Qoşa qanad


XXI əsrdə Türkiyənin hədəfləri baxımından təhsil



Yüklə 1,48 Mb.
səhifə33/49
tarix05.01.2022
ölçüsü1,48 Mb.
#111585
1   ...   29   30   31   32   33   34   35   36   ...   49
XXI əsrdə Türkiyənin hədəfləri baxımından təhsil
XXI əsrdə dünya hansı istiqamətə gedir? Yeni dünya gücləri kimlər olacaq, dünyada güc balansı necə forma­la­şacaq, yeni texniki elmlər cəmiyyətlərə, onların mədə­niy­yətlərinə necə təsir göstərəcək? Milli mədəniyyətlərin, dil­lərin yerini vahid bir dünya mədəniyyəti, vahid bir dünya dilimi tutacaq? İnsanların insan təsəvvürü, bir-birilərinə qarşı münasibət və davranışları, əxlaqları necə olacaq? Aşağıda bütün bunlara, görünən üfüqə nəzər salacağıq. Son­ra isə belə bir suala cavab axtaracağıq: bu görünən üfü­qə doğru kor-koranə gedəcəyik, yoxsa özümüzə məx­sus bir istiqamət seçə bilərik? Bütün istədiklərimizin real­laşma imkanı olsa necə bir Türkiyə, necə bir türk dünyası, necə bir dünya olmasını istərdik? Gəlin bunun haqqında düşünək. Parıldayan o uzaq ulduzlara doğru addımlayaq. Oralara gedib çatmaq üçün biz ancaq müəyyən fundament yarada bilərik. Və yaxud nə vaxtdandır yaradılan xəyanət fundamentini dağıdaraq yerinə yenisini yaradarıq. Binanın formalaşmasını, damının vurulmasını ancaq növbəti 5-10 ildə yetişəcək nəsillər və onların xələfləri görə biləcəklər.

Yaradılacaq fundament, görünən mavi səmaya doğru nəsillərin yüksəlişi ancaq daxili və xarici bədxahların xəyanətkar əlləriylə təhrif edilən təhsil sistemimizin yeni­dən qurulması ilə mümkün olacaqdır. Ona görə də, kön­lü­mü­zün istədiyi və daimiliyimiz üçün zəruri olan bir Tür­ki­yəyə doğru addımlamağı mümkün edən bir təhsil sistemi və onun əsas prinsipləri üzərində dayanacağıq. Allah kö­nüllərimizi bu yolda birləşdirsin və könül əhlinə güc-qüv­vət versin.




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin