Qoşa qanad


Yenidən Qurtuluş savaşı: nədən başlayaq?



Yüklə 1,48 Mb.
səhifə32/49
tarix05.01.2022
ölçüsü1,48 Mb.
#111585
1   ...   28   29   30   31   32   33   34   35   ...   49
Yenidən Qurtuluş savaşı: nədən başlayaq?
Dilimizə olan son hücumların altında yatan şey əc­nə­bi dil ilə təhsildir. Buna qarşı alınacaq çox tədbirlər var. Təcili tədbirlər aşağıdakılardır:

  1. Əcnəbi dilin ancaq əcnəbi dildə təhsil ilə mümkün ol­du­ğu haqqında səhv ictimai rəy yaradılmışdır. Məsələnin ciddiliyini dərk edənlər ətrafındakı hər kəsə, valideynlərə, pedaqoqlara və xalqa həqiqəti başa salsınlar. Hazırlıq sinfi anlayışının başqa ölkələrdə olmadığını, bunun böyük bir israfçılıq olduğunu hər kəsə bildirməlidirlər.

  2. Hər hansı bir əcnəbi dilin, hansı ixtisaslarda faydalı olduğu, hansı formada öyrənilməli olduğu müəyyən­ləşdi­rilsin. Məsələn, turizmə rəhbərlik edənlərin və otel idarə­çi­lərinin ingilis dilindəki fizika və riyaziyyat terminlərini bil­mələri zəruri deyil. Eyni zamanda, elm adamının da mə­i­şət səviyyəsindəki ingilis dilini çox yüksək səviyyədə bilməsi lazım deyil və öz ixtisasının hüdudları çərçivə­sin­də əcnəbi dil bilməsi kafidir. Əsas bilməli olduğu şey isə riyaziyyatdır.

  3. İnsanlar, yeni seçilən nazirlər və s. təkcə əcnəbi dil bildikləri üçün mədh edilməməli, riyaziyyat, kompüter proq­ramları, iqtisadiyyat, fəlsəfə, türk ləhcələri, mühən­dis­lik və s. bilik və qabiliyyətlərinə görə alqışlanmalıdır.

  4. Hüquqşünaslarımız əcnəbi dillə təhsilin konsti­tu­si­yaya zidd olması baxımından lazımi instansiyalara xəbər­darlıq etməli, hətta toplu şəkildə cinayət işləri açmalı­dır­lar.

  5. Bütün orta və ali təhsil müəssisələrində əcnəbi dildə təhsil dövlət tərəfindən qadağan edilməlidir. Hətta xarici missioner məktəblərində belə, təhsilin dili tamamilə türkcə olmalı, əcnəbilər bu məktəblərdə ayrıca xarici dil dərsində intensiv, yeni və sürətli əcnəbi dil öyrənmə metodları ilə fayda verməlidirlər. Əgər bu dəyişikliyə razı olmasalar, əsl məqsədləri aydın olacaq. Bütün özəl və ya dövlət təhsil müəssisələrində əcnəbi dillər ayrıca, yeni metodlarla tədris olunmalı, yay kursları açılmalı, ictimai rəy formalaşdırıl­ma­lı, hazırlıq sinfi anlayışı tamamilə ləğv edilməlidir. Əgər dövlətin bir-iki il artıq təhsil vermək imkanı varsa və mütləq başqa ölkələrdən daha çox təhsil verilmək istə­nilirsə, hazırlıq dövründə hər tələbə, ixtisasından asılı ol­mayaraq, riyaziyyat, kompüter və proqramlaşdırmanı öy­rənməlidir. Bax, onda başqa ölkələrdən geridə yox, öndə olarıq. Çünki, hazırda öyrədilən ingilis dili “rock and roll” dilidir. Əsl elm dili isə riyaziyyatdır.

  6. Partiyasından və siyasi görüşündən asılı olmayaraq, iqtidarda olan hökumətlər Türkiyə, Türk dünyası və türk xalqının əbədiliyini və maraqlarını birinci planda dəyər­lən­dirməli və bu mənada milliliyə önəm verməlidirlər. Tür­kiyə və Türk dünyasının ən əsas problemi olan təhsil və təhsilin dili məsələsidir və bu məsələlərə diqqətlə ya­naş­mayan, qəti tədbirlər görmək istəməyən bir iqtidar, təm­silçilərinin nitqlərindən və xarici görünüşlərindən asılı olmayaraq milli ola bilməz.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin