18. Diskret siqnallar dedikdə nə başa düşülür?
A) Cərəyanın və gərginliyin zamana görə kəsilən funksiyaları
B) Cərəyanın və gərginliyin zamanda kəsilməyən funksiyası
C) Gərginliyin diskret, cərəyanın zamanda kəsilməyən funksiyası
D) Cərəyanın diskret,gərginliyin zamanda kəsilməyən funksiyası
E) Doğru cavab yoxdur
19. Siqnalları xarakterizə edən parametrlər hansı əsas qruplara bölünür?
1.Struktur 2.İdentifikasiyaedici 3. Məlumat daşıyan 4.Məlumat mənbəyi
A) 1,2,3
B) 2 və 3
C) 1 və 2
D) 2,3,4
E) 1,3,4
20. Siqnalın sərbəstlik dərəcələrinin sayını hansı parametrlər göstərir?
A) Struktur
B) Məlumat
C) İdentifikasiyaedici
D) Xətti
E) Keçid
21. Əgər məlumat daşıyıcı parametrin mümkün olan qiymətlər çoxluğu
sayılandırsa və müəyyən hüduda malikdirsə, siqnal bu parametrə görə necə
adlanır?
A) Diskret siqnal
B) Analoq siqnal
C) Sabit analoq siqnal
D) Dəyişən analoq siqnal
E) Sinusoidal siqnal
Dostları ilə paylaş: |