışı;

D) xarici borclar;

E) “b” və “d” düzdür.


201. Aşağıdakılardan hansı inflyasiya növünə aid deyildir?

A) ildırım sürətli;

B) mülayim;

с) çaparaq;

D) hiperinflyasiya;

E) “b” və “c” düzdür.


202. Aşağıdakılardan hansı inflyasiya səviyəsinin qiymətləndirilməsi üçün praktiki hesablamalarda istifadə edilmir?

A) devalvasiya;

B) istehlak qiymətləri indeksi;

C) istehsal qiymətləri indeksi;

D) deflyator;

E) “c” və “d” düzdür.


203. Aşağıdakılardan hansı inflyasiyanın əsas nəticələrinə aid deyildir?

A) əlavə dəyər vergisinin dərəcəsi dəyişilmir;

B) qiymət inflyasiyası təsbit olunmuş nominal gəlirli əhali qruplarının gəlirlərinin azalmasına səbəb olur;

C) təsbit olunmayan gəlirlər əldə edən əhali qruplarının nominal gəlirləri qiymətlərin artım sürətini ötüb keçirsə, onlar inflyasiyadan qazanırlar;

D) inflyasiya və ona uyğun gələn qiymətlərin artımı əmanətləri qiymətdən salır;

E) inflyasiya gəlirlərin kreditorlar və debitorlar arasında yenidən bölgüsünə gətirib çıxardır.


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin