Qısa Məlumat Modul və funksionallıq



Yüklə 23.75 Kb.
tarix19.06.2018
ölçüsü23.75 Kb.

Qısa Məlumat

Modul və funksionallıq

Bu alət vasitəsilə pontensial müştərilər haqqında geniş məlumat toplaya biləcəksiniz. Müştərilərin profillərinə görə sektora, seqmentə və fəaliyyət növlərinə bölərək, məsul şəxslərin əlaqə nömrələri, internet resurslarında aktivlik səviyyəsi və sair məlumatları məlumat bazasına daxil edilir. Yeni müştəri haqqında məlumatları daxil etmək mümkündür. Digər fayllarda toplanmış müştəri bazasını bir dəfəlik ümumi müştəri bazasına əlavə etmək funksiyası var, periodic olaraq siyahını yeniləmək imkanı olacaq. Müştəri bazasından individual və kütləvi seçim əsasında müştəriləri Call Centre və ya Əməliyyat Mərkəzinə yönləndirmək mümkündür. Bazada mövcud istənilən müştərinin profilinə anında daxil olub onun haqqında aparılmış qeydiyyat məlumatına və tarixçəsinə baxmaq mümkündür. Müştəri haqqında daxil edilmiş məlumatlara əsasən istənilən kriteriyalar üzrə axtarış və filterləmə(çeşidləmə) mümkündür.

ProCRMMüştəri Məlumat BazasıMüştəri Bazasının yaradılması

Müştəri bazasının bölgüsü-

Yeni müştərilər-Aktiv müştərilər-Potensial müştərilər-Passiv müştərilər-Köhnə müştərilər



Yeni müştərilərin əlavə olunması-Proqrama sıfırdan daxil edilməsi-Kənardan yükləmə yolu ilə-Zəng mərkəzindən birbaşa daxil edilməsi

Müştəri bazasının filterləmə və çeşidlənməsi, axtarış sistemi-

Adı və Soyadı-Şirkət, Müəssisə adı-Müştəri tipi-Müraciət tipləri-Müraciətin mənbəyi və s.



Hər bir müştəri ilə hər bir alqı-satqı əməliyyatı qeydə alınır. Onun tarixi, həcmi və dəyəri qeydə alınır. Müştərinin əldə etdiyi məhsul ilə bağlı təklif və şikayətlər qeydə alınır. Bu məlumat satış personalı tərəfindən gündəlik olaraq təhlil olunur, təklif və iradlar nəzərdən keçirilir və müştəri üçün daha maraqlı və sərfəli təkliflər hazırlanır.Müştəri əməliyyat mərkəzində hər bir satış nümayəndəsi əlaqədə olduğu müştərilərin siyahısını görür. Əməliyyat mərkəzinin ana səhifəsindən birbaşa əməliyyatlar(sms, email, zəng etmək, görüş təyin etmək və s.) həyata keçirmək mümkündür. Ana səhifədə həmçinin istifadəçi(satış nümayəndəsi) ümumi satış məbləği, ödənilmiş məbləğ və qalıq borclar haqqında əks olunmuş məlumatı görür. Hər biri üzrə detallı məlumatı İnformation işarəsinin üzərinə tıklamaqla əldə edir. Bundan əlavə Cari görüləcək işlərin siyahısı, özünün satış varonkası və əməliyyatlar tarixçəsinə ani keçidlər etmək üçün düymələr mövcuddur. Əlaqədə olduğu müştəriləri çeşidləmək üçün müxtəlif alətlər(müştərilər, məhsul, cari mərhələ, hesab, satış qaiməsi, passivlik dövrü, sərf olunan müddət, son əməliyyatlar, seqment, fəaliyyət sahəsi və s.) mövcuddur.Hər bir müştərinin hesabına(account) daxil olmaq və həmin müştəri ilə qurulmuş əlaqənin vəziyyəti haqqında dərhal informasiya almaq mümkündür. Hesaba daxil olduqdan sonra müştəri ilə əlaqəli həyata keçirilmiş əməliyyatlar, ödənişləri və borcları, əlaqənin cari mərhələsini görmək mümkündür. Həmçinin həmin hesabın daxilindən birbaşa olaraq müştəriyə sms, email, zəng oluna bilər. Hesaba daxil olduqdan sonra müştəri üçün qiymət təklifi və müqavilə əlavə etmək imkanı var. Edilmiş bütün əməliyyatların tarixçəsi, mətn varsa, mətni, zəng edilibsə, səs yazısı hesaba yazılır.

ProCRMMüştəri Əməliyyat MərkəziMüştəri hesabları-Yeni-İcrada-Dondurulmuş-YekunlaşmışƏməliyyatlar(Real və Virtual)-SMS-Email-Zəng-Görüş-Satış-Qiymət təklifi-Müqavilə-ÖdənişMərhələlər(Müştərinin fəaliyyət sahəsinə uyğun dəyişdirilə bilər)-Əlaqə-Qiymət təklifi-Müqavilə-Satış-YekunFilterləmə və çeşidlənmə, Axtarış sistemi-Müştəri-Məhsul-Cari Mərhələ-Status-Passivlik müddəti-Seqment-Son əməliyyat-Növbəti işin təyin olunması

Müştərilərə verilmiş qiymət təkliflərinin qeydiyyatı aparılır, qiymət təklifləri hazırlanır, qiymət təklifi subordinasiya üzrə təsdiqlənir, düzəliş, dəyişiklik və əlavələr edilir. Hər bir satış nümayəndəsi hazırladığı qiymət təkliflərinin təsdiqlənmə mexanizmi üzrə statuslarını izləyə bilir, Rəhbər şəxslər isə ümumilikdə bütün qiymət təkliflərinə nəzarət edir. Verilmiş qiymət təklifləri üzrə müştəriyə, satış nümayəndəsinə, tarix və statuslarına görə həm axtarış, həm də çeşidləmək mümkündür. Bütün qiymət təklifləri avtomatik arxivləşdirildiyindən istənilən vaxt lazımi qiymət təklifini seçib sənəd formasında baxmaq mümkündür

ProCRMQiymət təklifləri-Qiymət təklifinin hazırlanması-Qiymət təklifinin təsdiqlənməsi-Təkliflər üzrə axtarış-Təkliflərin statusları və s.

Müştərilərlə bağlanmış müqavilələrin qeydiyyatını aparmaqla müqavilələrin qüvvədə olduğu müddətdə, onlar üzrə ödənişlərə və ödəniş şərtlərinə nəzarət etmək olur. İstənilən an müqavilələr üzrə cari statusları əldə etməklə müştəri münasibətlərini daim nəzarətdə saxlamaq imkanı verir.

ProCRM
Müqavilə qeydiyyatı
-Müqavilənin əlavə olunması
-Müqavilənin qeydiyyatdan keçirilməsi
-Müqavilələrin təsdiqlənməsi
-Müqavilənin şərtlərinə uyğun ödənişlərin izlənilməsi
-Müqavilələr üzrə axtarış

Məhsulların təqdimatı, təklif və müqavilələrin şərtlərinin razılaşdırılması və sair müştəri tərəfindən keçirilən görüşləri sistemə qeyd edərək daha dəqiq planlaşdırmanı həyata keçirmək imkanı yaradır. Görüşlərlə bağlı arayışlar və müştəri münasibətlərinin son statusu görüşdən sonra sistemə daxil edilir və bununla da aparılan işlərin mahiyyəti şəffaf şəkildə əks olunur.
Müştəri ilə keçirilmiş görüşlərə sərf olunan vaxtlar əvvəlcədən təyin olunur, kənara çıxmalar olduqda səbəbi qeyd olnur. Call Centre operatorları satış nümayəndələrinin cədvəlinə uyğun görüşləri əlavə edir, bu zaman satış nümayəndəsi görüşüləcək şəxsin məlumatlarını avtomatik görür, öz növbəsində təsdiq, imtina, düzəliş etmək mümkündür.

ProCRM
Müştərilərlə görüşlər
-Görüşlərin təyin olunması
-Görüşlərin təsdiqlənməsi
-Görüşlərin statusu
-Görüşlərin müxtəlif kriteriyalar üzrə çeşidlənməsi
-Görüş vaxtının təyini
-Məsul və iştirakçı şəxslərin təyini və s.

Müştərinin WEB səhifəsinə inteqrasiya olunur və online şəkildə daxil olan bütün müraciətlər satış mütəxəssisinə və ya operatorların işçi panelində əks olunur. Ziyarətçi qismində ilkin dialoqa qoşulan müştərini lazım gələrsə kontakt məlumatları alınaraq Müştəri Məlumat Bazasına əlavə etmək mümkündür. Həmin tip müştərilərin mənbəyi avtomatik olaraq online müraciət kimi qeydə alınır və arxivləşir. Daxil olmuş bütün müraciətlər üzrə axtarış etmək imkanı olur və istənilən vaxt tarixçəyə qayıtmaq və operator-müştəri dialoqunu nəzərdən keçirmək mümkündür.

ProCRMOnline müraciətlər-WEB səhifə ilə inteqrasiya-Satış mütəxəssisinin CRM üzərindən birbaşa sualların cavablandırması-İstiqamət üzrə yönəldilməsi-Online müraciətdən daxil olan müştəri məlumatlarının Müştəri Məlumat Bazasına əlavə olunması-Tarixçə

Hər bir satış nümayəndəsi və Call Centre operatoruna hər birinin fəailiyyət sahəsinə uyğun hədəflər təyin etmək və həmin hədəflərin yerinə yetirilib-yetirilməsinə görə bonus və xallar sistemini tətbiq etmək mümkündür. Hədəflər həm ediləcək əməliyyatlar, həm də nəticələr üzrə də təyin oluna bilər. Müxtəlif kriteriyalar üzrə istənilən kombinasiyalarda axtarış verib əldə olunan nəticəni operatorlar və satış nümayəndələri arasında avtomatik bölmək olar. Hər bir istifadəçi özünün səhifəsində hədəfinin statusunu və vəziyyətini görə bilir.

ProCRM
Hədəf sistemi
-Əməliyyatlar üzrə hədəflər
-Keçirilmiş görüşlər üzrə hədəflər
-Zənglər və email ilə bağlı hədəflər
Xallar(bonuslar) sistemi
-Əməliyyatlar üzrə xallar
-Nəticələr üzrə xallar və s.

Geniş və dolğun hesabat sistemi müştərilərlə aparılan əməliyyatları və mövcud statuslar haqqında statistik
məlumatları əldə etmək imkanı verir. Eyni zamanda bu məlumatların qrafik (vizual) formada əks edilməsi onun qavranması və təhlilini asanlaşdırır. Əldə olunmuş nəticələr aydın şəkildə təsvir olunmaqla yanaşı həm də müxtəlif göstəricilərin müqaisəsini aparmaq imkanı verir. Sistem satış personalının hədəflərinə nəzarət edir və yayınmalar barəsində bildirişlər göndərir.

ProCRM_Reports
Hesabatlar
-Müştəri məşğulluğu
-Müştəri əməliyyatları
-Xal və hədəflər hesabatı
-Müqavilələr hesabatı
-Online müraciətlər hesabatı
-Mərhələlər üzrə hesabatlar
-Müştəri mənbələrinin hesabatı
-Qrafik hesabatlar


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə