«Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah Öz istədiyini edər!» (əl-Bəqərə, 253).
«Allah istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!» (əl-Ənam, 112);
«Sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır»(əs-Saffat, 96).
Bununla yanaşı, biz Allahın insanlara iradə azadlığı və ona uyğun hərəkət qüdrəti verdiyinə də inanırıq. Bəndənin öz iradə və qüdrəti çərçivəsində hərəkət etməsinə aşağıdakı işlər dəlalət edir:
Birincisi, Allah-təala buyurur: «İstədiyiniz vaxtda öz tarlanıza gəlin!» (əl-Bəqərə, 223).