Qrup: İbt 2101 b ixtisas: İbtidai sinif müəllimi



Yüklə 367,84 Kb.
tarix30.04.2023
ölçüsü367,84 Kb.
#126110
növüDərs
oxu təlimi-zəminə1

Qrup: İBT 2101 B

İxtisas: İbtidai sinif müəllimi

Fakültə: Humanitar və sosial elmlər

Fənn: Oxu təliminin metodikası

Müəllim: Elza Babayeva

Tələbə: Zəminə İslamova

Mövzu: Nağılların oxusu üzrə işin metodikası


Oxu təlimi

Dərs planı:


Plan:

Dərs planı:

1. Şagirdlərin dünyagörüşünün genişləndirilməsində nağılların rolu.

2. Şagirdlərin təfəkkür və yaradıcı fantaziyalarının inkişafına nağılların təsiri

3. Nağılların oxusu üzrə işin təşkili metodikası


Nağıllar quruluşuna görə hekayələrə yaxındır. Hekayədə olduğu kimi nağıllarda da ideya, iştirak edən şəxslər vardır. Hər xalqın tarixi nağıllarda öz obrazlı əksini tapıb. Nağıllar hər bir xalqın dünya görşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir, lakin nağıllarda reallıqdan uzaq həyata uyğun olmayan gəlməyən, fantastik hadisələr, əşyalar vardır.
Kiçik yaşlı məktəblilərlə aparılan tərbiyə işlərində nağıllardan-bu böyük sərvətdən səmərəli istifadə etmək olduqca faydalıdır. Biz nağıllar vasitəsi ilə babalarımızın məişəti, adət və ənənəsi, istifadə etdikləri əmək alətləri, geyimləri, qab-qacaqı, oyuncaqları və oyunları ilə tanış oluruq.
Nağıllar
Müəllifli
xalq
Nağılların formasına görə növləri.

Nağılların oxusu üzrə işin təşkili metodikası


Savad təlimindən sonrakı dövrdə oxu vərdişlərinin inkişaf etdirilməsi baxımından nağılların oxusu vacib sayılır.
Nağılların oxusunda diqqətdə olan məsələlər:
    • nağıllar şifahi nitqə əsaslanır;
    • nağıl nağıletmə üçün nəzərdə tutulmuşdur;
    • nağılların özünəməxsus dil xüsusiyyətləri vardır;
    • nağılların oxusunda səhnələşdirmə elementlərindən istifadə maraq doğurur;
    • nağıllarda oxunun necə aparılması vacib şərtdir;
    • nağılın ifadəli oxusu keyfiyyətli oxunun açarıdır;
    • nağıletmə və oxu zamanı dinləyici ilə sıx ünsiyyət zəruridir.

Nağıllar oxunarkən müəllim aşağıdakıları nəzərə almalıdır:

  • Nağıllar üzərində iş real hadisələrin təsvir olunduğu hekayələrlə iş kimi aparılmalıdır. Nağıllarda əfsanələrin, insanların arzu və istəklərinin öz əksini əfsanə, fantastika şəklində tapması şagirdlərə çatdırılmalıdır. Heyvanların, quşların insanla danışa bilməsi, divin, əjdahanın olması nağılın maraqlı cəhətlərindən biri kimi təqdim olunmalıdır.


  • Nağıllarda bir çox əfsanələrin indi həqiqətə çevrilməşi, sehirli güzgünün televizor, uçan xalçanın təyyarə və s. olması şagirdlərin nəzərinə çatdırılır.


  • Nağıllardakı qəhrəmanların xarakter əlamətlərini müəyyənləşdirmək məqsədi ilə açıq suallardan istifadə edilməlidir. Məsələn, “Nə üçün ögey ana göyçək Fatmaya zülm edir?” Bu suala cavab verərkən şagirdlər müxtəlif fərziyyələr söyləyirlər. “Ögey anadır”. “Paxıldır”. “Ayrı seçkilik edir”. “Öz qızının xoşbəxt olmasına, Fatmanın isə bədbəxtliyinə çalışır”. ġagirdlər ögey ananı mənfi obraz kimi qiymətləndirirlər.

Bir gün Göyərçin çay qırağına su içməyə getmişdi. Gördü ki, suya bir Qarışqa düşüb çapalayır. Göyərçin tez onun köməyinə gəldi. Dimdiyinə yarpaq alıb suya atdı. Qarışqa yarpaqdan yapışıb sahilə çıxdı.
O, Göyərçinə dedi:
- Məni ölümdən qurtardın. Bir gün olar, mən də sənə kömək edərəm.
Göyərçin Qarışqanın sözünə güldü:
Sən çox balacasan...
Həmin vaxtdan xeyli keçmişdi. Göyərçin yuvasında oturmuşdu. Bir ovçu kolların arxasında gizlənmişdi. O, Göyərçini ovlamaq istəyirdi. Bunu görən Qarışqa ovçunun üstünə dırmaşdı. Yavaş-yavaş boynuna doğru qalxdı. Ovçu tüfəngini qaldıranda Qarışqa onun boynundan bərk dişlədi. Tüfəng ovçunun əlindən yerə düşdü. Göyərçin uçub canını qurtardı. O, Qarışqaya dedi:
- Bağışla, dost...
GÖYƏRÇİN VƏ QARIŞQA
Yüklə 367,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin