Müştərinin WEB səhifəsinə inteqrasiya olunur və online şəkildə daxil olan bütün müraciətlər satış mütəxəssisinə və ya operatorların işçi panelində əks olunur. Ziyarətçi qismində ilkin dialoqa qoşulan müştərini lazım gələrsə kontakt məlumatları alınaraq Müştəri Məlumat Bazasına əlavə etmək mümkündür. Həmin tip müştərilərin mənbəyi avtomatik olaraq online müraciət kimi qeydə alınır və arxivləşir. Daxil olmuş bütün müraciətlər üzrə axtarış etmək imkanı olur və istənilən vaxt tarixçəyə qayıtmaq və operator-müştəri dialoqunu nəzərdən keçirmək mümkündür.