Qoşa qanad



Yüklə 1,48 Mb.
səhifə36/49
tarix05.01.2022
ölçüsü1,48 Mb.
#111585
1   ...   32   33   34   35   36   37   38   39   ...   49
Necə bir təhsil?

Təhsilin məqsədi nədir? İnsanın aid olduğu cəmiyyət üçün və özü üçün dəyər yarada biləcək səviyyəyə gətiril­mə­si. Təhsil eyni zamanda bir ölkənin, millətin keçmişi ilə gə­ləcəyi arasında bir körpü olma vəzifəsini üzərinə gö­tü­rür. Təhsil bir tərəfdən insani, mənəvi, mədəni dəyərlər ve­rir, insanın özünə inam hissini artırır, digər tərəfdən də ona elm və texniki qabiliyyətlər verir. Yoxsa təhsilin məq­sədi son qırx ildə bizdə olduğu kimi fərdi millətindən, dilindən, tarixindən, milli mədəniyyətindən qoparmaq, onu cəmiyyətə, adət-ənənəsinə, keçmişinə yadlaşdırmaq deyil­dir. Təhsilin məqsədi qərbləşmə də deyildir. Elm və texni­kada ən qabaqda yer almaqdır. Artıq elm və texnika Uzaq Şərqdədir. Ona görə indi biz bunun adına şərqləşməmi de­yəciyik? Türkiyə elm və texnika bəhanəsi ilə Qərb mis­sioner­liyi oyununa cəlb edilmişdir.



  1. Türk təhsil səviyyəsinin təhsil dili hər sahədə, hər sə­viy­yədə türkcə olmalıdır. Bu ifrat bir görüş və yaxud arzu deyil. Müstəmləkə ruhuna bürünməmiş hər ölkə­nin təhsil dili, öz rəsmi dilidir.

  2. Peşə sahəsinin tələblərinə uyğun olaraq müxtəlif xarici dillər, ayrıca xüsusi və sürətli metodlarla yaxşı öyrədil­mə­lidir. Bu problem hətta xüsusi yay kursları ilə də həll edilə bilər.

  3. Əzbərçi, şablonçu yox, araşdırıcı ruhda gənclər yetiş­ti­rilməlidir. Universitetlərdə həvəsləndirməyə yox, hə­qiqi mənada tədqiqata önəm verilməlidir. Bu tədqi­qat­lar xarici siyasətdə, iqtisadiyyatda, elm və texno­lo­gi­yada, tarixdə və istənilən digər sahələrdə dövlətə, hö­ku­mətə, orduya və millətə yol göstərməli və məlumat ver­məlidir. Universitet, dövlət və sənaye arasında sıx əlaqələr və həmrəylik qurulmalıdır. Bilik əldə etməkdə mən­liyindən vaz keçmədən alimlər hər cür beynəlxalq elm münasibətlərindən faydalanacaqlar.

  4. Gənclərimizin və onların valideynlərinin fikri zikri xa­rici ölkələrə getmək, xaricdə oxumaq və uşaqlarını xa­ricdə oxutmaq olmamalıdır. Bugünkü ən böyük uğur əldə edən biznesmenlərimiz təhsil dili o zaman tama­mi­­lə türkcə olan İstanbul Texniki Universitetində ye­ti­şiblər. Bizim nəsil orta məktəbdə oxuyanda ən çox arzu etdiyimiz şey bu universitetə qəbul oluna bilmək idi. İndi isə hamı təhsil üçün xarici ölkəyə getməyə, buna da gücü çatmasa, təhsil dili ingiliscə olduğu üçün Orta Doğu Texniki Universitetinə və ya Boğaziçi uni­ver­sitetinə girməyə çalışır. Gənclərin bir ildən artıq xa­rici dil üçün hazırlıq sinfi oxumaları da başqa öl­kə­lər­də rast gəlinməyən vaxt itkisidir. Bir il artıq oxumaq lazımdırsa hamı bu bir ili riyaziyyat oxusun. Bax, onda o biri dövlətlərdən də qabağa keçərik və bilik yığı­nın­dan ibarət tələbələr yetişdirmərik. Dövlətin və ayrı-ayrı şəxslərin xaricdə təhsilə sərf etdiyi valyutanın ümumi miqdarı müəyyənləşdirilməli və milyardlarla dollara ça­­tan bu imkanın heç olmasa bir hissəsi dərhal mövcud uni­versitetlərin sağlam və araşdırma ruhuna əsaslanan bir vəziyyətə gətirilməsinə ayrılmalıdır. Xarici ölkələrə isə ancaq ölkəmizin məqsəd və hədəfləri istiqamətində, diqqətlə seçilmiş sahələrdə, məsələn bizdə heç olma­yan fənlər üzrə aspirantlar və aspirantlıqdan sonra ixti­sas­laşmaq üçün şəxslər göndərilməlidir.

  5. İstər orta təhsildə, istərsə də ali təhsildə gənclərimiz həm Qərb, həm də Asiya mədəniyyəti, tarixi və fəlsə­fə­sini öyrənməlidirlər. Dekartı bilən lakin Qəzali haq­qın­da heç nə eşitməmiş bir türk gənci təsəvvür edilə bilməz.

  6. Bu universitetlərimizdə və tədqiqat institutlarımızda milli hədəflərə yönələn tədqiqatlar aparılmalı, mole­kul­­yar biologiya, kompüter və s. sahələrdə ciddi irəli­lə­yişlər əldə edilməlidir.

  7. Məktəblərdə və universitetlərdə türk dünyasını, müqa­yi­səli türk dillərini, türk ölkələrinin ədəbiyyatını, tari­xi­ni, ictimai strukturunu və coğrafiyasını əhatə edən dərs­lər tədris olunmalıdır. Yay aylarında şagird və tə­ləbələrin o ölkələrə səyahətləri təşkil olunmalı, tələbə və müəllim mübadiləsi aparılmalıdır.

  8. Təhsil sistemimiz vətənini, millətini və insanı sevən, tarixini, mədəniyyətini türk dilini yaxşı bilən, Asiyanı da tanıyan, istər Avropa dillərini, istərsə də ərəb, fars, ur­du, hind, yapon çin dili olsun, bir xarici dili seçəcəyi peşəyə görə kifayət dərəcədə bilən, öz mənliyini itir­mə­dən hər yerdən hər yeniliyi öyrənə biləcək, özü­nün və xalqının maddi və mənəvi rifahına töhfə verə bi­lə­cək, müəyyən bir qabiliyyət və bacarığa sahib olan in­san­lar yetişdirməlidir.

Gəlin bu səfərbərlikdə birlikdə iştirak edək.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin