244. Hansı modellər nəzəri - çoxluq modeli adlanır?
A) model hər hansı çoxluqlar və onlara aid olan, onlar arasındakı münasibətlərlə təqdim olunur
B) model sistemin davranışını müəyyən zaman kəsiyinin bütün anlarında təsvir edir
C) model hər hansı funksional asılılıqlar sistemi kimi təqdim olunur
D) model predikatlarla, məntiqi funksiyalarla təqdim olunmuşdur
E) modelin hər bir giriş parametr yığımına tam müəyyən olunmuş çıxış parametrlər yığımı uyğun gəlir
245. Hansı modellər kəsilməz model adlanır?
A) model sistemin davranışını müəyyən zaman kəsiyinin bütün anlarında təsvir edir
B) modelin təsvirində iştirak edən parametrlər arasında müvəqqəti parametr yoxdur
C) model sistemin davranışını ancaq diskret zaman anlarında təsvir edir
D) model obyektin mümkün inkişaf yollarının və davranışının modelin bəzi və ya bütün parametrlərinin şəklini dəyişmək yolu ilə öyrənilməsi və ya sınağı üçün nəzərdə tutulmuşdur
E) modelin təsvirində iştirak edən parametrlər arasında müvəqqəti parametr var yəni, o, sistemi (sistemdəki prosesləri) zamana görə əks etdirir
Dostları ilə paylaş: |