Qubadlı rayon mks-nin 2016-cı IL üçün iş plani



Yüklə 112,11 Kb.
tarix17.01.2017
ölçüsü112,11 Kb.
#567
Qubadlı rayon Mədəniyyət və Turizm Şöbəsi




Qubadlı rayon MKS-nin

2016-cı il üçün iş

PLANI

Qubadlı 2016

Təsdiq edirəm:

Qubadlı rayon Mədəniyyət və Turizm

şöbəsinin müdiri: İ. Əhmədov

G İ R İ Ş
Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 2016-cı ildə cəmiyyətdə gedən informasiyalaşdırma prosesi, yeni texnologiyaların kitabxana işinə tətbiqi,onun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməyi qarşıya məqsəd qoyur. Hər bir şöbə, hər bir kitabxanaçı informasiya-kommunikasiya texnologiyalarının köməyilə müxtəlif formada sənədlərlə işləməyi bacarmalı, kitabxanasının fondunu yeni ədəbiyyatla və oxucu sorğuları əsasında müntəzəm olaraq komplektləşdirməlidir. ”Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf konsepsiyasında nəzərdə tutulmuş müddəalara uyğun olaraq Qubadlı rayon MKS-i öz işini planlaşdırır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 oktyabr tarixli 162 saylı Sərəncamı ilə təsdiq edilmiş yeni ştat və struktur cədvəlinə uyğun olaraq MKS-nin şöbələrinin işini planlaşdıraraq Sumqayıt şəhər 28 may Mədəniyyət evində yerləşməklə Qubadlı rayon əhalisinə kitabxana xidmət etməkdədir. 2016-cı ildə kitabxana işinə yeni tətbiq olunmuş ALİSA proqramının işimizdə tətbiqinə çalışacağıq.

Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 2016-cı ildə də öz fəaliyyətini yenidən qurmağı onun vahid bir sistem kimi daha sıx şəkildə işləməsini təmin etməyi qarşısına məqsəd qoyaraq “Azərbaycan Respublikasının kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə Dövlət Proqramının təsdiqi ilə əlaqədar” öz işini yekunlaşdırmış və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 2016-cı ilin “Multukulturalizm ili” elan olunmasını rəhbər tutaraq öz işimizi bu istiqamətdə qurmağa çalışacağıq.

Vahid, dəqiq uçot sisteminin yaradılması, əmək intizamının möhkəmləndirilməsi, kitabxana işçilərinin yenidən hazırlanma kurslarında hazırlıq səviyyəsinin yüksəldilməsi, kitabxanaya göstərilən metodiki köməkliyin səviyəsinin kökündən yaxşılaşdırılması, kitabxananın təhcizat işinin yaxşılaşdırılması istiqamətində iş aparılmasını planlaşdırır. Qabaqcıl işçilərin mükafatlandırılması, ehtiyacı olanlara qismən həmkarlar komitəsi və rəhbərlik tərəfindən köməklik göstərilməsi üçün tədbirlər həyata keçirmək nəzərdə tutulur.

2016-cı ildə Kitabxananın metodiki mərkəz funksiyasının gücləndirilməsi, metodiki və biblioqrafik məktubların, tövsiyə ədəbiyyat siyahısının hazırlanıb aidiyyatı yerlərə göndərilməsi daima diqqət mərkəzində olacaqdır.

Respublika Prezidentinin, Milli Məclisin, Mədəniyyət və Turizm Nazirliyinin operativ sənədlərinin, qanunların və s. təbliği və izahı sahəsində tədbirlər həyata keçirilməsini planlaşdırır.



Qubadlı rayon MKS-i 2016-cı ildə öz işini aşağıdakı istiqamətlərdə həyata keçirməyi planlaşdırır:


Tədbirin adı

Mövzusu

Tarix

İcraçı

Biblioqrafik xülasə

2016-cı ilin qərar və göstərişləri

İl ərzində

Metod və Bib. Şöbəsi

Şifahi məlumatlan

Kitabxana saytları,elektron resurslar

Hər ay

MK. XŞ

Kitab sərgisi

Azərbaycan – vahid məmləkət

Vaxtaşırı

MK. XŞ

Kitab sərgisi

Müasir Azərbaycan

Vaxtaşırı

MK. AŞ

Kitab sərgisi

Azərbaycan tarixindən səhifələr

Müntəzəm

MK. AŞ

Kitab sərgisi

Mədəniyyət və İncəsənətə dair ədəbiyyat

Müntəzəm

MK. XŞ

Kitab sərgisi

Yüksələn iqtisadiyyatımız

Müntəzəm

MK. OZ

Kitab sərgisi

Elin yaddaşı,dilin yaddaşı

Müntəzəm

MK. OZ

Məlumat saatı

Dünya kitabxana-informasiya təcrübəsi

Mart

MK. İŞ

Söhbət

İnformasiyalaşdırılmış cəmiyyət və kitabxana

Avqust

İnf/res.şöbəsi

Şifahi məlumatlan.

Azərbaycan turizminin uğurları

Sentyabr

MK. OZ

Biblioqrafik xülasə

Təhsil,mədəniyyət,tərəqqi

Oktyabr

Metod bə Bib. Şöbəsi

Biblioqrafik xülasə

Siyasət, incəsənət və mədəniyyət

Hər ay

MK. XŞ






2016-cı ildə keçiriləcək tədbirlər








Söhbət

2016-cı ilin “Multikulturalizm ili” elan olunmuşdur

Yanvar

MKS

Məlumat saatı

Müasir kitabxana məkanı-oxuculara xidmətdə yeni imkanlar.

Yanvar

MKS

Dəyirmi masa

“20 yanvar tariximizin qan yaddaşıdır”

Yanvar

MK. OZ və MK. XŞ

Gənclərlə görüş

2 fevral-Gənclər Günü

Fevral

MK. OZ

Dəyirmi masa

21 fevral-“Beynəlxalq Ana Dili Günü”

Fevral

MK. OZ

Sərgi və anım günü

XX əsrin faciəsi-Xocalı soyqrımı

Fevral

MK. OZ

Dəyirmi masa

8 Mart-Beynəlxalq Qadınlar Günü

Mart

MKS

Məlumat saatı

Kitabxanada yeni xidmət növlərinin tətbiqi

Mart

Metodika şöbəsi

Bayram şənliyi, sərgi

Novruz bayramı

Mart

MKS

Anım günü, sərgi

31 mart-Azərbaycanlıların Soyqrımı günü

Mart

MK. OZ

Metodiki tövsiyələr

Milli dəyərlərin, adət-ənənələrin, tarixi abidələrin təbliğində kitabxananın rolu

Aprel

MK. OZ

Slayd

18 aprel-Tarixi Abidələrin Mühafizəsi Günü

Aprel

MKS, MK. OZ

Söhbət

23 aprel-Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü

Aprel

MK.OZ

Məlumat, biblioqrafiya işi

Oxuculara Biblioqrafik Xidmətin təşkili

May

Metod və Bib. Şöbəsi

Kitab sərgisi

Ümumrespublika Kitab Bayramı-H.Əliyevin anadan olması gününə

May

MKS

Söhbət

Şuşa və Laçının işğalı ilə bağlı kartoteka və ədəbiyyat siyahılarının təşkili

May

Metod və Bib. Şöbəsi

Dəyirmi masa

28 may-Respublika Günü

May

MK. OZ

Məlumat saatı

MKS-də elektron inf. resurslarının bazasının təhlili

İyun

MK. AŞ

Məruzə

15 iyun-Milli Qurtuluş Günü.H.Əliyev irsinin elektron res-ın köməyi ilə təbliği

İyun

MK. AVTŞ

Məruzə, sərgi

26 iyun-Milli Silahlı Qüvvələr Günü

İyun

MK. XŞ

Söhbət

Tarixdə bu gün-“Ramazan Bayramı”

İyul

MKS

Məruzə

22 iyul- Milli Mətbuat Günü

İyul

MK. XŞ

Söhbət

Qəhrəmanlıq dastanları və hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində elek. Res-dan istifadə

Avqust

MK. OZ

Dəyirmi masa və kompozisiya

Xan Şuşinskinin anadan olmasının “115 illiyi”

Avqust

MK. XŞ, MK.OZ

Anım günü, kitab sərgisi

Cəbrayıl, Füzuli və Qubadlının işğalının ildönümü

Avqust

MK. OZ

Məruzə

Qurban Bayramınız Mübarək

Sentyabr

MKS

Virtual ekskursiya

Azərbaycanda turizm və onun təbliğində kitabxananın rolu

Sentyabr

MKS

Metodiki tövsiyə

18 sentyabr-Milli Musiqi Günü

Sentyabr

MK. XŞ

Ahıllarla görüş

1 oktyabr-Beynəlxalq Ahıllar günü

Oktyabr

MK. XŞ

Metodik məsləhətlər

MKS-nin məlumat bazalarının yaradılması

Oktyabr

MKAVŞ

Metodik tövsiyələr

Toplu kataloq və kartotekanın təşkili

Oktyabr

Metod və Bib. Şöbəsi

Dəyirmi masa

18 oktyabr-Dövlət Müstəqilliyinin bərpası

Oktyabr

MKS

Məruzə

9 noyabr-Azərbaycan Bayrağı Günü

Noyabr

MK. OZ

Məruzə

12 noyabr-Konstitusiya Günü

Noyabr

MK. OZ

Məruzə

17 noyabr-Milli Dirçəliş Günü

Noyabr

MK. OZ

Söhbət

30 noyabr-Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü

Noyabr

MKS

Dəyirmi masa

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin anadan olmasının “55 illiyi”

Dekabr

MK. OZ

Oxucu konfransı

Nüsrət Kəsəmənlinin “70 illiyi”

Dekabr

Mk. OZ

Məruzə(Hesabat şəklində)

İlin yekunları, kitabxananın fəaliyyətinin təhlili

Dekabr

MKS

Metodiki tövsiyələr

Kitabxananın mətn(yazılı) və statistik hesabatların təhlili

Dekabr

MKS

Bayram şənliyi

31 dekabr dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il

Dekabr

MKS




  1. Kitabxana işinin kəmiyyət və keyfiyyət göstəriciləri 2015-ci ilə nisbətən, 2016-cı ilə aid ədəbiyyatların təbliğini gücləndirmək. Kitabxananın yeni texnologiya ilə işlənməsinə nail olmaq.

  2. Yaradılmış elektron kataloqların İRBİS-64 proqramının təkminləşdirilməsi və yeni alınmış ədəbiyyatların elektron kataloqda yerləşdirilməsinə nail olmaq və ALİSA proqramının tətbiqi.

  3. Oxuculara xidmətin informasiya texnologiyaları ilə xidmətin məzmun və formasını yüksəltmək.

  4. Kitab verlişinin artırılmasına nail olmaq.

  5. Oxucularla internet vasitəsilə xidmətin səviyyəsinin yüksəldilməsi.

  6. Keçirilən mədəni-kütləvi tədbirlərin əhatə dairəsinin, keyfiyyətinin artırılması.

  7. Kitabxananın foesində tərtibat işinin əsaslı şəkildə yaxşılaşdırmaq və yenidən qurmaq.

  8. Kitabxananın fondunun latın qrafikası ilə çap olunmuş nəşrlərlə zənginləşdirilməsinə nail olmaq.

  9. Kitabların texniki cəhətdən işlədilməsinə pasport, kataloq, müddət vərəqi və s.vəsaitlər ilə işlənməsini təmin edərək elektron kataloqunda yerləşdirilməsinə nail olmaq.

  10. Kitabxanada istifadə edilən müasir audiovizual informasiya daşıyıcısını təbliğ etmək.

  11. Azərbaycanda kitabxana işinə dair qəbul edilmiş rəsmi sənədlərin təbliğinin sərgisini təşkil etmək.

  12. Ulu öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz mövzusunda tədbir təşkil etmək.

  13. Kitabxananın Ölkəşünaslıq və Diyarşünaslıq fəaliyyətini artırmaq, elektron bazaları möhkəmləndirmək.

  14. Yeni çap olunmuş kitabların təqdimatını və sərgisini təşkil etmək.

  15. Vaxtaşırı hər ayda kitabxana işçilərinin seminar müşavirəsini təşkil etmək.

16. Kitabxana işçilərinin ixtisasının artırılması işini planlaşdırmaq.
Kitabxanada fondunun formalaşdırılması.


  1. Qubadlı rayon MKS-nin 2016-cı il üçün nəzərdə tutulan smetasına müvafiq olaraq kitabxana kollektorundan və digər mənbələrdən rüblər üzrə ədəbiyyat alınması, kitabxana qaydası ilə işlənməsini və oxucuların xidmətinə verilməsini təmin etmək.

  2. MKS-nın smetasına müvafiq olaraq dövrü mətbuat fondunun yaradılması ən çox təlabat olunan dövlət əhəmiyyətli qəzet və jurnalların alınmasını planlaşdırmaq.

  3. Qaçqınların sıx məskunlaşdıqları yerlərdə vaxtaşırı səyyar kitabxana xidməti göstərmək, tezliklə torpaqlarımızın alınması, doğma Qubadlımıza qayıtmaq, möhtərəm Prezidentimizin uğurlu daxili və xarici siyasətinin nəticələrini məruzə və mühazirə vasitəsilə onlara çatdırmaq.

  4. Qubadlı rayon Mərkəzi Kitabxanasının kitab fondunun zənginləşdirilməsi üçün Prezident aparatı, şəxsi müəlliflərdən alınmış kitabları kitabxana qaydası ilə işləyib fonda daxil etmək.

  5. Fondun məzmunca əhəmiyyətini və aktuallığını itirmiş və texniki cəhətdən yararsız hala düşmüş ədəbiyyatdan təmizlənməsi işini davam etdirmək.

  6. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin 12.01.2004-cü il tarixli 56 saylı sərəncamı ilə nəşr olunmuş ədəbiyyatın H.Əliyev Fondundan vaxtında gətirilməsini, kitabxana texnikası qaydası ilə işlənməsini və oxuculara çatdırılmağını təmin etmək.



Kitab təbliği və oxucularla iş.


  1. Kitabxanaya geniş oxucu kütləsini cəlb etmək üçün idarə, müəssisə, təşkilat və özəl qurumlarla, təhsil ocaqları ilə birgə iş aparmaq.

  2. Daxil olunmuş yeni ədəbiyyatların təbliği üçün müxtəlif vasitələrdən kitab sərgisi, bibloqrafiq icmal, bibloqrafiq ədəbiyyat siyahısından, stendlərdən və s. istifadə etmək.

  3. Keçirilən tədbirlərin Respublikanın “Respublika”, “Mədəni Maarif, “Bərgüşad” və “Sözün sehri” qəzetində işıqlandırılması istiqamətində iş aparmaq.

  4. Oxucuları və kitabxanaya gələnləri “Kitabxanadan istifadə qaydaları” ilə yaxından tanış etmək.

  5. Oxuculara xidmətin səviyyəsini yaxşılaşdırmaq üçün iş vaxtlarını onlar üçün münasib vaxta keçirmək.

  6. KAA vasitəsilə Respublikanın elektron kitabxanalarından oxuculara lazımı ədəbiyyatların tapılmasına nail olmaq.


Metodiki və biblioqrafiya xidmətinin planlaşdırılması.



  1. Kitabxan biblioqrafiya proseslərinin işinin yenidən qurulması.

  2. Kitabxanaya göstərilən metodiki köməkliyin keyfiyyətini əsaslı şəkildə yaxşılaşdırılması və yenidən qurulması

  3. 2016-cı ildə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin ayrı-ayrı şöbələrinin iş planlarını tərtib etmək.

  4. Mərkəzi Kitabxanada kütləvi tədbirlərin və əlamətdar, tarixi günlərin keçirilməsinə nail olmaq, tədbirlərin təşkilinə yaxından metodiki köməklik göstərmək.

  5. Yeni daxil olan ədəbiyyat üçün biblioqrafiq icmallar, xülasələr keçirmək. Biblioqrafiq göstəricilərtərtib etmək.

  6. MKS-ə daxil olan yeni çap əsərlərin kitabxana qaydası ilə işlənməsinə köməkliyi təmin etmək.

  7. Qabaqcıl iş təcrübəsini öyrənib mərkəzi kitabxananın işinə tətbiq etmək məqsədilə vaxtaşırı təcrübə mübadiləsinin keçirilməsini təmin etmək.

  8. Kitabxana fondunun KBT- əsasından düzəlməsinə, köhnəlmiş ədəbiyyatdan təmizlənməsinə metodiki köməklik göstərmək.

  9. Metodiki və biblioqrafiya şöbəsinin fondunu yaratmaq, metodikabinənin tərtibatını təmin etmək.

10.Mərkəzi Kitabxananın işfəaliyyətini vaxtaşırı təhlil etmək.


MKS-nın uçot və hesabat işi.


  1. 2016-cı ildə uçot və hesabat işini təhlil edib yekunlaşdırıb,Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana işi sektoru və İqtisadiyyat şöbəsinə təqdim etmək. Mərkəzi Kitabxanada keçirilən tədbirlərin, kitabxanaya cəlb edilən oxucuların, ümumi gəlişlərin, kitab verlişlərinin və dövriyyəsinin uçotunu aparmaq.

  2. Mərkəzi Kitabxanada keçirilən tədbirlərin, kitabxanaya cəlb edilən oxucuların, ümumi gəlişlərin, kitab verlişlərinin və dövriyyəsinin uçotunu aparmaq.

  3. Daxil olan və çıxarılan ədəbiyyatın uçotunu aparmaq, siyahılarını tərtib etmək, inventar kitablarından müvafiq qeydlər aparmaq.

  4. İşə davamiyyət cədvəllərinin vaxtında mühasibatlığa verilməsini və əmək haqqlarının vaxtında alınmasını təmin etmək.

  5. Kitabxana işçilərinin əməyinin ödənilməsini təmin etmək.

MKS-nin maddi-texniki bazasının möhkəmləndirilməsi.


  1. 2016-cı ildə Mərkəzləşdirilmiş Kitabxana Sistemini yeni texnoloji avadanlıqlarla təmin etmək və yeni kompüter dəsti almaq.

  2. Cari ildə MKS-i üçün smetada nəzərdə tutulmuş lazımı inventarların alınmasını təmin etmək.

  3. Vaxtaşırı dəftərxana ləvazimatı və kitabxana texnikası ilə (müddət vərəqi, kataloq, ayrıclar, pasport və s.) təmin etmək.

  4. Mərkəzi Kitabxananın komunikasiya xidmətlərinin (işıq, qaz, su, istilik sistemləri) təmin olunmasına nəzarət etmək.

  5. 2016-cı “Multukulturalizm ili” elan olunması ilə əlaqədar MKS-də bu sahədəki ədəbiyyatların təbliğatına üstünlük vermək.

MKS-nin direktoru: M.Muradova


Kitabişləmə və komplekləşmə

Şöbəsinin müdiri: N.Kazımova


Kitabxana- Biblioqrafiya

Proseslərinin Avtomatlaşdırma

şöbəsinin müdiri: Ə.Alıyeva
Metodika və biblioqrafiya

şöbəsinin müdiri: Ə.Hüseynov


Xidmət şöbəsinin müdiri: A.Sərməsova
İnformasiya-resurs

şöbəsinin müdiri:
Yüklə 112,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin