469. Kompüterdə texnoloji məsələlərin həllində proqramın sazlanması, testlənməsi və sınağı mərhələsində əsas məqsəd nədir?
A) Məqsəd proqramın nəzərdə tutulan məsələni həll etdiyinə və istənilən şərtlərdə düzgün cavablar alındığına yəqinlik hasil edilməsidir
B) Məqsəd verilənlərin çıxış qurğusuna ötürülməkdir
C) Məqsəd proqramın nəzərdə tutulan qrafikin qurulmasına yəqinlik hasil edilməsidir
D) Məqsəd proqramlaşdırma mərhələsinə qədər alqoritmin məntiqi cəhətdən düzgünlüyünə əmin olmaqdır
E) heç biri
470. Bu mərhələdə kompüterdə proqramda nəzərdə tutulan bütün əməliyyatları yerinə yetirir və nəticələri displeyin ekranına yaxud çapa verir. Söhbət kompüterdə texnoloji məsələlərin həllinin hansı mərhələsindən gedir?
A) kompüterdə məsələnin həlli
B) Məsələnin qoyuluşu
C) Nəticələrin təhlili və onların tətbiqləri
D) Alqoritmin kompüter dilində reallaşdırılması
E) heç biri
471. Bu mərhələdə modelin adekvatlığı yoxlanılmalıdır, modelin strukturunun düzgünlüyü, model əsasında alınan verilənlərin əvvəlki prosesə uyğunluğu müəyyənləşdirilməlidir. Söhbət kompüterdə texnoloji məsələlərin həllinin hansı mərhələsindən gedir?
A) Nəticələrin təhlili və onların tətbiqləri
B) Kompüterdə məsələnin həlli
C) Məsələnin qoyuluşu
D) Alqoritmin EHM dilində reallaşdırılması
E) heç biri
Dostları ilə paylaş: |