Qoşa qanad



Yüklə 1,48 Mb.
səhifə31/49
tarix05.01.2022
ölçüsü1,48 Mb.
#111585
1   ...   27   28   29   30   31   32   33   34   ...   49
Bəs biz?
Bəs biz nə etdik? Osmanlı dövründə ziyalıların necə elm və texnologiya terminləri yaratdıqlarından yuxarıda danışmışdıq. Türkçülük cərəyanlarından sonra yaranan Cümhuriyyətdə dildəki artıq ərəb, fars sözləri təmizləndi. Qərb­dən yeni gələn məfhumlara lazım olan qarşılığın türk di­lində yaradılması təbii idi. Onsuz da, yazının dəyişməsi, ərəb və fars dillərinin tədris olunmaması, İslam dünya­sın­dan sıyrılıb Atatürkdən sonra müasirləşmənin avropalıya bən­zəmə səyinə çevrilməsi ilə, əski türk dilini (Osmanlıca) bilənlər də çox az qalmışdı. Atatürk elm dilinin və təh­si­li­nin türk dilində olması üçün böyük diqqət ayırmış, o də­rə­cəyə qədər ki, hətta 1934-cü ildə bir “Geometriya” kitabı yaz­mışdır. Bu gün istifadə etdiyimiz “üçgen” (üçbucaq) kimi terminləri özü yaratmışdı. Əcnəbi dilli missioner mək­təblərinə həvəs yaranmasın deyə, Türk təhsil dərnəyini və onun özəl məktəbi TED Yenişehir Liseyi qurmuşdu. Şəx­sən mən bu məktəbdə yetişmişəm. Orada əcnəbi dil dərs­lərinə önəm verilir, lakin bu, bütün ağıllı ölkələrdə ol­du­ğu kimi intensiv əcnəbi dil dərslərində həyata keçi­ri­lir­di. Bütün fənlər, o cümlədən, ədəbiyyat, fəlsəfə dərsləri tam türkcə idi. Bax, belə bir məqsədlə qurulmuş belə uğur qazanan bir məktəbə 1953-cü ildə ingilis-amerikan qar-mağı atıldı və dərslər ingilis dilinə çevrildi. Məktəbin adı də­yişdirilərək “Ankara kolleci” edildi. O vaxta qədər öl­kə­də belə missioner tipli bir türk məktəbi yox idi. “Kollec” missioner məktəbi deməkdir. Açılan bu ingilis dəliyindən sonralar sel axmağa başladı. “Anadolu liseyləri” geniş ya­yıl­mağa başladı və bu, əcnəbi dil öyrənməyin yeganə yolu kimi qələmə verildi. Gələcəyimizin təminatı olan Türk dili qalasında bu dəliyi açmağa müvəffəq olan Oxfordlu Mr. Browningi isə 20 il sonra İngiltərə kraliçası medalla təltif etdi. Mərasimdə iştirak edənlər, heç soruşmadılar ki, kiçik bir məktəbdə ingilis dili dərsi deyən sıravi bir müəllimə İngiltərə kraliçası niyə medal verir? Bunun arxasından OTDÜ (Orta doğu teknik universiteti) gəldi... Tamamən Amerikanca. O vaxtlar hələ bəhanə lazım idi. Dedilər ki, buraya Yaxın Şərqdən tələbələr gələcək və biz bir neçə tələbə üçün öz dilimizi qurban verə bilmərik. Halbuki, bü­tün ölkələrdə əcnəbi tələbələrə təhsilvermə fədakarlığı gös­tərilirsə, o tələbələrin təhsil aldığı ölkənin dilini öyrən­mələri şərt kimi irəli sürülür və ölkənin mədəniyyətini se­vən tərəfdarlar yetişdirilir. Şübhəsiz ki, onların irəli sür­dükləri bu arqument mərhələli fəth etmədə istifadə olunan müvəqqəti bir bəhanə idi. Belə ki, sonra arxa-arxaya gələn Boğaziçi, Bilkent, sonra da Koç universiteti üçün artıq bəhanəyə ehtiyac hiss edilmir. Bunun sonu, çox yox, bir-iki nəsil sonra türk dili “bye-bye” demək olacaq. Bu, türk dilinə, türk tarixinə, türk hegemoniyasına, türk dünyasına, müsəlman ölkələr öndərliyinə, türkün dünya üzərindəki heysiyyətinə “bye-bye” deməkdir. Bəylər! Havaydan ibrət alaq. Türk dilini, dolayısı ilə türkün gələcəyini satanlar nə­vələrinin miras sahibi olaraq rifah içində yaşaya­caq­ları­nı zənn edib sevinməsinlər. Havay millətini Amerikan mis­­­sionerlərinə satan yerli əsilzadə, hətta onun prins­lə­rinin nəvələri, bu gün Havayda hamballıq edirlər. Gedin bun­ları görün!


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin