239. Statik tipli operativ yaddaş qurğusu mikrosxemlərində mənbə qoşulu
olmadıqda informasiya nə qədər müddətdə qala bilər?
A) Qalmaz
B) Bir dəqiqə qalar
C) Müəyyən müddətdə
D) Uzun müddətdə
E) İstənilən müddətdə
240. Statik tipli operativ yaddaş qurğusu mikrosxemlərində mənbə qoşulu olduqda
informasiya nə qədər müddətdə qala bilər?
A) İstənilən müddətdə
B) Müəyyən şərtlənmiş məhdud müddətdə
C) Qısa müddətdə
D) Bir neçə dəqiqə
E) Doğru cavab yoxdur
241. Aşağıdakı mülahizələrdən hansı səhvdir?
Operativ yaddaş qurğularında istifadə olunan:
A) Statik MS-lər maksimum informasiya tutumuna və yüksək sürətə malikdirlər
B) Dinamik MS-lər maksimum informasiya tutumuna malikdirlər
C) Dinamik MS-lər kiçik enerji sərfiyyatına malikdirlər
D) Statik MS-lər yüksək sürətə malikdirlər
E) Dinamik MS-lər maksimum informasiya tutumuna və kiçik enerji sərfiyyatına
malikdirlər
Dostları ilə paylaş: |