D) yeni satıcıların bazara girməsi və ondan çıxmasının asanlığı;
E) bazar informasiyasının mümkünlüyü.
80. Aşağıdakılardan hansı bazar tipinə aiddir?
A) bütün sadalananlar düzdür;
B) təkmil (xalis) rəqabət;
C) inhisarçı rəqabət;
D) oliqopoliya;
E) xalis inhisar.
81. Aşağıdakı amillərdən hansı tam rəqabətli bazar strukturuna aid deyildir?
A) bazar qiymətlərinin tənzimlənməsi;
B) əmtəələrin çoxlu sayda satıcı və alıcılarının mövcudluğu;
C) istehlakçı nöqteyi-nəzərindən əmtəənin həmcins olması;
D) qiymətlərin bazar səviyyəsi barədə satıcı və alıcıların tam məlumatlılığı;
E) )bütün bazar iştirakçılarının öz məqsədləri naminə səmərəli davranışı.
82. Aşağıdakılardan hansı xallis rəqabətli bazarı səciyyələndirən əlamətlərə aid deyildir?
A) firmalar arasında kəskin rəqabət mübarizəsi;
B) hər biri az bazar payına malik olduqlarına görə qiymətlərin səviyyəsinə heç birinin əsaslı təsir göstərə bilmədiyi çox saylı firmaların mövcudluğu;
C) rəqabət aparan əmtəələrin oxşarlığı və qarşılıqlı əvəzlənməsi;
D) qiymət məhdudiyyətlərinin olmaması;
E) “b” və “d” düzdür.
83. Aşağıdakılardan hansı qeyri-təkmil rəqabət modelinə aid deyildir?
A) tam rəqabət;
B) xalis inhisar;
C) oliqopoliya;
D) inhisar rəqabəti;
E) “b” və “d” düzdür.
84. Aşağıdakılardan hansı oliqopoliya şəraitində satışın və mənfəətin artırılmasının əsas metodlarına aid deyildir?
A) əlavə dəyər vergisinin tətbiqi;
B) məhsulun keyfiyyətinin yaxşılaşdırılması;
C) öz məhsulunun reklam edilməsi;
D) məhsulun diferensiallaşdırılması;
E) “b” və “c” düzdür.
85. Aşağıdakılardan hansı inhisarçı rəqabət bazarının səciyyəvi əlamətlərinə aid deyildir?
A) qiymət məhduduiyyətləriin olmaması;
B) firmalar arasında kəskin rəqabət mübarizəsi;
C) rəqabət aparaan firmaların buraxdıqları əmtəələrin diferensisiyası;
D) bazara girməyin nisbətən asanlığı;
E) “b” və “c” düzdür.
86. Aşağıdakılardan hansı qiymət ayrı-seçkiliyinə görə fərqlənən əlamətlərə aid deyildir?
A) əhalinin yaş qrupları üzrə;
B) alıcı qrupları üzrə;
C) əmtəə və ya xidmətin variantı üzrə;
D) ərazi prinsipləri üzrə;
E) vaxt üzrə.
87. Aşağıdakılardan hansı təklifin artması səbəblərinə aid deyildir?
A) kreditə görə faiz dərəcəsinin artırılması;
B) müəyyən əmtəənin istehsalında istifadə olunan resursların qiymətlərinin aşağı salınması;
C) istehsalda müəyyən əmtəənin “rəqibləri” sayılan əmtəələrin qiymətlərinin aşağı düşməsi;
D) müəyyən əmtəə ilə “müştərək” istehsal olunan əmtəələrin qiymətlərinin yüksəlməsi;
E) “b” və “c” düzdür.
88. Aşağıdakılardan hansı təklifin artması səbəblərinə aid deyildir?
A) əlavə dəyər vergisinin tətbiqi;
B) müəyyən əmtəənin istehsalı texnologiyasının yaxşılaşdırılması;
C) müəyyən əmtəəyə vergilərin azaldılması və ya dotasiyanın tətbiq olunması;
D) əmtəənin istehsalı üçün əlverişli şəraitin mövcudluğu;
E) “c” və “d” düzdür.
89. Aşağıdakılardan hansı bazar tələbinə təsir edən qeyri-qiymət determinantlarına aid deyildir?
A) resursların qiymətləri;
B) alıcıların zövqü və ya müəyyən məhsul növünə üstünlük verməsi;
C) bazarda alıcıların sayı;
D) istehlakçıların pul gəlirləri;
E) gələcək qiymət və gəlirə görə istehlakçı gözləməsi.
90. Aşağıdakılardan hansı bazar təklifinin qeyri-qiymət determinantlarına aid deyildir?
A) alıcıların zövqü;
B) resursların qiyməti;
C) vergilər və dotasiyalar;
D) digər əmtəələrin qiymətləri;
E) “b” və “d” düzdür.
91. Aşağıdakılardan hansı bazar təklifinin qeyri-qiymət determinantlarına aid deyildir?
A) istehlakçıların pul gəlirləri;
B) istehsal texnologiyası;
C) qiymət dəyişməsinin gözlənilməsi;
D) bazarda satıcıların sayı;
E)“c” və “d” düzdür.
92. Aşağıdakılardan hansı tələbin elastikliyinə təsir edən amillərə aiddir?
A) bütün sadalananlar düzdür; r.
B) əvəzləyici əmtəələr nə qədər çox olarsa, tələb bir o qədər elastik olar;
C) istehlakçı büdcəsində müəyyən əmtəəyə xərclərin payı nə qədər çox olarsa, elastiklik də bir o qədər yüksək olar;
D) elastiklik vaxt amilindən asılıdır;
E) elastiklik əmtəənin istifadə olunması imkanlarının müxtəlifliyindən asılıdı
93. Aşağıdakılardan hansı firmanın qiymət strategiyasını seçərkən nəzərə aldığı amilllərə aid deyildir?
A) qiymətin aşağı salınması nəzərdə tutulur;
B) məhsulun qiymətinə tez-tez yenidən baxmaq lazım gəlir;
C) qiymətdə tələb, rəqiblər, alıcılar və i.a. barədə informasiyalar kifayət qədər nəzərə alınmır;
D) əmtəənin xeyli hissəsi mövsümün sonunda endirilmiş qiymətlərə satılır;
E) alıcıların çox hissəsi qiymətə həssasdır və rəqiblərin aşağı qiymətlərinə meyl göstərirlər
94. Aşağıdakılardan hansı qiymətin əmələ gəlməsi prosesinin mərhələlərinə aiddir?
A) bütün sadalananlar düzdür;
B) məqsədin seçilməsi;
C) tələbin müəəyən olunması;
D) xərclərin və rəqiblərin qiymətlərinin təhlili;
E) qiymətin əmələ gəlməsi metodunun seçilməsi və son qiymətin müəyyən edilməsi.
95. Aşağıdakılardan hansı firmanın qiymət siyasətinin əsas məqsədlərinə daxil deyildir?
A) amortizasiya normalarının artırılması;
B) firmanın yaşamasının (mövcudluğunun) təmin olunması;
C) mənfəətin maksimallaşdırılması;
D) bazarın saxlanması;
E) “b” və “d” düzdür.
96. Aşağıdakılardan hansı firmanın mövcudluğunun (yaşamasının) təmin olunması məqsədinin seçildiyi hallara aid deyildir?
A) firma faiz dərəcələrinin dəyişilməsinə reaksiya göstərmir;
B) firma hər əmtəə vahidindən gəlirin bir qədər azaldılması yolu ilə satışın və ümumi mənfəətin maksimum artımına nail olmaq istəyir;
C) firma satışın həcminin artmasının nisbi istehsal və satış xərclərini azaltdığını zənn edir;
D) aşağı qiymətlər rəqibləri qorxudur;
E) iri istehlak bazarı mövcuddur.
97. Aşağıdakılardan hansı qiymətin müəyyən edilməsi variantlarına daxil deyildir?
A) qiymətin tərkibindəki mənfəətin səviyyəsi;
B) xərclərlə müəyyən olunan minimum səviyyə ;
C) tələbin formalaşdığı maksimum səviyyə;
D) qiymətin optimal mümkün səviyyəsi;
E) “c” və “d” düzdür.
98. Aşağıdakılardan hansı qiymətin müəyyən olunmasının ən geniş yayılan metodlarına aid deyildir?
A) əmtəənin qiymətinin dünya qiymətləri səviyyəsində müəyyən olunması;
B) əmtəənin qiymətinin istehsal xərcləri əsasında müəyyən edilməsi metodu;
C) kapitala görə gəlir metodu;
D) tələbi nəzərə almaqla qiymətin təyin edilməsi;
E) qiymətin cari qiymətlər səviyyəsində müəyyən olunması.
99. Aşağıdakılardan hansı qiymət informasiyasının yerinə yetirdiyi funksiyalardan asılı olaraq diferensiallaşdırılmış qruplara aid deyildir?
A) miqrasiya barədə informasiya;
B) marketinq informasiyası;
C) layihə informasiyası;
D) plan informasiyası;
E) birja informasiyası.
100. Aşağıdakılardan hansı qiymət informasiyasının yerinə yetirdiyi funksiyalardan asılı olaraq diferensiallaşdırılmış qruplara aid deyildir?
A) demoqrafiq informasiya;
B) normativ informasiya;
C) hesabat informasiyası;
D) statistik informasiya;
E) preyskurant informasiyası.
101. Aşağıdakılardan hansı firmanın topladığı qiymət informasiyasına daxil deyildir?
A) gömrük rüsumlarının səviyyəsi;
B) əmtəə bazarı;
C) firmanın fəaliyyət göstərdiyi sənaye sahəsi;
D) rəqabət aparan sahələr;
E) hökumətin fəaliyyəti.
102. Firma qiymətə dair informasiya toplayıb işlədikdən sonra aşağıdakılardan hansını öyrənməlidir?
A) bütün sadalananlar düzdür;
B) öz əmtəəsini satdığı bazarı;
C) istehsal etdiyi əmtəənin bütün potensial imkanlarını;
D) mövcud və potensial rəqiblərin aşkara çıxarılması üçün özünü və çox yaxın əlaqəli sahələri;
E) hökumətin qərarlarını.
103. Aşağıdakılardan hansı qiymətlər barədə düzgün qərar qəbul etmək üçün bazar və əmtəəyə dair lazım olan informasiya siyahısına daxil deyildir?
A) iqlim şəraiti;
B) əmtəənin satıldığı bazarın seqmentləri;
C) alıcının əmtəəyə irəli sürdüyü tələb;
D) əmtəənin yeniliyi;
E) bazarın tutumu.
104. Aşağıdakılardan hansı qiymətlər barədə düzgün qərar qəbul etmək üçün bazar və əmtəəyə dair lazım olan informasiya siyahısına daxil deyildir?
A) əmək haqqı;
B) coğrafi mövqe;
C) əsas rəqiblər;
D) satışın həcminin artım perspektivləri;
E) əmtəənin qiymətinin alıcı tərəfindən qəbul edilməsi.
105. Aşağıdakılardan hansı qiymətlər barədə düzgün qərar qəbul etmək üçün bazarda rəqabət və hökumətin siyasətinə dair lazım olan informasiya siyahısına daxil deyildir?
A) faiz dərəcəsi;
B) hökumətin siyasətinin bazara təsiri;
C) rəqiblərin bazar payı;
D) satışda rəqabət aparan əmtəələr;
E) ayrı-ayrı firmalara təsir.
106. Aşağıdakılardan hansı qiymətlər barədə düzgün qərar qəbul etmək üçün bazarda rəqabət və hökumətin siyasətinə dair olan informasiya siyahısına daxil deyildir?
A) əlavə dəyər vergisi;
B) qiymətlərin dəyişilməsinin mümkünlüyü;
C) rəqiblərin maliyyə vəziyyəti;
D) bazar şəraitinin dəyişildiyi halda rəqiblərin gözlənilən fəaliyyəti;
E) mənfəət və zərərlər barədə rəsmi məlumatlar.
107. Aşağıdakılardan hansı qiymətlər barədə düzgün qərar qəbul etmək üçün istehsal və məsrəflər, həmçinin satış pulu və mənfəətə dair lazım olan informasiya siyahısına daxildir?
A) bütün sadalananlar düzdür;
B) firmanın hazırkı vaxtda istehsalının həcmi və əmtəələrin anbar ehtiyatları;
C) firmanın istehsal etdiyi müxtəlif əmtəələr üzrə satış pulu, mənfəət və məsrəflər arasındakı
nisbət;
D)istehsalın həcminin satış puluna və mənfəətə təsiri;
E) istehsalın və anbar ehtiyatlarının həcminin dəyişilməsinin məsrəflərə təsiri.
108. Aşağıdakılardan hansı bazar konyunkturasına təsir edən daimi fəaliyyət göstərən amillərə aid deyildir?
A) sosial ziddiyyətlər;
B) dövlət-inhisarçı tənzimləmə;
C) istehsalın və kapitalın təmərküzləşməsi;
D) elmi-texniki tərəqqi;
E) inflyasiya.
109. Aşağıdakılardan hansı əmtəə konyunkturası göstəricilərinə aid deyildir?
A) ümumi daxili məhsulun həcmi;
B) ölkələr və firmalar üzrə bütövlükdə əmtəə istehsalı;
C) ölkələr, sahələr və firmalar üzrə bütövlükdə əmtəə istehlakı;
D) hökümətin, sənayenin, alıcıların, satıcıların anbarlarında və yolda olan əmtəə ehtiyatları ;
E) xarici ticarətdə əmtəə ixracı və idxalının fiziki və dəyər ifadəsində həcmi.
110. Aşağıdakılardan hansı daimi fəaliyyət göstərməyən qeyri-tsiklik amillərə aid deyildir?
A) elmi-texniki tərəqqi;
B) sosial ziddiyyətlər;
C) kortəbii hadisələr;
D) möhtəkirlik amilləri;
E) daxili və beynəlxalq siyasi böhranlar.
111. Aşağıdakılardan hansı ilkin istehsal xərcləri elementlərinə aid deyildir?
A) gəlir vergisi;
B) xammal və materiallar;
C) əmək haqqı;
D) sosial ehtiyaclara ayırmalar;
E) amortizasiya.
112. Aşağıdakılardan hansı xərclərin məsuliyyət (cavabdehlik) mərkəzləri tipinə aiddir?
A) bütün sadalananlar düzdür;
B) gəlirlər;
C) xərclər;
D) mənfəət;
E) sərmayə.
113. Aşağıdakılardan hansı məhsulun istehsalı və satışı xərclərinə aid deyildir?
A) mənfəət norması;
B) əsas fondların amortizasiyası;
C) xammal və materialların dəyəri;
D) yanacaq və enerjinin qiyməti;
E) əmək resurslarının haqqı.
114. Aşağıdakılardan hansı məhsulun istehsalı və satışının mühasibat xərcləri elementlərinə daxil deyildir?
A) gəlir vergisi;
B) maddi məsrəflər;
C) əmək haqqı məsrəfləri;
D) sosial ehtiyaclara ayırmalar;
E) əsas fondların amortizasiyası.
115. Aşağıdakılardan hansı yeyinti sənayesi məhsullarının maya dəyərində əsas xərc ünsürüdür?
A) xammal və materiallar;
B) əmək haqqı;
C) amortizasiya ayırmaları;
D) yanacaq və enerji xərcləri;
E) kreditə görə faizlər.
116. Aşağıdakılardan hansı sahibkarlıq xərclərinə daxildir?
A) bütün sadalananlar düzdür;
B) mühasibat xərcləri;
C) normal sahibkarlıq mənfəəti;
D) əlavə dəyər vergisi və aksizlər;
E) ixrac əmtəələrin gömrük rüsumları.
117. Aşağıdakılardan hansı sabit xərclərə aid deyildir?
A) əmək haqqı xərcləri;
B) bina və yerlərin saxlanması xərcləri;
C) icarə haqqı;
D) sığorta;
E) amortizasiya ayırmaları.
118. Aşağıdakılardan hansı dəyişən xərclərə daxil deyildir?
A) amortizasiya ayırmaları;
B) əmək haqqı xərcləri;
C) xammal və materialların dəyəri;
D) yanacağın qiyməti;
E) elektrik enerjisinin dəyəri.
119. Aşağıdakılardan hansı hədd xərclərinin köməyi ilə müəyyən olunan məsələlərə aid deyildir?
A) səhmlərə görə dividendlərin ödənilməsi;
B) məhsul buraxılışının artırılması və ya azaldılması;
C) hansı xammal tədarükçüsünə üstünlük verilməsi;
D) istehsal prosesinin hansı hüdudlarda həyata keçirilməsi;
E) “b” və “c” düzdür.
120.Aşağıdakılardan hansı maya dəyərinin kalkulyasiya olunması metodudur?
A) tam xərclər metodu;
B) dialektiq metod;
C) təhlil və sintez metodu;
D) induksiya və deduksiya metodu;
E) statistik metod.
121.Aşağıdakılardan hansı normativ məsrəflər metodunun üstünlükərinə aid deyildir?
A) mənfəət vergisinin azaldılmasına kömək edir;
B) normativ məsrəflər hər hansı bir məhsulun istehsalında müəyyən səmərəli məsrəfləri göstərir;
C) firmanın rəhbərliyi öz diqqətini normativ məsrəflərdən kənarlaşmalara yönəldir; hesablama işlərinin həcmi azalır və daha çox faydalı informasiya əldə etməyə imkan yaranır;
D)
E) məsrəflərin özlərinə nəzarət yüngülləşir.
122. Aşağıdakılardan hansı mənfəətin artırılması amili deyidir?
A) amortizasiya normasının artırılması;
B) məhsul istehsalının genişləndirilməsi;
C) maya dəyərinin aşağı salınması;
D) məhsulun keyfiyyətinin yüksəldilməsi;
E) mütərəqqi texnika və texnologiyanın tətbiqi.
123. Aşağıdakılardan hansı firmanın qiymət strategiyasının məqsədlərinə aid deyidir?
A) amortizasiya normasının aşağı salınması;
B) qənaətbəxş mənfəətin əldə edilməsi;
C) bazarda “qaymağın yığılması” yolu ilə yüksək mənfəətə nail olunmas;
D) avans olunmuş kapitala görə müəyyən faizli mənfəətin təmin edilməsi;
E) firma tərəfindən çəkilən bütün xərclərin ödənilməsi.
124. Aşağıdakılardan hansı firmanın qiymət strategiyasının məqsədlərinə aid deyildir?
A) elmi-texniki tərəqqinin stimullaşdırılması;
B) satışın həcmini artırmaq üçün bazara daxil olma;
C) rəqiblərin sıxışdırılması;
D) bazarda öz payının saxlanması və artırılması;
E) firmanın istehsal etdiyi bütün əmtəələrin bazara çıxarılması.
125. Aşağıdakılardan hansı qiymətin ümumi marketinqdəki rolunun asılı olduğu daxili və xarici amillərə aid deyildir?
A) xalis rəqabət mühitinin yaradılması;
B) firmanın öz məhsulunu satdığı bazarın strukturu;
C) firmanın məqsədi;
D) firma tərəfindən istehsal edilən əmtəənin növü;
E) rəqabətin olması ehtimalı.
126. Aşağıdakılardan hansı yüksək qiymət strategiyasının müsbət nəticə verdiyi hallara aid deyildir?
A) yüksək qiymət alıcıları narazı saldıqda;
B) yüksək qiymət məhsulun yüksək keyfiyyətini də təmin edirsə;
C) rəqbət məhduddursa;
D) qiymətə az həssas olan çoxsaylı alıcılar tərəfindən cari tələbin yüksək səviyyəsi müşahidə edilirsə;
E) yüksək və normal qiymətlər arasındakı fərq yüksək olmadıqda.
127. Aşağıdakılardan hansı firmanın əmtəəyə ilkin qiymət qoyması prosesinin mərhələlərinə aid deyildir?
A) ticarət sövdələşmələrinin bağlanması;
B) qiymətin əmələ gəlməsi məsələsinin qoyuluşu;
C) xərclərin qiymətləndirilməsi;
D) rəqiblərin qiymətlərinin təhlili;
E) qiymətqoyma metodlarının seçilməsi.
128. Aşağıdakılardan hansı dövlərin həyata keçirdiyi sosial-iqtisadi siyasətin mühüm tərkib hissələrinə daxil deyildir?
A) himayədarlıq siyasəti;
B) qiymət siyasəti;
C) maliyyə siyasəti;
D) əmək haqqı siyasəti;
E) “c” və “d” düzdür.
129. Aşağıdakılardan hansı dövlətin qiymət siyasətinin istiqamətlərinə aiddir?
A) bütün sadalananlar düzdür;
B) dövlətin qiymət siyasəti müxtəlif mülkiyyət formalarına, müstəqil əmtəə istehsalçılarının rəqabətinə əsaslanan iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsinə yönəldilməlidir;
C) dövlətin qiymət siyasəti vahid əmtəə və xidmətlər bazarının formalaşması və inkişafına, onun dayanıqlığının təmin olunmasına kömək etməlidir;
D) dövlətin qiymət siyasəti xalq təsərrüfatı sahələri arasında ekvivalent mübadiləni təmin etməlidir;
E) dövlətin qiymət siyasəti ictimai istehsalın strukturunun təkmilləşdirilməsini, resurs potensialından səmərəli istifadəni stimullaşdırılmalıdır.
130. Aşağıdakılardan hansı dövlətin qiymət siyasətinin istiqamətlərinə aid deyildir?
A) dövlətin qiymət siyasəti investisiya qoyuluşlarını stimullaşdırmalıdır;
B) dövlətin qiymət siyasəti əmtəə və xidmətlərin istehsalı və satışının dəyişilməsinə maksimum reaksiya göstərən bir sistemin yaradılmasını təmin etməlidir;
C) dövlətin qiymət siyasəti daxili qiymətlərin dünya qiymətləri səviyyəsi ilə uyğunluğunun təmin olunmasına yönəldilməlidir;
D) dövlətin qiymət siyasəti ayrı-ayrı istehsalçıların inhisarçılıq meyllərinə əks təsir göstərməlidir;
E) dövlətin qiymət siyasəti qiymətin dinamikası ilə əhalinin pul gəlirlərinin dinamikası arasında zəruri nisbətin təmin olunması üçün etibarlı zəmanət yaratmalıdır.
131. Aşağıdakılardan hansı müəssisə səviyəsində düzgün qiymət siyasətinin aparılması üçün informasiyaların əldə edilməsi və təhlilini nəzərdə tutan aspektlərə daxil deyildir?
A) dövlət büdcəsinin yerinə yetirilməsi barədə məlumatlar;
B) buraxılan əmtəənin keyfiyyətinin firma tərəfindən yüksəldilməsi imkanı;
C) tələbin vəziyyəti və proqnozlaşdırılması;
D) istehlak olunan və satılan məhsulun qiymətləri barədə məlumatlar;
E) xərclərin azaldılması üçün ehtiyatların axtarılması;
132. Aşağıdakılardan hansı müəssisə səviyyəsində düzgün qiymət siyasətinin aparılması üçün informasiyaların əldə edilməsi və təhlilini nəzərdə tutan aspektlərə aid deyildir?
A) sosial-iqtisadi inkişafa dair dövlət proqramlarının yerinə yetirilməsi barədə məlumatlar;
B) müəssisənin buraxdığı əmtəələrin qiymətlərinin proqnozlaşdırılması və rəqib müəssisələrin həmin əmtəələrinin qiymətləri barədə məlumatlar;
C) qiymətlərin dinamikası və strukturunun təhlili;
D) inhisarçı müəssisələr tərəfindən qiymətlərin rəsmən bildirmələrinə dair məlumatlar;
E) müəssisənin hazırladığı əmtəələrə tələbin strukturu və dinamikasının tədqiq edilməsi.
133. Aşağıdakılardan hansı müəssisə səviyyəsində düzgün qiymət siyasətinin aparılması üçün informasiyaların əldə edilməsi və təhlilini nəzərdə tutan aspektlərə daxil deyildir?
A) xarici ticarət dövriyyəsi haqqında məlumatlar;
B) daxili satış bazarının və potensial rəqiblərin proqnozlaşdırılması;
C) birja qiymətlərinin öyrənilməsi;
D) xarici ticarət qiymətlərinin və xarici satış bazarlarının təhlili;
E) “b” və “d” düzdür.
134. Aşağıdakılardan hansı firmanın optimal malgöndərəni seçərkən topladığı və təhlil etdiyi informasiyalara aiddir?
A) bütün sadalananlar düzdür;
B) mümkün malgöndərənlərin qiymətləri;
C) mümkün malgöndərənlərin təklif etdikləri məhsulun parametrləri;
D) malgöndərənlərin reputasiyası;
E) qiymətlərin aşağı salınması imkanları.
135. Aşağıdakılardan hansı qiymət siyasətinin firma tərəfindən seçilən bazar strategiyasının həyata keçirildiyi kombinasiyalara daxil edilmir?
A) qiymətin dəyərdən kənarlaşmasının qarşısının alınması;
B) qiymətin yuxarı həddinin firmaya maksimum mənfəəti təmin edə biləcək səviyyəsinə nail olunması;
C) firmanın normal mənfəətinin təmin edilməsi;
D) qiymət rəqabəti siyasətinin aparılması;
E) qeyri-qiymət rəqabəti siyasətinin həyata keçirilməsi.
136. Aşağıdakılardan hansı qiymət siyasətinin firma tərəfindən seçilən bazar strategiyasının həyata keçirildiyi kombinasiyalara daxildir?
A) bütün sadalananlar düzdür;
B) qiymətin lider və ya rəqiblərin qiymətləri səviyyəsində müəyyən olunması;
C) əmtəənin yüksək keyfiyyəti xüsusi qeyd olunmaqla “nüfuzlu” qiymətlərin təmin edilməsi;
D) qiymətin köməyi ilə avans olunmuş kapitala görə müəyyən faiz mənfəətin təmin olunmasının davam etdirilməsi;
E) istehsalın həcminin və məhsulun çeşidinin dayanıqlığını təmin edən qiymətin tənzimlənməsi.
137. Aşağıdakılardan hansı qiymət siyasətinin firma tərəfindən seçilən bazar strategiyasının həyata keçirildiyi kombinasiyalara aid deyildir?
A) dövlətin qiymətlərin tənzimlənməsinə təsiri;
B) istehsal amillərindən bacarıqla istifadə etmək yolu ilə qiymətlərin və mənfəətin sabitliyinə nail olunması;
C) qiymətin rəqiblərin daxili və dünya bazarından sıxışdırılıb çıxarılması məqsədilə aşağı qiymətin təyin olunması;
D) bazara girmək məqsədilə aşağı qiymətin təyin olunması;
E) “c” və “d” düzdür;
138. Aşağıdakılardan hansı istehsal-texniki təyinatlı məhsulların qiymətinin formalaşması amillərinə aid deyildir?
A) kreditə görə faiz dərəcəsi;
B) satılan əmtəələrin xarakteri;
C) bazar iştirakçılarının dairəsi;
D) satışa təsir edən amillərin əhatəliliyi;
E) “b” və “d” düzdür.
139. Aşağıdakılardan hansı qiymətin müəyyən olunması yolu ilə firmanın həll etdiyi üç problemə aid deyildir?
A) əmtəələr ehtiyat üçün istehsal olunur;
B) nə istehsal olunacaqdır;
C) əmtəələr necə istehsal olunur;
D) əmtəələr kim üçün istehsal olunur;
E) “b” və “c” düzdür.
140. Firmanın istehsal etdiyi əmtəəsinə qoyduğu qiymət aşağıdakı hansı amildən asılı deyildir?
A) iqlim şəraiti;
B) istehsal xərcləri;
C) tələb və təklif;
D) əhalinin tədiyə qabiliyyəti;
E) firmanın qiymət siyasəti.
141. Firmanın istehsal etdiyi əmtəəsinə qoyduğu qiymət aşağıdakı hansı amildən asılı deyildir?
A) kadr potensialı;
B) firmanın bazar strategiyası;
C) əmtəənin keyfiyyəti;
D) əmtəənin qarşılıqlı əvəzlənməsi;
E) əmtəənin həyat dövrü.
142. Aşağıdakılardan hansı firmanın qiymət siyasətində yol verə bildiyi kənarlaşmalara aid deyildir?
A) pərakəndə qiymətlərin müəyyən edilməsi;
B) müəyyən işin yerinə yetirilməsinə görə planlaşdırılmış qiymət güzəştləri;
C) ticarət güzəştləri;
D) satışın stimullaşdırılması vasitəsi kimi qiymətlərdən planlaşdırılmış güzəştlər;
E) qiymətlərin planlaşdırılmamış kəskin azalması – “qiymətlər müharibəsi”.
143. Aşağıdakılardan hansı firmanın tətbiq etdiyi qiymət növlərinə və onların müəyyən olunması metodlarına aiddir?
A) bütün sadalananlar düzdür;
B) yeni əmtəəyə qiymətin müəyyən olunması;
C) əmtəə nomenklaturası (siyahısı) çərçivəsində qiymətin əmələ gəlməsi;
D) qiymətlərin güzəştlərlə və hesablaşmalarla müəyyən olunması;
E) satışın stimullaşdırılması üçün qiymətlərin müəyyən edilməsi.
144. Aşağıdakılardan hansı yeni əmtəəyə aşağı qiymətin müəyyən edilməsi halarına aid deyildir?
A) bazarda inhisar hökmranlığı mövcuddur;
B) bazar qiymətə çox həssasdır;
C) buraxılışın həcmi artdıqca firmanın xərcləri aşağı düşür;
Dostları ilə paylaş: |