256. Aşağıdakılardan hansıları təsvir səviyyəsinə uyğun olaraq verilənlərin təsviri üçün istifadə olunan dillərə aid deyil?
1. Sorğuların təsviri üçün dil
2. Obyektlərin təsviri üçün dil
3. Konseptual sxemin təsviri üçün dil
4. Daxili sxemin təsviri üçün dil
A) Yalnız 2
B) Yalnız 1
C) Yalnız 3
D) 1 və 3
E) 2 və 4
257. Aşağıdakı proqramlardan hansı VBİS deyil?
A) Acrobat Reader
B) MS Access
C) Paradox
D) Oracle
E) Datobase
258. Aşağıdakılardan hansı VB administratorunun funksiyasına aid deyil?
A) VB ilə işləmək üçün proqram təminatını yaratmaq
B) VB-nın mühafizəsi
C) VB-nın bütövlüyünün təmin olunması
D) Ehtiyat surətinin alınması və bərpa etmə
E) Dəyişikliklərin VB-yə əlavə edilməsi
259. Aşağıdakı modellərdən hansı ağacvari struktura malikdir?
A) iyerarxik
B) relyasiya
C) məntiqi
D) obyektyönlü
E) paylanmış
260. Verilənlərin relyasiya modelində nisbət nəyi bildirir?
A) cədvəli
B) informasiya obyektini
C) sütunun başlığını
D) cədvəlin sütununu
E) cədvəlin sətrini
261. Hansı ardıcıllıq daha düzgündür?
A) Aparat təminatı - Əməliyyat sistemi - Tətbiqi proqramlar - Istifadəçi
B) İstifadəçi - Əməliyyat sistemi - Aparat təminatı (hardware)- Tətbiqi proqramlar
C) Aparat təminatı - Tətbiqi proqramlar - Əməliyyat sistemi - Istifadəçi
D) Aparat təminatı - Tətbiqi proqramlar - Istifadəçi - Əməliyyat sistemi
E) Əməliyyat sistemi - Aparat təminatı - Tətbiqi proqramlar - Istifadəçi
262. Verilənlərin relyasiya modelində domen nəyi bildirir?
A) cədvəlin sütununu
B) nisbətin adını
C) informasiya obyektini
D) sütunun başlığını
E) cədvəlin sətrini
263. "İnformatika" sözü hansı sözlərin birləşməsindən əmələ gəlmişdir?
A) "informasiya" və "avtomatika"
B) "informasiya" və "informatika"
C) "metod" və "avtomatika"
D) "informatika" və "avtomatika"
E) "elm" və "avtomatika"
264. Kilobayt - ... bərabərdir.
A) 1024 bayt
B) 256 bit
C) 8 bit
D) 1000 bayt
E) 2048 kb
265. Strukturu konkret sxemə uyğun gələn verilənlər yığımına ..... deyilir.
A) Verilənlər bazası
B) Verilənlər modelləri
C) Verilənlərin strukturu
D) Modelləşdirmə
E) İnformasiya sistemləri
266. Aşağıdakılardan hansı xassələr obyekt və ya proses üzərində aparılan əməliyyatlar nəticəsində onların vəziyyətinin dəyişilməsini əks etdirirlər?
A) Dinamik
B) Statik
C) İntiutiv
D) Reversiv
E) Rekursiv
267. Aşağıdakılardan hansı model verilənlərin qraf şəkilində təsvirinə əsaslanır?
A) İyerarxik model
B) İdeal model
C) Konstruktiv model
D) İntuitiv model
E) Fiziki model
268. Relyasiya sözünün mənası nə deməkdir?
A) ingiliscə “ relation” - nisbət deməkdir
B) yunanca “relyese” – fırlanma deməkdir
C) ingiliscə “ relation” - toplama deməkdir
D) yunanca “relyese” – hərəkət deməkdir
E) yunanca “relesion” – təmizləmə deməkdir
269. ..... iki modeli özündə birləşdirir və mürəkkəb strukturlu böyük VB-lərin qurulması üçün istifadə olunur.
A) Obyektyönlü model
B) Konstruktiv model
C) İntuitiv model
D) Riyazi model
E) İyerarxik model
270. Verilənlər bazasının idarə olunması təşkilati baxımdan necə yerinə yetirilir?
A) Verilənlər bazasının administratoru tərəfindən
B) İlkin verilənlər tərəfindən
C) Verilənlərin böhran qiymətləri tərəfindən
D) Verilənlər bazasının idarəetmə sistemi tərəfindən
E) sonsuz azalan funksiya tərəfindən
271. Aşağıdakılardan hansıları VBİS-də istifadə olunan dillərə aid deyil?
A) İnformasiyanın oxunması üçün istifadə olunan dillər
B) Verilənlərin təsviri üçün dillər
C) Verilənlərlə əməliyyat aparmaq üçün dillər
D) Proqram təminatının yaradılması üçün işlədilən dillər
E) hamısı
272. Aşağıdakılardan hansıları təsvir səviyyəsinə uyğun olaraq verilənlərin təsviri üçün istifadə olunan dillərə aid deyil?
A) Konseptual sxemin təsviri üçün dil
B) Sorğuların təsviri üçün dil
C) Obyektlərin təsviri üçün dil
D) Daxili sxemin təsviri üçün dil
E) hamısı
273. Aşağıdakı funksiyalardan hansılarının yerinə yetirilməsində verilənlərin lüğəti istifadəçilərə və administratora kömək edir?
1. Istifadəçilər haqqında məlumatın əldə edilməsi
2. VB-nin yaradılmasını
3. Verilənlərdə təkrarlanmaların çoxaldılması
4. Sistemə yeni verilənlərin daxil edilməsi
A) 1, 2 və 4
B) 1, 2 və 3
C) 1, 3 və 4
D) 2 və 3
E) 1 və 3
274. Hesablama sisteminin səmərəli mühafizə mexanizminin qurulması üçün aşağıdakılardan hansıları tələb olunur?
1. Hesablama sisteminin mühafizəyə ehtiyacı olan zəif elementlərini təyin etmək
2. Hesablama sisteminin elementləri üçün təhlükələri təyin etmək
3. Mühafizə sisteminə qoyulan tələbləri formalaşdırmaq
4. Yeni informasiyanın köhnə informasiyadan fərqini araşdırmaq
5. Tələblərə cavab verən mühafizə vasitələrini və metodlarını seçmək
A) 1, 2, 3 və 5
B) 2, 3, 4 və 5
C) 1, 3 və 4
D) 1, 3 və 5
E) 2, 3 və 4
275. Aşağıdakılardan hansıları hesablama sisteminin resurslarından icazəsiz istifadə edilməyə aiddir?
1. Verilənlərdən istifadə edilmə
2. Disk yaddaşının sistem bölmələrinə təsadüfi müraciətlər
3. Proqram və aparat vasitələrində səhvlərin aşkar edilməsi
4. Sistemə həmlə etmə məqsədilə proqramların araşdırılması
A) 1 və 4
B) 1 və 2
C) 1 və 3
D) 2 və 3
E) 2 və 4
276. Aşağıdakılardan hansıları hesablama sisteminin resurslarından düzgün istifadə edilməyə aiddir?
1. Disk yaddaşının sistem bölmələrinə təsadüfi müraciətlər
2. Elektromaqnit şüalanmaların icazəsiz qeydə alınması
3. Verilənlər bazasında səhvən dəyişiyliklər edilməsi
4. Rabitə xətlərində və ötürmə sistemlərində verilənlərin ələ keçirilməsi
5. Istifadəçilərin və xidmətçi heyətin səhv hərəkətləri
A) 1, 3 və 5
B) 1, 2 və 5
C) 2, 3 və 5
D) 2, 3 və 4
E) 1, 3 və 4
277. ..... informasiyanın düzgünlüyünün və tamlığının (fiziki, məntiqi və semantik baxımdan) qorunmasını nəzərdə tutur.
A) İnformasiyanın itkilərdən mühafizə edilməsi
B) İnformasiyanın oğurlanmaqdan mühafizə edilməsi
C) İnformasiyanın köçürülməkdən mühafizə edilməsi
D) Hesablama sisteminin nasazlıqlardan və dayanmalardan mühafizə edilməsi
E) İnformasiyanın dəyişdirilməkdən mühafizə edilməsi
278. Yeni informasiya texnologiyasının neçə əsas prinsipi var?
A) 3
B) 2
C) 4
D) 5
E) 6
279. Aşağıdakılaradan hansıları informasiya istehsalının texniki vasitələrinə aiddir?
1. Aparat təminatı
2. Proqram təminatı
3. Riyazi təminat
A) Hər üçü
B) 1 və 3
C) Yalnız 2
D) Yalnız 3
E) Yalnız 1
280. İnformasiya texnologiyasının hansı səviyyəsi proqram mühitinin 1-ci səviyyəsində seçilən konkret obyektin yaradılması üçün yerinə yetirilən əməliyyatları əhatə edir.
A) 2-ci səviyyəsi
B) 1-ci səviyyəsi
C) 3-cü səviyyəsi
D) 4-cü səviyyəsi
E) 5-ci səviyyəsi
281. Aşağıdakılardan hansıları informasiya texnologiyasının növlərinə aiddir?
1. Verilənlərin emalı texnologiyası;
2. Funksiyanın qurulması texnologiyası;
3. Idarəetmənin informasiya təminatı texnologiyası.
A) 1 və 3
B) Yalnız 2
C) 1 və 2
D) Yalnız 1
E) 2 və 3
282. Verilənlər, onların aid olduğu obyektlərə görə neçə qrupa ayrılır?
A) 4
B) 3
C) 2
D) 5
E) 6
283. Aşağıdakılardan hansıları informasiya sisteminin səciyyələndiyi xassələrə aiddir?
1. İS-in qurulmasında sistemli yanaşmadan istifadə olunur
2. İS-in çıxış məhsulu qərarların qebul edilməsi üçün istifadə edilən informasiyadır
3. İS “insan-maşın” tipli verilənlərin emalı sistemidir
4. İS dinamik və inkişaf edən sistemdir
5. İS verilənlərin yaddaşa ötürülməsini təmin edən sistemdir
A) 1, 2, 3, 4
B) 2, 3, 5
C) 1, 2, 5
D) 1, 3, 4, 5
E) 2, 3, 4, 5
284. ..... məqsədi texnoloji məsələlərin həlli üçün mütəxəssisləri informasiya ilə təmin etməkdir.
A) Avtomatlaşdırılmış informasiya sistemlərinin
B) Verilənlər bazasının
C) AİS-in texnoloji prosesinin
D) Verilənlər bazasının idarəetmə sisteminin
E) İdarəetmə sistemlərində emal prosesinin
285. Mümkün təhlükələrdən asılı olaraq mühafizə neçə istiqamətdə aparılır?
A) 3
B) 2
C) 4
D) 5
E) 6
286. ... paylanmış verilənlər bazasında verilənlərin paylanmış emalını yerinə yetirir.
A) Paylanmış informasiya sistemi
B) İnformasiya sistemi
C) Paylanmış proqramlar
D) Verilənlər bazaları
E) Paylanmış verilənlər bazaları
287. Müxtəlif əlavələrin və VBİS-in bir-biri ilə başa düşülən və ziddiyətsiz işləməsi üçün nə lazimdır?
A) ODBC (Verilənlər bazası ilə açıq əlaqə)
B) SQL
C) Triqqerlər
D) Saxlanılan prosedurlar
E) Modullar
288. VB-nın relyasiya modeli nəzəriyəsinin müəllifi kimdir?
A) Edqar Kodd
B) L.Zadə
C) Niklauc Virt
D) Kristofer Deyt
E) Bill Qeyts
289. Verilənlərin vizual təqdimatı üçün qurğudur:
A) Monitor
B) Web - camera
C) Printer
D) Scanner
E) Siçan (MousE)
290. Aşağıdakılardan hansılar relyasiya verilənlər bazasında istifadə olunur?
A) Bir-biri ilə əlaqə yaradılan cədvəllər
B) Bir-biri ilə əlaqəlsi olmayan cədvəllər
C) Bütün verilənləri özündə saxlayan bir cədvəl
D) Bircins verilənlərin siyahıları
E) Bircins cədvəllər
291. Aşağidakılardan hansı ilə işləmək üçün Access tətbiq olunur?
A) Verilənlər bazası ilə
B) Qrafiklərlə
C) Riyazi formulalarla
D) Sənədlərlə
E) Web saytlarla
292. Müəyyən tətbiq sahəsinə aid olan, bir-biri ilə qarşılıqlı əlaqələndirilmiş və mərkəzləşdirilmiş idarə olunan müxtəlif verilənlər toplusu necə adlanır?
A) Verilənlər bazası
B) VB layihələndirilməsi
C) VB-nin sxemi
D) Biliklər bazası
E) VB-nin nisbəti
293. Cədvəllərarası əlaqələrin hansı növü mümkündür?
A) hamısı
B) birin-birə
C) birin- çoxa
D) çoxun-birə
E) çoxun-çoxa
294. Verilənlərin toplanması, ötürülməsi və emalı üçün metod və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin, prosesin, hadisənin vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun) alınması prosesi hansı texnologiyadır?
A) informasiya texnologiyası
B) material texnologiyası
C) internet texnologiyası
D) VBİS texnologiyası
E) heç biri
295. İnformasiya texnologiyalarının əsas komponenti hansıdır?
A) Verilənlərin və ya ilkin informasiyanın toplanması
B) Xammalın və materialların yığılması və ya hazırlanması
C) Material məhsulun istehsalı
D) İstehsal məhsullarının istehlakçıya çatdırılması
E) heç biri
296. İnformasiya texnologiyalarının əsas komponenti hansıdır?
A) Nəticəvi informasiyanın istifadəçilərə çatdırılması
B) Xammalın və materialların yığılması və ya hazırlanması
C) Material məhsulun istehsalı
D) İstehsal məhsullarının istehlakçıyaçatdırılması
E) heç biri
297. İnformasiya texnologiyalarının əsas komponenti hansıdır?
A) Verilənlərin emalı və nəticəvi informasiyanın alınması
B) Xammalın və materialların yığılması və ya hazırlanması
C) Material məhsulun istehsalı
D) İstehsal məhsullarının istehlakçıyaçatdırılması
E) heç biri
298. Material texnologiyalarının əsas komponenti hansıdır?
A) Xammalın və materialların yığılması və ya hazırlanması
B) Verilənlərin emalı və nəticəvi informasiyanın alınması
C) Nəticəvi informasiyanın istifadəçilərə çatdırılması
D) Verilənlərin və ya ilkin informasiyanın toplanması
E) heç biri
299. ..... dedikdə informasiyanı saxlayan qurğuların və daşıyıcıların fiziki oğurlanmasının, informasiyanın icazəsiz alınmasının və proqramların icazəsiz yayılmasının qarşısının alınması nəzərdə tutulur.
A) İnformasiyanın oğurlanmaqdan mühafizə edilməsi
B) İnformasiyanın itkilərdən mühafizə edilməsi
C) İnformasiyanın köçürülməkdən mühafizə edilməsi
D) Hesablama sisteminin nasazlıqlardan və dayanmalardan mühafizə edilməsi
E) İnformasiyanın dəyişdirilməkdən mühafizə edilməsi
300. VBA-nın əsas vəzifəsi nədən ibarətdir?
1. VB-ni yaratmaq
2. VB-nin yenilənməsini təmin etmək
3. İstifadəçilərin sorğularına cavabları təmin etmək
4. Sistemi mühafizə etmək
A) 1, 2 və 3
B) 1 və 4
C) 2, 3 və 4
D) Yalnız 1
E) Yalnız 4
301. Verilənlər bazasının layihələndirilməsinin ilkin mərhələsi nədən ibarətdir?
A) İlkin mərhələdə tətbiq sahəsinin informasiya baxımından tədqiqi nəticəsində verilənlər bazasına qoyulan tələblər müəyyənləşdirir və təhlil edilir.
B) İlkin mərhələdə tətbiq sahəsinin informasiya-məntiq modeli yaradılır.
C) İlkin mərhələdə modeldə tətbiq sahəsinə aid verilənlərin strukturu və onlar arasındakı əlaqələr yaradılır.
D) İlkin mərhələdə verilən informasiya texnoloji avadanlığa ötürülərək sistemi idarəetməyə başlayır.
E) İlkin mərhələdə texnoloji prosesin işçi orqnlarının ekstremumları təyin olunur.
302. ..... xassələr həmişə və ya müəyyən vaxt intervalında doğru və dəyişilməz olur.
A) Statik
B) Dinamik
C) İntiutiv
D) Reversiv
E) Rekursiv
303. ....... xarici dünya ilə uyğunlaşma və ona bizim hisslərimizin uyğunlaşma prosesində xarici dünyadan əldə edilən məzmunun işarə olunmasıdır.
A) İnformasiya
B) Verilənlər bazası
C) Modelləşdirmə
D) Rabitə kanalı
E) İnformasiya texnologiyası
304. İnformasiyanın miqdarının təyini üçün hansı metodlardan istifadə olunmuşdur?
A) Xartli və Şennon metodları
B) Xartli və Laplas metodları
C) Laplas və Şennon metodları
D) Riyazi proqramlaşdırma metodu
E) Konstruktiv metod
305. İnformasiya üzərində aşağıdakı əməliyyatlardan hansını yerinə yetirmək mümkündür?
1) Ötürmək 2) Təsvir etmək 3) Qəbul etmək 4) Çevirmək
5) Ölçmək 6) Saxlamaq 7) Yığmaq
A) Hamısını
B) Yalnız 1 və 4
C) 1, 3, 4 və 6
D) 3, 4 və 7
E) Heç birini
306. Verilənlər bazası konsepsiyası əsasında qurulan informasiya sistemlərinə ... deyilir.
A) Verilənlər bankı
B) Verilənlər bazası
C) İnformasiya sistemi
D) İnformasiya sisteminin arxitekturası
E) Paylanmış informasiya sistemi
307. Sorğular tipinə, məzmununa və verilmə tezliyinə görə neçə qrupa ayrılır?
A) 2
B) 3
C) 4
D) 5
E) 6
308. Aşağıdakılardan hansıları İS-lərinin fəaliyyət dairəsinə görə növləri sayılır?
1) Lokal sistemlər 2) Məntiqi sistemlər 3) Paylanmış sistemlər 4)İdarəetmə sistemləri
A) 1 və 3
B) 1 və 2
C) 1 və 4
D) 2, 3 və 4
E) 1, 2 və 4
309. ... tələb etdiyi verilənlərin strukturunu və tərkibini əks etdirir.
A) Xarici model
B) Fiziki model
C) Riyazi model
D) İyerarxik model
E) Məntiqi model
310. ... verilənlərin kompüterin xarici yaddaşında necə təşkil olunmasını əks etdirir.
A) Fiziki model
B) Xarici model
C) Riyazi model
D) İyerarxik model
E) Məntiqi model
311. ... paylanmış verilənlər bazasında verilənlərin paylanmış emalını yerinə yetirir.
A) Paylanmış informasiya sistemi
B) İnformasiya sistemi
C) Paylanmış proqramlar
D) Verilənlər bazaları
E) Paylanmış verilənlər bazaları
312. Paylanmış verilənlər bazasının neçə tərkib hissəsi mövcuddur?
A) 2
B) 3
C) 4
D) 5
E) 6
313. ..... server VBİS –in idarəsi altında yaradılır, təmin olunur və fəaliyyət göstərir.
A) Korporativ verilənlər bazası
B) Server verilənlər bazası
C) Fərdi verilənlər bazası
D) Kliyent verilənlər bazası
E) Proqram təminatı
314. Material texnologiyalarının əsas komponentləri hansılardır?
A) Material məhsulun istehsalı
B) Verilənlərin emalı və nəticəvi informasiyanın alınması
C) Nəticəvi informasiyanın istifadəçilərə çatdırılması
D) Verilənlərin və ya ilkin informasiyanın toplanması
E) heç biri
315. Material texnologiyalarının əsas komponentləri hansılardır?
A) İstehsal məhsullarının istehlakçıya çatdırılması
B) Verilənlərin emalı və nəticəvi informasiyanın alınması
C) Nəticəvi informasiyanın istifadəçilərə çatdırılması
D) Verilənlərin və ya ilkin informasiyanın toplanması
E) heç biri
316. İnformasiya emalı texnologiyasının əsas texniki vasitəsi …. hesab olunur.
A) fərdi kompüter
B) super kompüter
C) menfeymlər
D) EHM
E) heç biri
317. Fərdi kompüterin informasiya mühitində tətbiqi və telekommunikasiya vasitələrindən istifadə olunması informasiya texnologiyasının inkişafını yeni mərhələyə çatdırdı. Bu texnologiyası hansıdır?
A) yeni informasiya texnologiyası
B) telekommunikasiya texnologiyası
C) material texnologiyası
D) internet texnologiyası
E) heç biri
318. Yeni informasiya texnologiyasının əsas xüsusiyyətlərinin metodologiyası hansılardır?
A) Informasiyanın emalı və öturulməsi üçün yeni vasitələr
B) Informasiyanın hazırlan ması, oturulməsi,saxlanması və əks etdirilməsinin məqsəd-yönlü təşkili
C) Bütöv texnoloji sistemlər
D)VBİS metodologiyası
E) heç biri
319. İstənilən obyektin və ya prosesin xassələri ..... olurlar.
A) Statik və dinamik
B) İntiutiv
C) statik
D) İntiutiv və statik
E) dinamik
320. ..... verilənlərin təsviri vasitələrinə malik olub, verilənlər üzərində əməliyyatların aparılmasını təmin edir.
A) Verilənlər bazasının idarəetmə sistemləri
B) Verilənlər modelləri
C) İnformasiya sistemləri
D) Konseptual modelləri
E) Verilənlər bazasının informasiya sistemləri
321. Yeni informasiya texnologiyasının əsas xüsusiyyətlərinin metodologiyası hansıdır?
A) Bütöv texnoloji sistemlər
B) Informasiyanın hazırlan ması, oturulməsi,saxlanması və əks etdirilməsinin məqsəd-yönlü təşkili
C) Informasiyanın emalı və öturulməsi üçün yeni vasitələr
D) VBİS metodologiyası
E) heç biri
322. Aşağıdakılardan hansıları relyasiya modelinin əsas üstünlükləri sayılır?
1. sadəliyi.
2. proqram reallaşdırılmasının asanlığı.
3. verilənlər üzərində müxtəlif riyazi və məntiqi əməliyyatların aparılmasının mümkünlüyü.
4. güclü mühafizə sisteminə malik olması.
A) 1, 2 və 3
B) 2 və 3
C) 1 və 4
D) 2, 3 və 4
E) yalnız 4
323. Obyektyönlü model aşağıdakı modelləri özündə birləşdirir.
A) relyasiya və şəbəkə modellərini
B) relyasiya və konstruktiv modellərini
C) iyerarxik və riyazi modellərini
D) şəbəkə və konstruktiv modellərini
E) intuitiv və relyasiya modellərini
324. VBİS-in əsas komponentləri aşağıdakılardan hansılardır?
1) verilənlər bazası 2) proqram təminatı
3) linqvistik təminat 4) ilkin verilənlər
A) 1, 2 və 3
B) 1, 2 və 4
C) 2 və 4
D) 3 və 4
E) 1 və 4
325. Yeni informasiya texnologiyasının əsas xüsusiyyətlərinin metodologiyası hansıdır?
A) Informasiyanın hazırlanması, ötürülməsi, saxlanması və əks etdirilməsinin məqsədyönlü təşkili
B) Bütöv texnoloji sistemlər
C) Informasiyanın emalı və öturulməsi üçün yeni vasitələr
D) VBİS metodologiyası
E) heç biri
326. Aşağıdakılardan hansıları istifadəçi ilə sistem arasındakı dialoqa aiddir?
1. Təşəbbüskarı kənar şəxs olan dialoq;
2. Təşəbbüskarı sistem olan dialoq;
3. Təşəbbüskarı istifadəçi olan dialoq;
4. Qarışıq dialoq.
A) 2, 3 və 4
B) Heç biri
C) 1, 2 və 4
D) 1, 2 və 3
E) 1, 3 və 4
327. Aşağıdakı funksiyalardan hansılarının yerinə yetirilməsində verilənlərin lüğəti istifadəçilərə və administratora kömək etmir?
1. Istifadəçilər haqqında məlumatın əldə edilməsi
2. VB-nin yaradılmasını
3. Verilənlərdə təkrarlanmaların çoxaldılması
4. Sistemə yeni verilənlərin daxil edilməsi
A) Yalnız 3
B) 1 və 4
C) Yalnız 1
D) 2 və 4
E) 1 və 3
Dostları ilə paylaş: |