96. Model və modelləşdirmə hansı vacib istiqamətlərdə tətbiq olunur?
A) öyrənmə, dərkolunma, proqnozlaşdırma, idarəetmə, avtomatlaşdırma
B) dəqiqləşdirilmə
C) modifikasiya
D) nəticələrin analizi
E) səbəb-nəticə əlaqələrinin ayırd edilməsi
97. Aşağıdakıların hansı xətti modelin funksional ifadəsidir?
A) M = M (X ,Y, A)
B) Q=kx
C) y=f(x)
D) y=f(x)+k
E) A=fx2
98. Xətti modelin funksional ifadəsində X nəyi ifadə edir ?
A) girişləri
B) çıxışları
C) sistemin vəziyyətləri çoxluğunu
D) dəyişənləri
E) sabitləri
99. Xətti modelin funksional ifadəsində Y nəyi ifadə edir?
A) çıxışları
B) sistemin vəziyyətləri çoxluğunu
C) girişləri
D) dəyişənləri
E) sabitləri
100. Xətti modelin funksional ifadəsində A nəyi ifadə edir?
A) sistemin vəziyyətləri çoxluğunu
B) çıxışları
C) dəyişənləri
D) sabitləri
E) girişləri
101. İdentifikasiya nə deməkdir ?
A) riyazi modelin nəzarətlərin nəticələrinə görə qurulması məsələsinin həlli
B) müxtəlif vəziyyətlərdə sistemin vəziyyətini təyin edən təcrübi verilənlərin həlli
C) statik vəziyyətdə sistemin vəziyyətini təyin edən təcrübi verilənlərin həlli
D) dinamik vəziyyətdə sistemin vəziyyətini təyin edən təcrübi verilənlərin həlli
E) sistemin vəziyyətləri çoxluğunun həlli
Dostları ilə paylaş: |