462. Kompüterdə .................. müasir informasiya texnologiyasının ilk pilləsini təşkil edir.
A) riyazi modelləşdirmə və hesablama sınağı
B) Maddi modelləşdirmə
C) Maddi və riyazi modelləşdirmə
D) Maddi modelləşdirmə və hesablama sınağı
E) heç biri
463. Aşağıdakılardan hansı kompüterdə texnoloji məsələlərin həlli mərhələsi deyil?
A) Hamısı aiddir
B) Ədədi həll üsulunun işlənməsi
C) Verilənlərin strukturunun və alqoritmin işlənməsi
D) Modelin riyazi təhlili
E) Məsələnin qoyuluşu
464. Bu mərhələdə obyekt və onun elementlərini əlaqələndirən əsas aslılıqların strukturu öyrənilir. Söhbət kompüterdə texnoloji məsələlərin həllinin hansı mərhələsindən gedir?
A) Məsələnin qoyuluşu
B) Modelin riyazi təhlili
C) Nəticələrin təhlili və onların tətbiqləri
D) Alqoritmin kompüter dilində reallaşdırılması
E) Ədədi həll üsulunun işlənməsi
465. Bu mərhələdə texnoloji problem konkret riyazi aslılıqlar və münasibətlər (funksiyalar, tənliklər, bərabərsizliklər və s.) şəklində ifadə olunur. Söhbət kompüterdə texnoloji məsələlərin həllinin hansı mərhələsindən gedir?
A) Riyazi modellərin işlənməsi
B) Məsələnin qoyuluşu
C) Nəticələrin təhlili və onların tətbiqləri
D) Alqoritmin kompüterdə dilində reallaşdırılması
E) Ədədi həll üsulunun işlənməsi
466. Bu mərhələdə sırf riyazi tədqiqat üsulları ilə modelin və onun həllərinin ümumi xassələri aşkarlanır. Söhbət kompüterdə texnoloji məsələlərin həllinin hansı mərhələsindən gedir?
A) Modelin riyazi təhlili
B) Məsələnin qoyuluşu
C) Nəticələrin təhlili və onların tətbiqləri
D) Alqoritmin kompüter dilində reallaşdırılması
E) Ədədi həll üsulunun işlənməsi
Dostları ilə paylaş: |