Qoşa qanad


Necə bir Türkiyə mümkündür?



Yüklə 1,48 Mb.
səhifə35/49
tarix05.01.2022
ölçüsü1,48 Mb.
#111585
1   ...   31   32   33   34   35   36   37   38   ...   49
Necə bir Türkiyə mümkündür?
İnsanın və cəmiyyətin səadəti təkcə maddi rifaha əsas­lanmır. Qərb dünyası maddi rifahı ilə yüksək səviy­yə­də olsa da, bir-birindən qopmuş, könülləri qurumuş çox say­da bədbəxt insanlarla doludur. Bizə aşılanmaq istənən də budur. İnsanların səadəti maddi və mənəvi zənginliyin ey­ni anda mövcud olması ilə mümkündür. Bu, Möv­la­na­nın “Məsnəvi”sindəki bir hekayə ilə çox gözəl ifadə edil­mişdir. Babalarımız mənəvi elmlərdə bugünkü Qərbdən çox qabaqda olublar. Bizdə bir alimin həqiqi bir alim ola bilməsi üçün həm maddi, dünyəvi, həm də mənəvi, yəni da­xili aləmin elmlərinə vaqif olması vacib hesab edilirdi. Maddi elmlər fizika, kimya formulları bir şeyin necə for­malaşdığını göstərir, lakin nə edilməli olduğu haqqında heç nə demir.

Nəyi seçmək insanın və millətlərin mədəniyyət­lərin­dən, mənəvi aləmlərindən asılıdır. Mənəvi və insanlıq yö­nü zəif olanların məşğul olduqları elm və texnoloji inki­şaf çox vaxt bəşəriyyətin əleyhinə istifadə edilir. Məsələn te-le­vi­zoru götürək. Bu gözəl texniki vasitə ilə insanların təh­sil səviyyəsinin, mədəni və mənəvi zənginliklərinin yük­sək səviyyədə inkişaf etdirilməsi mümkün olduğu halda, bu gün bir çox kanallar, məsələn Amerika televiziya ka­nal­ları insanlara vəhşilik, dələduzluq, əxlaqsızlıq öyrədir, in­sanları öz düşüncəsi olmayan bir qoyun sürüsünə çevirir.

Biz həm Asiyayıq, həm Avropa, həm də Yaxın Şərq. Söhbət coğrafi mövqeyimizin bizə bəxş etdiyi mədəniyyət və mənəviyyat zənginliyindən gedir. Şərqin mənəvi zən­gin­liyi və insan anlayışı ilə Qərbin maddiyatı arasında kör­pü qura biləcək bizdən daha münasib bir millət yoxdur. Dəhşətli bir naqislik kompleksi ilə xaçlı səfəri mentali­te­tin­dən xilas ola bilməyən Avropaya yalvara-yalvara qal­maq­dansa Asiyalı olmağımızdan qürur duyaraq tarixi mə­nəvi zənginliklərimizlə maddiyatı ən yeni qabiliyyətlərlə insanı əzmə və istismar etmək üçün yox, insanın yük­səl­mə­sinə, səadətinə, qardaşlıq duyğusuna və rahatlığa qovuşması üçün istifadə edən bir millət olmalıyıq. Necə ki, əsrlərcə olmuşuq.

Son vaxtlar Qərbin keçirdiyi mənəvi böhran onun başqaları ilə olan davranışlarında da özünü göstərir və bə­sit mədəniyyət maskası altında Qərbin nə dərəcədə qəddar, eqoist və barbar olduğunu nümayiş etdirir. De­mokratiya, BMT, insan haqları Qərbin sadəcə öz çirkin əməlləri üçün istifadə etdiyi örtük və maskadan ibarətdir.

Türkiyə həm Qərb üçün, həm də Şərq üçün insanlıq nümunəsi olan bir ölkə ola bilər. Bir millət zülmə məruz qalırsa türkü öz yanında, sülh yaradılmasına çalışan, vasi­tə­çilik edən, bütün beynəlxalq təşkilatlarda öz səsini eşit­di­rən, insanlığa dəvət edən ən fəal bir sülhpərvər kimi gör­məlidir.

Gələcəyin Türkiyəsi yeni bir Yapon möcüzəsi ola­caq, elmdə, texnikada ən ön cərgədəki yenilikləri ilə həm özü­nə, həm də bəşəriyyətə faydalı bir şəkildə çalışacaqdır. Türk gənci həm öz tarixini, dilini, ədəbiyyatını, həm də xarici aləmi, texnologiyanı biləcəkdir. Türk nə başqaları tə­rəfindən xor görüləcək, nə də öz mənliyindən vaz ke­çəcəkdir.

Türk, Asiya ölkələri və İslam dünyası ilə öz arasında yaradılan soyuqluğu, hətta düşmənçilik hisslərini yox et­məli və müxtəlif ölkələrlə mədəniyyət, təhsil, elm və həm­rəylik münasibətlərini inkişaf etdirməlidir. Yeni Şərqi Av­ropa ölkələri ilə, Yaxın Şərq və Asiya ölkələri ilə, hətta Afrika və Cənubi Amerika ilə tamamilə yeni əlaqələr qu­racağıq. Köhnə dostlar, düşmənlər hamısı bizim insan­lı­ğı­mızın və qabiliyyətlərimizin həsrətində olacaqlar və biz­dən nümunə götürəcəklər.

Orta Asiya Türk dövlətləri ilə sıx mədəniyyət, təhsil, texnologiya, ticarət münasibətləri qurulacaq və siyasi bir məqsəd güdmədən aramızdakı qopmuş qardaşlıq əlaqələri möhkəmləndiriləcək, gömrük, pasport, viza maneələri ləğv ediləcək və əsl bir türk dünyası yaradılacaqdır.

Türk gənci, həm köhnə, həm də yeni Türkiyəni çox yaxşı tanıyacaq, hər peşədə, hər sahədə gözəl və daim in­kişaf edən Türk dilini istifadə edərkən hər kəlmənin bir bal damlası kimi dadını ağzında hiss edəcək. Türk dilini dün­yanın qardaşlıq və insan sevgisi dilinə çevirəcəkdir.

Səlcuqlu babalarımızın dövründə olduğu kimi, təhsil müəssisələrimizə dünyanın hər tərəfindən xarici müəllim­lər gələcək, Türk dilində təkcə ən yeni elm və texnolo­gi­ya­nı yox, insanlığı da öyrənib öz ölkələrinə dönəcəklər.

Türkiyəyə gələn xarici turistlər təkcə Roma, Bizans və ilk dövr Xristian xarabalıqlarını yox, Səlcuq, Osmanlı əsər­lə­rini də görəcək, karvansaralarda türk qonaqpərvər­li­yi­ni dadacaq, yenidən canlanan gözəl ənənə və həyat tər­zimizin həsrətində olacaqlar.

Qısa bir vaxtda belə bir Türkiyə formalaşdıra bilərik.





Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin