Qrupun anti-korrupsiya siyasəTİ



Yüklə 17,17 Kb.
tarix21.10.2017
ölçüsü17,17 Kb.
#8850
növüQaydalar

Hazırlandı Səhifə sayı

Mikaela Ahlberq 1 (3)


Təsdiq edildi Təhlükəsizlik

TeliaSonera İB İdarə Heyəti İctimai


Tarix Reviziya No No

2014-02-06 2.0 T 5086-13, Uen

_____________________________________________________________________________________


QRUPUN ANTİ-KORRUPSİYA SİYASƏTİ

TeliaSonera yüksək biznes davranış qaydalarına riayət edir. Biz, şirkətimizin Etika və Davranış Kodeksinə əsaslanaraq, məsuliyyətli fəaliyyət göstəririk. Biz fəaliyyət göstərdiyimiz bütün ölkələrin hüquqi tələbləri çərçivəsində hərəkət edərək sağlam rəqabət və etik normalara uyğun azad və ədalətli ticarətin həyata keçirilməsinin tərəfdarıyıq.

TeliaSonera-nın rüşvət və korrupsiyaya qarşı bəyanatı bəllidir:

• TeliaSonera heç bir formada rüşvət və ya korrupsiyanın yol verilməsini qəbul etmir.

• TeliaSonera şirkətlər qrupunda hər hansı dəyərli bir təklifin və ya biznesin əldə edilməsi, və ya saxlanılması, və ya verilən qərarlara təsir etmək, və ya mükafatlandırmaq məqsədilə heç bir halda rüşvətin təklif edilməsinə, izn verilməsinə və təqdim edilməsinə yol verilmir.

• TeliaSonera şirkətlər qrupunda vəzifə öhdəliklərimizə zidd olan və ya ola biləcək hər hansı bir hal, maraq və ya şəraitə yol verilmir.



Məqsəd

TeliaSonera rəhbərlik etdiyi şirkətlərdə çalışan hər bir işçisindən biznes fəaliyyətimizin həyata keçirilməsi yolu olaraq bu Siyasətə riayət etməsi gözlənilir.

Biz, həmçinin, TeliaSonera-nın mülkiyyət maraqları daşıyan bütün fəaliyyət sahələrində bu Siyasət üzrə prinsiplərin tətbiq edilməsi istiqamətində çalışırıq.

Vəzifə və Öhdəliklər

Bütün TeliaSonera işçilərindən bu Siyasətlə yaxından tanış olmaq, dərk etmək və ona riayət etmək tələb olunur. Hər bir işçi bu Siyasətə uyğun davranması üzrə məsuliyyət daşıyır, narahatlıqlarını açıq bildirmək və nümunəvi təcrübələri xüsusi qeyd etməyə təşviq olunur.

Birbaşa rəhbər rəhbərliyi altında çalışan hər bir qrup üzvünün bu Siyasət, ona dair Təlimat və Rəhbər Prinsipləri əldə edə biləcəyindən əmin olmalıdır və bu üzrə cavabdehlik daşıyır. Birbaşa rəhbər, həmçinin, rüşvət və korrupsiyanın qarşısının alınması və aşkar edilməsi üzrə lazımi tədbir və daxili nəzarətin olmasından əmin olmalıdır və bu üzrə cavabdehlik daşıyır.

Hər bir rəhbərin vəzifə öhdəliyinə Qrupun Etika və Uyğunluq idarəsinin dəstəyi ilə anti-korrupsiya məsələsinin gündən günə gücləndirilməsi, müntəzəm məlumat və təlimlərin verilməsi, o cümlədən, riayət olunmasına nəzarət edilməsi daxildir.

TeliaSonera İB (məqalə)

Korrupsiya

Etibar edilmiş səlahiyyətdən şəxsi mənfəət üçün sui-istifadə deməkdir.



Rüşvət

İşçini öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə hər hansı nəlayiq addım atmasına şövq etmək məqsədilə maliyyə güzəştlərinin və sair imtiyazların təklif, təmin, xahiş, izn, qəbul və ya əldə edilməsidir. Rüşvət yalnız pul vəsaitini nəzərdə tutmur.

Heç bir TeliaSonera əməkdaşı, üçüncü şəxslərin vasitəçiliyi daxil olmaqla, hər hansı “rüşvət” təklif, təqdim və ya qəbul edə bilməz.

Həmçinin korrupsiya xarakterli maddi vəsaitin digər tərəflərə təklif olunması qəti qadağandır. Korrupsiya riski daşıyan hər hansı halların qarşısını almaq məqsədilə müvafiq tədbirlər görülməlidir ki, üçüncü tərəf hesab olunan agentliklərə, tərəfdaşlara, vendor şirkətlərə və məsləhətçilərə ödənilən pul vəsaiti korrupsiya məqsədilə istifadə olunmasın.



Maraqların toqquşması

Maliyyə və ya digər şəxsi maraqların işçinin peşəkar rəyinə, yaxud onun peşəkar fəaliyyətinə təsir etməsi və ya təsir etmiş kimi görünməsidir.

Bütün TeliaSonera işçilərindən hər zaman TeliaSonera-nın üstün maraqlarına uyğun şəkildə davranmağı və şəxsi marağın təsirinə məruz qalmadan sağlam qərarların verilməsi tələb olunur.

Yardımcı Ödənişlər

Yardımcı ödənişlər gündəlik prosedurların icra edilməsi və icrasının tezləşdirilməsi məqsədilə dövlət məmurlarına təqdim olunan ödəmələrdir. Bütün işçilərə bu kimi yardımcı ödənişlərin təqdim və ya qəbul edilməsi qadağandır.



Hədiyyələr və Qonaqpərvərlik

TeliaSonera-nın işçiləri tərəfindən hər hansı işğüzar qonaqpərvərlik və ya hədiyyə təkliflərinin qəbul edilməsinə onların yalnız bəlli biznes məqsədi daşıdığı və biznes münasibətlərinə uyğun şəkildə həyata keçirildiyi halda yol verilə bilər.

Biz hər hansı qərarın qəbul edilməsinə təsir və ya təşviq edən hədiyyə, ödəmə və ya qonaqpərvərliyi nə təklif, nə də qəbul edirik. Biznes qonaqpərvərliyi və hədiyyələr yalnız yerli qanunvericiliyə və bu Siyasətə, buna dair Təlimata və qaydalara müvafiq şəkildə və şəraitdə təklif və ya qəbul olunmalıdır.

Sponsorluq və İanələr

Rüşvət hesab edilə biləcək siyasi ödəmələr və ya xeyriyyəçilik və ya sponsorluğa yol verilmir.

TeliaSoneraya məxsus Qrupun Sponsorluq və Siyasi İanələr Siyasəti şirkətin korporativ xeyriyyəçilik istiqamətində gördüyü tədbirləri müəyyən edir – xeyriyyə ianələri, ictimai layihələr, tərəfdaşlarla münasibətdə həyata keçirdiyi qrantlar və sponsorluq.

Üçüncü Tərəflər

Üçüncü tərəflərlə – tərəfdaşlar, təchizatçılar və agentlərlə- əməkdaşlıqda ehtiyatlı olmaq tələb olunur. Xüsusi qırmızı bayraqlar araşdırılır və üçüncü tərəflərlə münasibətdə rüşvət və korrupsiya riskinin qarşısının alınması və ya aradan qaldırılması məqsədilə lazımi tədbirlər görülür.

TeliaSonera-da satınalma üzrə bütün fəaliyyət satınalmaya dair əsas prinsiplər, təchizatçıların seçimi və öhdəliklərin bölünməsindən bəhs edən Qrupun Satınalma Siyasətinə uyğun şəkildə həyata keçirilməlidir.

Bütün alqı-satqı TeliaSonera-nın M&A adlı kitabçasına müvafiq olaraq həyata keçirilir ki, bu da lazımi tədbirlərin əsas prinsiplərindən və anti-korrupsiya üzrə mövcud prosedurlardan bəhs edir.



Qeydlərin aparılması

Biz düzgün və şəffaf şəkildə qeydlər aparırıq. Buraya həyata keçirilən fəaliyyətin məqsədi və əsasını əks etdirən hədiyyələr, qonaqpərvərlik, sponsorluq və ianələr haqqında qeydlər aparılır. Biz, həmçinin, lazımi təsdiq sənədlərinin və üçüncü tərəflərin təsdiqlərinə dair qeydlər aparırıq.



Pozuntular zamanı məlumatlandırma

Etika və Davranış Kodeksi və ya bu Siyasətin pozuntusundan şübhələnən hər hansı TeliaSonera işçisini öz birbaşa rəhbərinə, Etika və Uyğunluq İdarəsinə bu haqda açıq bildirməyə və ya Danış kanalından istifadə etməklə məsələ qaldırmağa səsləyirik.



TeliaSonerada bütün işçilərimizin təhlükəsizliyini yüksək dərəcədə qorumaq üçün əlimizdən gələni əsirgəmirik.

Korrupsiya və ya rüşvət kimi qiymətləndirilən hər hansı hərəkət və ya davranış dərhal aradan qaldırılmalı, haqqında hesabat verilməli və nizam-intizam tədbirləri görülməlidir.
Yüklə 17,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin